www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
77
Çox da məsum görünməsin
Göz qamaĢdıran ağlığı,
donuq qar parlaqlığı,
Sabahın ilk addımı düĢəcək qara ,
Qar altında ağ ölümlər yatır,
Qoyduğu mirasların altı qapqara...
28 yanvar 2012.
***
Qiyamət
Hər kəsin qiyaməti
öz içində baĢlanır...
diriltdiklərimizlə dirilirik,
öldürdüklərimizlə ölürük...
hər dəfə biz qünyaya
qiyamətlə gəlirik...
Hər gecə kitabımız
gah sağ əlimizdə,
gah sol əlimizdə,
hər gecə tərəzidə
gah günahımız ağır,
gah savabımız ağır,
sevincə ağlayırııq,
göz yaĢına gülürük,
ölmədən də ölürük,
ölümlə dirilirik –
biz hər dəfə dünyaya
qiyamətlə gəlirik...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
78
***
Məndə bitən yolsuzluq
Üzümdəki qırıĢlar
Ömrün yolları deyil,
Məndə bitən yolsuzluqdur...
Yarğan-yarğan ayrımların
yeri qalmıĢ batığıdır...
Boynumda çalın-çarpaz
Dərin iĢləyən çatlar
ana əlləri deyil,
ata qolları deyil...
zəncir – zəncir uzanan,
gedər – gəlməzdə itən ,
batan daĢ yatağıdır...
Üzü qaysaq bağlayan,
altı irin laxlayan,
dərin yaraların bataqlığıdır...
Bunlar –
partlayan damarların
qara qan yığnağıdır...
Bunlar –
gözlərimə qəsd edən,
ömürlə
ayaq-ayağa qoyan
vaxtın haqsızlığıdır,
unudulmayan ağrıların
Ģahid yazılarıdır...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
79
Oxu bu möhürün yazılarını,
Bunlar –
üzümə Ģəkli düĢən,
dərk edilməyən sirlərin
məchulluğudur,
Bunlar –
qarĢılığını almadığım,
dayaz,yoxsul dünyanın
uyğunsuzluğudur,
çıxıĢı olmayan çətinliklərin,
dirənən dərdlərin yolsuzluğudur...
Bu qırıĢlar ömrün yolları deyil,
Ömrün –
məndə bitən yolsuzluğudur...
***
Sarıl ...
Sarıl göz yaĢına ...
sarıl,ürəyim...
ağla ağrılarını,
daha söz tapmaq olmur,
daha tanımaq olmur,
üst-üstə yaraların
hansı özgənindir,hansı bizimdir...
bir-birinə qarıĢmıĢ sifətləri
daha xilas etmək mümkün deyil...
hamı diri-diri
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
80
yedi bir-birini...
DöyüĢ – ağır oldu...
sonadək bilinmədi
düĢmən kimdir,dost kimdir...
kimsə yox ayırd etməyə,
çox uzandı haqsızlıq,
üzüldü vaxtın da hövsələsi,
keçdi üstümüzdən fələyin çarxı...
kimsə sağ çıxmaz
doğmalığın
qan savaĢından...
GünəĢ partladı içimizdə,
qiyaməti çəkdik yaxına...
Yola sal ,
məni gizlicə,
anama xəbər vermə,
o məni tək doğmuĢdu,
məni Ģair doğmuĢdu,
Ģair kimi ölmədim,
cəsur olmaq çətindir!
Ģair ölmək çətindir!
Məğlub samuray kimi
dərddən öldüyümü bilməsin..!
Yola sal məni,
sonra sarıl göz yaĢına,
ağlaya bildikcə
arxamca ağla...ağla...
getdiyimi salma səsə,
xəbər vermə keç kəsə..!
***