www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
84
dövlətlərin
müstəsna
hüququ
təsdiqlənmişdir.
Həştərxan
sammitində Xəzər dənizinin dibinin və səthinin hamı tərəfindən
qəbul olunmuş prinsiplər əsasında milli sektorlara bölünməsi
zərurəti də öz əksini tapmışdır. Bu razılaşmaların əldə edilməsində
Bakıda keçirilən III Xəzər sammitinin əhəmiyyətindən bəhs edən
professor Əli Həsənov bu kontekstdə Prezident İlham Əliyevin
Həştərxan sammitindəki dərin məzmunlu çıxışında səsləndirdiyi
fikirlərə diqqəti cəlb etmişdir: ―2010-cu ildə Bakıda keçirilmiş III
Xəzər sammiti zamanı Xəzər dənizinin hüquqi statusuna dair
başlıca məsələlərin, xüsusilə də milli zonaların eni və dənizin
bioloji resurslarının mühafizəsi üzrə ümumi razılığa gəlinməsi
sonrakı danışıqlar prosesinə təkan verdi... Biz Xəzər dənizinə
dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi baxırıq.
Azərbaycan Xəzəryanı ölkələrlə qarşılıqlı hörmət və etimada
əsaslanan ikitərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetirir.
Xəzəryanı ölkələr arasında sıx dostluq əlaqələri və çoxsahəli
əməkdaşlıq
regionumuzdakı
sabitlik,
əmin-amanlıq
və
təhlükəsizliyin rəhnidir‖.
Əsərdə Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın transmilli
enerji ixracı sistemində yeri və rolu beynəlxalq, regional və yerli
maraqlar kontekstində araşdırılmış, Azərbaycanın enerji nəqlinin
şaxələndirilməsi siyasəti və onun regionun ümumi geoiqtisadi
vəziyyətinə təsiri ilə bağlı məsələlər elmi təhlillər predmetinə
çevrilmişdir. Bu məsələlərdən bəhs edən müəllif haqlı olaraq qeyd
edir ki, hazırda dünya siyasətinin və geoiqtisadiyyatının ən aktual
mövzularından biri Xəzər hövzəsinin zəngin karbohidrogen
yataqlarının azad və açıq rəqabət şəraitində işlənilməsi, dünyanın
artan enerji tələbatına cəlb edilməsi və bu məhsullar hesabına
Avropa enerji bazarlarında Rusiyanın inhisarçı mövqelərinin
qismən zəiflədilməsi ilə bağlıdır.
Tədqiqat işində ümummilli lider Heydər Əliyevin misilsiz
fədakarlığı və siyasi iradəsinin nəticəsi olaraq 1994-cü il sentyabrın
20-də ―Əsrin müqaviləsi‖ adlanan transmilli çoxtərəfli sazişin
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
85
imzalanması ilə əsası qoyulan və keçən müddətdə dönmədən həyata
keçirilən yeni neft-qaz strategiyasının bütün istiqamətləri üzrə dərin
elmi-analitik təhlillər aparılmışdır. Əsərdə qeyd olunur ki,
Azərbaycan üçün enerji təhlükəsizliyi, ilk növbədə, enerji
marşrutlarının şaxələndirilməsində öz təsdiqini tapır. Avropa üçün
isə enerji təhlükəsizliyi birinci növbədə enerji mənbələrinin
şaxələndirilməsində ifadə olunur. Əsərdə xüsusi olaraq qeyd olunur
ki,1994-cü ildə ümummilli lider Heydər Əliyevin uzaqgörən
siyasəti nəticəsində imzalanmış ―Əsrin müqaviləsi‖ Azərbaycanda
XX əsrin layihəsi hesab olunurdusa, 17 dekabr 2013-cü ildə
Prezident İlham Əliyevin siyasi iradəsi hesabına imzalanmış
―Şahdəniz-2" layihəsi üzrə investisiya qərarı isə Azərbaycan və
bütöv region üçün XXI əsrin önəmli layihəsidir. Məhz bu layihə
‖Cənub qaz dəhlizi", o cümlədən onun mühüm komponentləri olan
TANAP və TAP kəmərlərinin çəkilməsi ilə bağlı tarixi qərarların
qəbul edilməsini şərtləndirmişdir.
