www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
94
Anlamaqçun ,Bəyim, zaman
gərəkdi...
***
Dünyanın haqq bazarında
Qiyməti üç-beĢ quruĢdu...
Tərəzinin gözlərinin
Biri dolu,biri boĢdu...
Varmı qərib kimi dolan,
Yerdə-yurdda itib- qalan...
Əlimdə - ovcumda olan
Gözümdən tökülən yaĢdı...
Əcəl yuxusunda yatıb,
YaxĢını –yamana qatıb,
DaĢını göylərə atıb,
Ölümlə oynayan baĢdı...
***
Bəxt mənə nə verdisə,
Qismət,-deyə götürdüm...
BaĢımı bəlaların
Hesabında itirdim...
Bilmədim günün üzü,
Astarı nə rəngdədi,
Sona tələsən ömür,
Zaman nə ahəngdədi..?
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
95
Çəkdikcə bu dövranın
Dərdi dəyib sulandı,
Əyirdikcə uzanıb
Ürəyimə dolandı...
Gördüyüm yuxu kimi,
Gerçəyi də yalandı,
Kürt yatan bu dünyanın
Yumurtası ilandı...
Ümidləri bir tələ,
Sevgiləri oyundu...
Ölümü Ģahlıq quĢu-
Uçub baĢıma qondu..
***
Könlümün qəm sırsırası
Yay da gəldi, ərimədi...
BaĢını itirən canım
Nə söylədim, kirimədi...
Varmı vaxtın dərgahında
Dərd açıb , kitab oxuyan?
Əyirib qəlb ağrısını,
Telindən kəfən toxuyan?
Ayrılıqlar dağlar kimi,
Qubarlanıb sıralandı...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
96
Dünya dərddən qaça-qaça,
Gəlib məndə yaralandı...
***
Məndən daha uzaqlar
Məndən daha uzaqda
yurd salıb uzaqlığım,
qürbət kimi yadlaĢıb,
dərd salıb uzaqlığım...
hələ ordadır,
orda –
qançəkməz yalqızlığım,
dinib –danıĢmır,
susur...
qımıldanmır kölgəsi,
təklənib,çəpərlənib,
vaxtın uzaqlığında
qurd salıb yalqızlığım...
Kimsənin üstə qaçmır,
kimsəyə qapı açmır,
göz yaĢında yuyunur,
təmizlənir,güclənir,
təkliyində uyuyur,
gördüyüm bir yuxuyla
üzlənir yazıqlığım...
məni yaxın buraxmır,
gözlərimdən,səsimdən
gizlənir yazıqlığım...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
97
Məndən daha uzaqda...
Təbəssümdən yıxılıb
Qırılan uĢaqlığım,
Gülüb baĢıma gəlmir,
Xatırlamır səmtini,
Itir ,huĢuma gəlmir,
Zamanını,yerini,
dostunu,düĢmənini
səhv salan uzaqlığım ,
yaddaĢımla aramda
bənd salır uzaqlığım...
Orda,orda – uzaqda,
Dağılır yuxu kimi,
Darıxır qoxu kimi,
Doluxur duyğu kimi,
UĢaqlığın atdığı
daĢ kimi vıyıldayır,
Pəncərədən,qapıdan,
bacadan əl yelləyir,
Yolsuz,izsiz,gediĢsiz –
Məndən daha uzaqlar...
Anasız uĢaq kimi –
Ağlayır uzaqlığım...
***
Dünən bir,bu gün də iki...
Bit birəni yola saldı...
Adam,sənin adamlığın,
Harda itdi,harda qaldı?
Dostları ilə paylaş: |