www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
118
Ürəyimdən qalxan duman
BaĢım üstə buludlandı...
Payız kimi qubarlanıb
Durnalarla qanadlandı...
Durdum ömrümün baĢında,
Içimdən bir rüzgar əsdi,
Hər gələn gün ümidimdən,
Hər gedən gün məndən kəsdi...
GünəĢin lal qürubunda
ġəfəqlərin sözü qaldı,
Bu dünyanın gözlərində
Gözlərimin izi qaldı...
15 noyabr 2012.
***
Üst-üstə yığılan incikliklərin
Bir gün yeniləcəm yağıĢlarına...
Gücüm çatmayacaq özümdən böyük
Torpağın dikələn baĢ daĢlarına...
Məni ağrıdacaq getdiyim yollar,
YanlıĢ görünəcək gördüyüm izlər.
Bütün fərziyyələr boĢa gedəcək,
ġübhəylə baxacaq ardımca gözlər...
Susacaq içimdə qıvrılan sözlər,
DiĢini-diĢinə tutub sıxacaq...
Bir ömür boyunca saxladığım dərd
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
119
Mənim ürəyimdən qanlı çıxacaq...
Güzgü tutmayacaq üzümə əlim,
Gözlərim göylərə baxıb yağacaq...
BaĢımın üstündən ümidlə birgə
Vaxt da çətirini çəkib yığacaq...
Fərqi olmayacaq ,bir gün hisslərin,
QarĢılıq almadan sönüb gedəcək...
Dünyaya arzuyla dolu gələn baxt
Dünyadan əliboĢ küsüb gedəcək...
17 noyabr,2012.
***
YanlıĢlıq...
Mənim taleyimin üstə yazılan
Baxtım heç bilmirəm,nəyə yaradı?
Məni olmadığım yerdə gözləyib,
Məni olmadığım vaxtda aradı...
BoĢuna yoruldum gözləntilərdə,
BoĢ gəlib - boĢ getdi ümid qatarı...
Yerini tapmayan müsafir ömrün
Əynində köhnəldi səfər paltarı...
Bəlkə də,dünyanı səhv salıb yolum,
BaĢqa bir duyğunun insanıyam mən...
YanlıĢ bir zamanda,yalnıĢ bir yerdə,
YanlıĢ bir adamın ünvanıyam mən...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
120
18 noyabr,2012.
***
***
Aran...
Sən –yaĢım,
yaddaĢım,
torpağım,daĢım,
Muğanlı,ġirvanlı, Milli Aranım...
Üfüqdən –üfüqə küləklər qovan,
Dərəli,təpəli ,çöllü Aranım...
GünəĢli ,yovĢanlı,isti çöllərin
Qəlbimdən baĢlayan tale yolumdur.
Sevgiylə qovuĢan Arazım-Kürüm
Zamana uzanan qoĢa qolumdur...
Bir üzün vətəndir, bir üzün ölüm,
Bir üzün anamdır,bir üzün torpaq...
Sən mənim kökümün dərinliyində,
Mən sənin sevgindən göyərən yarpaq...
Nəfəsin həyatdır diriliyimə,
Qabaran sinəndir,vüqarım,adım...
Sənin ürəyinin geniĢliyində,
Gərilir çöl boyu çarpan qanadım...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
121
Sənin məhvərində dolanır ruhum,
Səsindir özümə dönüĢüm , Aran!
Məni doğmalığın sevib böyütdü,
Dünyada sevgili günəĢim,Aran!
17 noyabr 2012.
***
BaĢını qaldırıb
bax tutqun göyə,
Bax,
necə baxdınsa mənim üzümə...
Diksinən ruhumun qorxularında
Təsəlli oldumsa özüm-özümə ,
Sən hələ dünyada yaĢamamısan...
Sən hələ dünyaya gəlməmisən heç,
Oğul olmamısan,qız olmamısan...
Nə düĢmən olmusan,nə dost olmusan,
Sən hələ özündən doğulmamısan,
Heç sən bu dünyada yaĢamamısan...
Çıxa bilmədinsə dostun üzünə,
Duya bilmədinsə lalın dilindən,
Görə bilmədinsə pərt baxıĢları,
Tuta bilmədinsə vaxtın əlindən,
Sən hələ heç zaman yaĢamamısan...
Durub qarĢısında canlı kədərin,
Udanda dipdiri göz yaĢlarını,
Dostları ilə paylaş: |