www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
53
Durmasın önündə müttəhim kimi...
Keçməz tövbədən də peĢmançılığın...
Səni bağıĢlamaz tulladığın daĢ...
Dəyər öz- özünə duĢmançılığın...
Tutar ayağından,çəkib aparar...
Itərsən könlünün qaranlığında...
Sənin xilasına yüyürən qəlbin
Batar günahının bataqlığında...
***
Oyun
Oyun oynayırsan...
oyunun olsun...
Oyna...oyunbazlıq yaraĢır sənə...
Haraya dırmaĢsan,haraya çıxsan,
Atıb – qaçdıqların daraĢır sənə...
BaĢının içində min hava çalar,
Ayağın kəndirin üstündə oynar...
Yenə ürəyinin gizlinlərində
Əcaib bir tələ oyunu qaynar...
Bəlkə də , oyunu sən apararsan ...
Cığallıq edərsən...göz görə-görə...
Yalanı yalanla pərdələyərsən,
Hörümçək sayağı tor hörə-hörə...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
54
Azarlı oyunlar keçib canına...
Dünyanı görürsən oyun donunda...
Oyunla baĢlayıb –bitir hər günün,
Oyun ehtirası axır qanında...
Haqq – deyib,o yana – bu yana çəkmə,
Hayana fırlansa, oyun-oyundur...
Yalanın üstündə qurulan hər Ģey –
Hər saxta məhkəmə,qanun – oyundur...
Adını nə qoysaq bu zəhrimarın,
Yenə də kökündə xəyanət durur...
Hər saxta sevginin sonunda nifrət,
Hər günah üstündə lənət oxunur...
Oyuna aludə oldu ürəyin,
Hər yerdə,hər kəslə oyun oynadın...
Bircə Ģey unutdun... sən bu oyunda
Özün - özünlə də oyun oynadın...
***
Usanmaq...
Günahkar gözlərinin rəngi də
unudulmuĢ...
Adının həyəcanı uzaqlarda yox olmuĢ...
Vaxt da saxlaya bilmir həsrətin
axınını...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
55
Çəkildiyin qeybdən ucalıqlar
yıxılmıĢ...
AtmıĢ günahlarını taleyin ümidinə...
Uçurumun dibində hər Ģey xürd-
xəĢil,zəlil...
Nəyi doğurduğunun fərqinə də
varmadan,
PeĢmanlıqlar önündə vaxtın da üzü
xəcil...
GünəĢ də buludları üzünə çəkmiĢ kimi...
Təbəssümü keçilmir buz tutmuĢ
ĢüĢələrin...
YağıĢı əllərimə yağır, bitib- tükənmir...
Yolları da qapanmıĢ...xatirə köĢələrin...
Könlünün qandalları zindanda
cingildəyir...
Sən buxov tək vuruldun özün öz
ürəyinə...
Xəyanət ehtimalı gözə qan dammıĢ
kimi...
Sürüyüb cəsədini atarsan kürəyinə...
Səni daha tanımaz yeriĢinin ləngəri...
Yalvarıb ayağına ,yolları uzadarsan...
Hər gün bir az qısalar ümidlərin
kölgəsi...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
56
Ölümünün üstündə...ömrünü
usadarsan...
***
Dünya – elə dərddir...
Gəlib-gedənə...
Götürə bilənə dərd tənbeh deyil...
Ürək boğulursa qəm dənizində,
Gözlər...göz yaĢına cavabdeh deyil...
Nə qına, nə danla,nə ittiham et,
Duyğusuz, iĢıqsız daĢ ürəkləri...
Ġçi boĢ, qəlbi boĢ müqəvvaları...
Sovurub atacaq səmt küləkləri...
Ġzi qalmayacaq yalan Ģöhrətin,
Dönüb baxmayacaq kimsə üzünə...
Göylərin əbədi lənəti kimi
Ölüm gəlməyəcək quyu gözünə...
Xəzinə üstündə yatan ilan tək,
Sərvəti könlünə məzar olacaq...
Dünyaya sığmayan iddiaların
Sonunda bir ovuc külü qalacaq...
Baxma ĢiĢirdilən “böyük” adlara,
Kələklə gələnlər küləklə gedər...
Dostları ilə paylaş: |