www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
61
Ağır...bağıĢlanmaz cəza izləyir...
Bəlkə,günahı var özündən böyük...
Bəlkə də, çaĢaraq yolunu azmıĢ...
Kiminsə qanına susamıĢ kimi,
Bəlkə,öz əlilə qəbrini qazmıĢ...
Hər kəsin öz yolu çəkir adamı,
Hər kəs öz yolunda inamlı olur...
Çox da sevinməsin önə keçənlər,
Zaman tezi-geci haqqını alır...
Bax,indi yoldadır növbəti qatar,
Yaxında döyünür qəlbinin səsi...
Hər kəsin qatarı vaxtında gəlir...
Vaxtında dəyiĢir ömrün növbəsi...
***
Əsəbi dünya...
Dünya əsəbidir...
Hava sinirli...
Küləklər hirsini çırpır divara...
Kimi ürəyindən,kimi dilindən,
Kimi ayağından düĢür avara...
Kiminin könlünü yüngül macəra,
Kiminin baĢını qəza hərləyir...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
63
Gecənin kəndarından
Əl-ayağ da çəkilmiĢ,
Xeyirlə-Ģərin boyu
Bir-birindən kiçilmiĢ...
Hər kəsin gerçək olan
Əsil boyu görünür...
Baxsan,indi hər Ģeyin
Gələn sonu görünür...
***
Ayrılığa yağıĢ yağır...
Bu qədərmiĢ ,demək,
ümidlər,təbəssümlər...
ən gözəl duyğular da sona
yetirmiĢ,
ən böyük sevgilər də bir gün
bitirmiĢ...
heç doğulmamıĢ kimi,
heç zaman olmamıĢ kimi
ən gerçək hisslər də yalanlarda
itirmiĢ...
Bu qədərmiĢ demək...
Keçib gedir...
Ömrümüzün vaxt qatarı...
Bir gözündə iĢıq...kölgə...
Bir gözündə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
64
heykəl kimi lal qıĢqırıq,donan
Ģübhə...
Qatar gedir...
Arxasınca buraxdığı qoĢa relslər...
QoĢa gözlər...
Sənin ,mənim ürəyimi vaxt
aparır,
Aralıqda ayrılıqlar...
Ayrılığa yağıĢ yağır...
Damlaları ömrümüzün
gözlərində...
Göz yaĢları həsrətlərin
ĢüĢəsində...
Tale susur...
bu –qədərmiĢ...
Gerçəkliklər...məĢəqqətlər...
Bizdən sonra yaĢanacaq
həqiqətlər...
Bizdən sonra doğulacaq
məhəbbətlər...
Xatırlaya-xatırlaya
zaman axır...ürək yanır...
Ömrümüzün kölgəsindən əl
uzanır,
Yollar baxır...
Biz gedirik,
Arxamızca həsrətlərin izi qalır...
Ayrılığa yağıĢ yağır...
***