Müəllif bu məsələlərlə bağlı dərin məzmunlu təhlillərinin yekunu
olaraq bir sıra mühüm tezis və proqnozlarını da irəli sürmüşdür.
Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
– Azərbaycanın malik olduğu enerji ehtiyatlarını xarici transmilli
aktorlarla birgə işləmək, istehsal edilən məhsulların sərbəst və
alternativ yollarla maneəsiz olaraq dünya və bölgə bazarlarına
çıxarmaq təşəbbüsü, dünya ölkələri ilə enerji təhlükəsizliyi
sahəsində yaratdığı möhkəm tərəfdaşlıq münasibətləri həm də bütün
bölgənin geosiyasi və geoiqtisadi vəziyyətini kökündən dəyişdi.
– Bu layihələr təkcə bu gün deyil, bütün XXI əsrdə Avropanın
enerji təhlükəsizliyinə təsir göstərməklə yanaşı, həm də əksər
Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz ölkələrinin inkişafına,
bölgə xalqlarının sabit və firavan həyatına xidmət edəcəkdir.
– Reallaşdırılması yüz illəri əhatə edən bu layihələrin getdikcə
Xəzər hövzəsi və Cənubi Qafqazı daha sürətlə transmilliləşdirməsi
və dünya orbitinə daha sıx bağlaması, nəticədə bütün regional
münaqişələrin sahmana düşməsinə, o cümlədən Ermənistan-
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
86
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Dağlıq
Qarabağda və Cənubi Qafqazın digər məkanlarında uzunmüddətli
etnik-separatçı meyillərin aradan qalxmasına öz müsbət təsirini
göstərəcəkdir.
Əsərin ―Azərbaycanın xarici aləmlə hərbi-geostrateji münasibətləri:
beynəlxalq, regional və milli təhlükəsizlik siyasətinin əsasları‖
adlanan sonuncu IV bölümündə beynəlxalq təhlükəsizlik sisteminin
əsasları və geosiyasi tələbləri, Xəzər-Qara dəniz hövzəsi və Cənubi
Qafqazın təhlükəsizlik mühiti, Azərbaycanın regional təhlükəsizlik
siyasəti və beynəlxalq aləmlə hərbi-geostrateji münasibətləri,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli
yolları, habelə Azərbaycanın milli təhlükəsizlk siyasəti əsas milli
maraqlar, geosiyasi kod və təhlükəsizlik perspektivləri kontekstində
dərin və əhatəli elmi araşdırmalar predmetinə çevrilmişdir.
Əsərdə Azərbaycan dövlətinin təhlükəsizliklə bağlı xarici
siyasətinin əsas vəzifə və istiqamətləri göstərilməklə yanaşı, onun
özünəməxsus səciyyəvi xüsusiyyətləri də müəyyən edilmişdir. Bu
xüsusiyyət özünü, ilk növbədə, beynəlxalq hüquq normaları və
prinsiplərinə söykənərək sivil dövlətlərarası münasibətlərə hörmət
bəsləməkdə, beynəlxalq, regional və dövlətlərarası münaqişələri
sülh və danışıqlar yolu ilə həll etməyə çalışmaqda, bütün dünya
ölkələrinin suveren hüquqlarına və təhlükəsizlik maraqlarına
hörmətlə yanaşmaqda və s. özünü göstərir. Fikrini davam etdirən
Əli Həsənov qeyd edir ki, təhlükəsizlik sahəsində Azərbaycanın
xarici siyasət fəaliyyətinin xarakterik xüsusiyyətləri sırasına
həmçinin onun çevik, praqmatik və tarazlaşdırılmış təhlükəsizlik
siyasəti yürütməsini, qonşu ölkələrlə ortaq təhlükəsizlik
maraqlarının tapılmasına üstünlük verilməsini, dünya təhlükəsizlik
mühitinə əhəmiyyətli təsir göstərən böyük dövlətlərlə tərəfdaşlıq
münasibətlərinin yaradılmasına çalışmasını, ayrı-ayrı sahələrdə
onların təhlükəsizlik maraqları ilə öz strateji mənafelərini
uzlaşdırmaq cəhdlərini və s. mühüm cəhətləri də aid etmək olar.
Dostları ilə paylaş: |