www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
134
Dərdin dərdi
Susub dərdi dinləyirəm,
Dərd də özündən danıĢır...
Fələyin nəhs gərdiĢindən,
Yalan üzündən danıĢır...
Deyir, baxtdan yıxılanın
Heç zaman taleyi gülmür,
Deyir,taxtdan yıxılan kəs
Heç vaxt əcəliylə ölmür...
Tökdüyü göz yaĢlarının
Ürəkdə dəryası varmıĢ...
Gecə-gündüz verdiyinin
Kədərdən mirası varmıĢ...
ġeirlərdə yazılırmıĢ,
Mahnılarda oxunurmuĢ...
Ayrılığın köynəyinə
Ilmə-ilmə toxunurmuĢ...
Gizli-gizli çəkilirmiĢ,
Tənhalığa o yar imiĢ...
Heç bir kəslə bölmədiyi
Dərdin də dərdi var imiĢ...
3 mart 2013.
***
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
135
Boynuna al,
Bəyim,
Ayıra bilmədin iĢığı səsdən...
Səhv tutub getdin yolu,
Sonunda nə iĢıq var idi,nə səs,
Çıxa bilmədin
YanlıĢlıqların hördüyü qəfəsdən...
Bu – saxta zamandır,
bu – saxta güzgü,
YaxĢı bax –
Dost üzündən
düĢmən gözləri baxır...
Tanıya bilmədin,
Bu – ögey həyatdır,
Bu – yad dünyadır,
Verdiklərini
bir – bir baĢına qaxır...
Bir əl yeri buraxmır tutmağa,
Dərd verib dəvasını
gedər-gəlməzə göndərir...
Nəzər var üstündə,
halal –halal qismətini
qəsdən harama döndərir...
Gözündən tökür ...
Tökülən yaĢların arasında
Səndən bir niĢanə belə yoxdur...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
136
Sən çoxdan uduzmusan həyata,
Boynuna al daha,
Özün bilirsən –
Bu qəlp oyunda sənin yerin
yoxdur...
1 mart 2013.
***
Dərddən anlayan gəlsin,
Dərdimi söyləməyə,
Dəli,divanə gəlsin
Məni dəfn eyləməyə...
Hər Ģeyi dəfn etdim ,
Gömdüm qəlbimə,
Ġçim tabut kimi
süst və qaranlıq...
Nə o yanlıqdır,
Nə də bu yanlıq...
***
Mən elə zaman kimiyəm,
Kim üçünsə varam,kim üçünsə
yoxam...
Kimi qədrimi bilər,kimi boĢuna
öldürər...
Kimi anlamaq istər,kimi kənara
atar...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
137
Kimi səbirlə çəkər,kimi üstümdən
keçər...
Kimi səbəb axtarar,kimi bəhanə
arar...
Tanıyan,tanımayan,
Tərk edən,tərk edilən –
Hamısı məndə qalar...
Mən zamanın özüyəm –
Ġrəliyə qaçmaram,geriyə
qayıtmaram...
Məni yaĢadanı da, məni öldürəni də
-
Özümdə saxlayaram...
Zamanla dərk olunar,
Zamanla qeyb olaram...
20 fevral
2013.
***
Uzaqlardan
gözlərimə çən düĢür...
ToranlaĢır ürəyimin yolları...
YaddaĢımda
nə ölən var, nə qalan,
BoĢ yellənir köynəyimin qolları...
Ara- sıra xatirələr titrəĢir,
Gah gün düĢür,gah da kölgə
gözünə...