www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
73
kimsəsizliyin səsini,
dinləyin zaman-zaman
səssizliyin səsini...
***
Qar
Ağır- ağır,
yorğun-yorğun,
axĢam yağır,səhər yağır,
gecə də qar,küçə də qar,
Alçaq dağdan hey ələnir,
lopa-lopa,
bu,necə qar?
Hamı girib yuvasına,
Əlindədir süpürgəsi,
KeĢikdədir əsgər kimi,
Qardan açır yol dalandar...
QıĢın böyük oğlu köçüb,
Indi növbə kiçiyindir,
Itlər Ģəhərdə sülənir,
Indi həyət küçüyündür...
Əsil zülüm quĢlarındır,
Nə yem tapır,nə də ki su,
Çimirinə dən səpilib,
Yalan olur qıĢ yuxusu...
Polislər də qanı qara,
Vurnuxurlar ora-bura,
Nə maĢın var saxlamağa,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
74
Nə adam var,pul almağa,
Məmurlar da adam kimi,
Qanundan çıxmağa qorxur,
BaĢını soxub boynuna,
Qınından çıxmağa qorxur,
Təyyarələr uça bilmir,
Gecikən reyslər söylənir,
Qüssələnir stüardessa,
Onun da iĢi göylədir...
Vaxt da ləngiyir hardasa,
Buz tutmuĢ gözünü döyür,
Yolda əzilən maĢınlar,
QıĢın var-yoxunu söyür.
2 fevral 2012.
***
Səni anladır.
Bəlkə də, tanımırdıq,
Kim doğmadır,kim yaddır,
Bizi bir-birimizə
Xatirələr anladır...
Ürəyimi isidir,
GecikmiĢ etiraflar...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
75
Hər gün sənə yazdığım,
Yandırdığım məktublar...
Sevmədiyim soyuqlar,
Getmədiyim uzaqlar,
Yol tapır ürəyimə,
Səni anladır mənə...
Hava proqnozunda,
Ucaq reyslərində,
Qoxuna diksinirəm,
Sevgi pyeslərində...
Səsinə dönür baĢım,
Küçələri gəzirəm,
Əllərin toxunanda,
Gecələri dözürəm,
Bəlkə də,unudulmuĢ,
Bəlkə də,heç olmamıĢ,
Günlər oxĢayır sənə,
Səni anladır mənə...
***
Don vurmuĢ gecələrin
Göz yaĢını buz tutmuĢ,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
76
ÜĢüyən kədərini soyuq sözlər isitmir...
Gecikən yuxuların çilləsi gözə düĢmür,
Qanı donmuĢ ürək də gizlənib nəfəsində,
Səbrinin daĢı altda
öz səsini eĢitmir...
***
Hər açılan səhərdə
Bir doğulan ümid var,
Getsək, yolumuz üstə,
Bizi çəkib aparan
Bir qismət var, uğur var...
Niyyətimiz xeyirsə,
Xeyirə rast gələcək,
Ömrümüzün zəhməti
Uğurla bir güləcək...
***
Qar
Qar yağdı gecəyə,
Örtüldü dünənin üzü...
Yolları ağardı xatirələrin,
Qar altında üĢüdü yuxuların gözü...
Itdi ölçülərimizin ayaq izi...
Qaldı qar altında buz dönəcəklər,
Daha eyni yollar keçilməyəcək,
Topa-topa gücləndi,
Dünyanı üstələdi,
Sayıilmayan dənəciklər...
Dostları ilə paylaş: |