www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
102
Küləklər də yan keçdi
Əcəlin qapısından,
Günlər asılı qaldı
Göylərin çatısından.
Duyuq düĢən qorxular
Bir-birinə sarıldı,
Ölümsüz ağırlaĢan
Dünya düĢüb qırıldı...
***
Çox Ģeyləri bilərəkdən bilmədim,
Bilərəkdən
bədbəxtliyin səbəbini bilmədim,
bilərəkdən eĢitdiyim sözlərin,
sualların cavabını bilmədim...
Çox Ģeyləri anlamaq ağır gəlir
adama...
Çox Ģeyləri bilməmək
ağıl,qəlb rahatlığı,
Bilməmək – abırlı bir libasdır,
xətər dəyməz adama...
Heç
nəyi bilməməyin qəbahəti
bilinməz...
Bilməmək bilmək deyil,
Bilməmək –
Heç bir kəslə bölünməz...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
103
***
Deyingən...
Yaman deyingən olmuĢam,
Səhər ağrıyan baĢıma,
Gecə ĢiĢən ayağıma,
Gah diĢimə,gah dilimə,
Gah gözümə deyinirəm,
Qulaq çəkib,üzdən iraq,
Öz-özümə deyinirəm...
əllərimdən yorulanda
yersiz gələn reklamlara,
Ģit,mənasız statuslara,
lap əttökən “Ģeirlərə”,
təxribatçı suallara,
bir axmağın,gicbəsərin
kommentinə deyinirəm,
Məni güclə danıĢdıran
Feyzbuka deyinirəm...
Istəyirəm susam,
olmur...
müxalifət susur amma...
evrozion paxırımız
üzə çıxır yavaĢ-yavaĢ,
sən bazarın qiymətini
maldan soruĢ, puldan soruĢ,
20-ci sahənin də zayı çıxdı,
taksilər də bahalanıb ,
açılmayan yoldan danıĢ,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
104
ondan danıĢ,bundan danıĢ,
danıĢmalı dərd deyil ki...
iqtidardan,xalqdan danıĢ...
Eh,nə qədər...istəyirsən
danıĢ,deyin...
istəyirsən həqiqətdən
yüz don geyin...
nə dinləyən,qulaq asan,
nə baxan var,
elə bil ki lal- kar olub,
hamı dönüb dilbir olub,
mütiləĢən,robotlaĢan,
key dövrana mat qalmıĢam,
özümü də danlayıram –
yaman deyingən olmuĢam...
***
Ayaq basdığın yer
qızmar bir kürə...
yollar axın-axın döyülmüĢ dəmir,
sən keç get...
qəlbinin qanı üstündən,
arxanca təngnəfəs çatlasın ömür...
Vaxtı yaralayan iti
səslərin,
ağrıyla bağlanır əli-ayağı...
kökündən sarsılıb dağılan ümid
diz çökür çarəsiz - ölüm sayağı...
Gələnlər - gedənlər gözüyumulu,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
105
Kor kimi zamanı tutmaq istəyir.
Ağzı açıq qalan vaxtın quyusu
Əlinə keçəni udmaq istəyir...
Əllini yelləyib nimdaĢ günlərə,
Dəli rüzgarların havasına uç...
Həyatın qanıyla
dolu badəni
Ölümün eĢqinə birnəfəsə iç...
QoĢul duyğuların axan selinə,
Yağ dolu göylərin yağıĢı kimi,
QarıĢ bu dünyanın dənizlərinə,
BoĢal ürəyindən göz yaĢı kimi...
***
Mən demədim,sən demədin,
Kimin sözü kimə dəydi?
Doğru-dürüst yolumuzu
Kimlər sağa-sola əydi?
Əllərimiz iyə dönüb,
Uzun –uzun gün əyirdi,
Ayağımız
dəyən yerdə
Ot bitmədi,qəm göyərdi.
Tikə qalan boğazımız
Bir söz belə ötürmədi,
Gözlərimiz çəkənləri
Ürəyimiz götürmədi...