www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
81
Ġstərəm
QarĢıda ümidlər...
Arxada peĢmanlıqlar...
Göz yaĢlarına,
təbəssümlərinə
borclu qaldığım adamlar...
Günahlarımı
bağıĢlatdıra biləcəyim qədər vaxt,
tövbəmi
qəbul etdirə biləcəyim qədər möhlət,
və dilim yatana qədər dua istərəm...
və...sonra da əcəli sevəcəyim qədər
inam istərəm...
Allahım,
Səndən sənə yetən qədər iman
Könlümə nurunu ehsan istərəm...
***
Hirsim
17 yanvarda əlvida deyib,
19 yanvarda barıĢdıq,
Sonra savaĢmamaq üçün
Yenidən aralandıq...
Mənim səbrimin 5 yaĢı var...
Sənin səbrin anadan olanda
Yenidən barıĢarıq...
Sənin ehtiyacın var savaĢmağa,
Istədiyin vaxt savaĢarıq...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
82
***
Öldün ...
BaĢqa çarən yox,
Öldün ki,
ölümün saf,təmiz qala...
yarasız,ağrısız,acısız ola...
Öldün ki,
Dönüb ağ üzünə baxa biləsən ,
Diri günahına,ölü könlünə,
Qansız kəfəninə baxa biləsən...
Vaxtın ətəyindən beĢəlli tutub,
qalxasan özündən bir boy yuxarı,
qara bataqlıqdan çıxa biləsən...
Öldün diriləsən,
Bütöv öləsən,
Sui-qəsddən uzaq,qəzadan uzaq,
nifrətdən,acıqdan,qüssədən uzaq,
əriyib –itməmiĢ,
yoxa çıxmamıĢ,
Özün – əcəlinlə ölə biləsən...
***
17 yanvar 2012-01-18
***
Gördüklərimə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
83
Gözlərim Ģahid...
Gözlərimə
Göz yaĢlarım Ģahid...
Göz yaĢlarıma
Yaralarım Ģahid...
Yaralarıma
Ağrılarım Ģahid...
Ağrılarıma
Ürəyim Ģahid...
Dəfnimə dörd Ģahidim yoxsa,
Ölümümə Allah Ģahid...
***
Salamın savabı böyükdür...
Salam ,mənim hüzuruma
Səni zorla göndəriblər...
Qolu bağlı girov kimi,
Asıb, sonra göndəriblər...
Üz-gözündən əzab yağır ,
Acıq yağır,əsəb yağır,
GəliĢindən qəzəb yağır,
Döyüb, zorla göndəriblər...
Vaxtı keçmiĢ sünbül kimi,
Dili susmuĢ bülbül kimi...
ġaxta vurmuĢ bir gül kimi...
Əzib ,zorla göndəriblər...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
84
Səbrin dərisini soyub,
Ayı sayıb,günü sayıb,
Üstünə də minnət qoyub,
Mənə zorla göndəriblər...
DüĢüb elin qınağına,
Verib yadın qabağına,
Sanki düĢmən ayağına,
Kəsib,sonra göndəriblər...
Haqqı-sayımı yükləyib,
Ağır –həyamı yükləyib,
Bayram payımı yükləyib,
Əsib zorla göndəriblər...
Qorxma,burda amandasan,
Güvəndəsən,imandasan,
Nahaq,yalnıĢ gümandasan,
Bezib, zorla göndəriblər...
Gəl, üstünü təmizləyim ,
Alıb, səni əzizləyim,
Əlüstü “salam” söyləyim...
Küsüb, zorla göndəriblər ...
Əssalamu əleykum
və rəhməttullahi
və bərəkətuh..
***
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
85
Yazıq mənim ürəyimə...
Dilindən böhtana düĢdü...
Üzünə duran qəsdlərin
Əlindən zindana düĢdü...
Diriykən dirilməz oldu,
Sulanıb dərilməz oldu,
Süfrə tək sərilməz oldu...
Sirrindən ovsuna düĢdü...
Qırılıb içində səsi...
Ahı könül Ģikəstəsi,
Qurbanlıq tək hər tikəsi,
Bölünüb ehsana düĢdü...
***
Ortada ağır sükut...
Çəkilməyən səssizlik...
Üzünə pərdə çəkmiĢ
Duyğusuzluq,hissizlik...
DaĢ bağlanmıĢ ürəkdən
Bir damla yaĢ da çıxmaz...
Nə dodaqdan,nə gözdən,
Kiçik bir gülüĢ belə,
Gizli təbəssüm baxmaz...
Acıqla hasarlanıb
Məndən oğurlanan vaxt,
Çəpərlənib ,bağlanıb
Qəsdən unudulan vaxt...
Kimsəni yaxın qoymaz,
Dostları ilə paylaş: |