www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
122
Ürəyin qəhərdən göynəmədisə,
Ġçə bilmədinsə yağıĢlarını,
Sən hələ dünyada yaĢamamısan...
Səni tərk eləyən duyğularının
Ġçindən sıyrılıb var olmadınsa,
Səndən böyük olan günahlarının
DüĢüb ayağına yalvarmadınsa,
Sən heç bu dünyada yaĢamamısan...
Sevə bilmədinsə divanə dərdi,
Ömür bəslədinsə zəncir qolunda...
Yerin olmadısa haqqın yanında,
Ölə bilmədinsə bir eĢq yolunda
Demək,sən dünyada yaĢamamısan...
10 noyabr 2012.
***
Çıxıb dayanarsan tale yolunda,
Ömrünün sonuncu anına kimi...
Yığıb-yumaqlayıb ayrılıqları,
Çəkərsən yolların sonuna kimi...
Baxdığın hər kəsdə bir göz niĢanı,
Gördüyün hər Ģeydə bir iz bularsan...
Bütün zamanlarda sən bir baĢqası,
Bütün baĢqalarda özün olarsan...
Vaxtın qəzasına qarıĢar baĢın,
RiĢxəndlə qımıĢıb keçər küləklər...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
123
Ortada rüzgarla baĢ-baĢa oynar,
Haqlı sualları yoran kələklər...
Dönüb üzünə də baxmaz
ötən vaxt,
Tanımaz sıxdığı dost əllərini...
Küsüb yerli-dibli unudularsan,
Ərp tutar könlünün xas tellərini...
Bir ümid axtarar incik duyğular,
Sözbəsöz söyləyib nağıllanarsan...
Ipini buraxıb dəli dünyanın,
Bəlkə,nağıllarda ağıllanarsan...
25 oktyabr 2012.
***
Bu payız hər kəsi aldada bilər...
Bu payız hər kəsi aldada bilər...
Hər Ģeyin üstündən keçər astaca...
Yığıb düyünləyər ömür yükünü,
Ən yaxın yuvadan köçər astaca...
Heç kəs tuta bilməz yalanlarını...
Küləklə sovrular cansız duyğular...
Harasa
qeyb olar gəldiyi kimi,
Sığınar heçliyə qərib yuxular...
Bu payız hər kəsi aldada bilər,
Yolunu azdırar çaĢbaĢ günlərin...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
124
Uzanıb-qısalan vaxt ölçüləri
Itər acığında qart düyünlərin...
Susar
qəm önündə müdrik ağaclar,
Göyü zəncirləyər biləklərinə...
UçuĢa həvəsli yarpaqlarını,
Buraxar taleyin küləklərinə...
Bu payız hər kəsi aldada bilər,
Kəsib qarĢısını meydan oxuyar...
Dirildib çarəsiz ayrılıqları,
Əyninə payızdan bir don toxuyar...
Hicran örtüyündə gəzər buludlar,
ġıdırğı yağıĢlar haray qoparar.
Ağlı baĢındanın biri də baxıb,
Ağılsız dünyaya həsəd aparar...
Köksünü ötürər qürub günəĢi...
Doğan dan yerinə boylanıb gülər...
Gözə kül üfürər qızıl-qırmızı,
Bu payız hər kəsi aldada bilər..
***
Qəza tək düĢdüyün dərdin
Nə sağı var ,nə solu var...
Dirilməyin bircə yolu,
Ölməyin min bir yolu var...
Aç ,sinənin düyününü,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
125
Bəlkə,yaxandan köçəsən...
Bəlkə ,baxtın iynəsindən,
əyrilib sap tək keçəsən...
Səsinin göz yaĢlarından
Yığıb bir ömür hörəsən...
DüĢüb yuxuda özünü
BaĢqa dünyada görəsən...
***
Bir gün sənə güləcəkdim...
Gözümdən düĢəcəkdin,
Bir gün bölünəcəkdin...
Hirsimin qarĢısında
Yaman kiçiləcəkdin...
Boynuna al,a dünya,
Əlindən bir Ģey gəlmədi,
Mənimlə bacarmadın...
Ağlına da gəlmədi,
Bir gün böyüyəcəkdim,
Gizləyib saxladığın
Sirrini biləcəkdim,
Bir gün qarĢına keçib
Eybini,yalanını,
Saxta ,qəlp xislətini
Üzünə deyəcəkdim,
Sən
baĢdan –ayağa silah,
Mənsə boĢ,əliyalın