www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
126
Üstünə gələcəkdim...
Heç nəyim yox almağa,
Gözünə baxa-baxa,
Qorxmadan güləcəkdim...
Məndən qisas almağa
Bir yol da saxlamayıb,
Yer üzündən özümü,
adımı siləcəkdim...
Ediləcək bir Ģey yox –
Sən məni tapan zaman
Mən vaxtsız öləcəkdim...
***
Ya düĢmən ol,çıx qarĢıma,
DüĢmənçilik – mərd iĢidir...
Ya dostum ol,
Könlümü al,
Anlamaq – həmdərd iĢidir...
Dünya kiçik, ağası çox –
BaĢ çıxaran ər kiĢidir...
Kim olursan,haqsız olma,
Xəyanət – namərd iĢidir...
***
Dünya belini əyib,
Payızına büküldü...
Gün görmüĢdük haçansa,
Gözümüzdən töküldü...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
127
***
Deyiləcək çox Ģey vardı,
Təbi könlümə yatmadı...
Susdum vaxtın quyusunda
Səsim heç kəsə çatmadı.
Həyat məni bölüb qatdı
Oğrusuna , doğrusuna...
Məndən bir “mən” miras qaldı
YaddaĢımın ağrısına...
Ruhum çöllü-biyabanda
Gəzib bir ah soraqladı,
Göz yaĢının duasında
Bircə adımı saxladı...
***
Ayrılıqlar qürbət etdi ömrümü,
Mən qürbəti ürəyimdə daĢıdım.
Yollarımın sonundakı həsrəti
Qürbətlərə çəkə-çəkə yaĢadım...
Hara getdim,məndən öndə tənhalıq,
Nə uzatdım,nə qısaltdım boyunu.
Mən ölçüdə,mən biçimdə
adamdan
Tale biçdi qəribliyin donunu.
Nə azına,nə çoxuna dinmədim,
Bu ac dünya tox gözümdə süləndi.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
128
Yığdığından gözü-könlü doymadı,
Bir nəfəs də gəlib məndən diləndi.
Allahın da heç insafı yox imiĢ,
Dərd üstünə dərdi birdən tökürmüĢ...
Zirvəsinə qalaqlanan dumandan
Dağların da dizi birdən çökürmüĢ...
Getməyin də, qalmağın da
dəyəri
Vaxt üstündə yazılmayan iz imiĢ...
Tikan kimi ürəyindən çıxmayan,
Deyilməyən bir quruca söz imiĢ...
***
BaĢqası...
Üstündən keçib getdiyim,
qalan “mən” bir baĢqasıydı...
görünən adam mən idim,
itən “mən” bir baĢqasıydı...
Tanıyırdım göz yaĢını,
görmüĢdüm qan savaĢını,
qucaqlayıb daĢ baĢını,
ağlayan bir baĢqasıydı...
Sinəmin ağrısı nəmdi,
yarı yara ,yarı qəmdi...
ölən mənim ürəyimdi,
dirilən bir baĢqasıydı...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
129
***
Vaxtın bozluğunda günlər soluxmuĢ,
Ağaclar darıxır payız olmağa...
Əlini ümiddən üzən xəyallar
Çəkilir uzaqda yalqız qalmağa...
Xal düĢür ömrünə çal yarpaqların,
Soyuq Ģübhələrin sorağı gəlir...
Dolu buludların ağır
sükutu
Tənha zirvələrə qonub dincəlir...
YağıĢ qoxusuna uyur çiçəklər,
Durna qanadında uçur yuxular...
Hələ soyumamıĢ xatirələri
Sıxır sinəsinə məxmər duyğular...
Payız yeriĢiylə gəzir küləklər,
Yollar tale yüklü qədər gətirir...
Kiminə bağların bar çələngini,
Kiminə ayrılıq ,kədər gətirir...
Taxtına oturur payız günəĢi,
Günlərin lövhəsi rəng sərgiləyir...
Yarpaq yağıĢları ləngərlədikcə,
Ömrün gözlərində qəm mürgüləyir...
***
Bu qədər yad olmamıĢdı uzaqlar,