MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə27/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   23   24   25   26   27   28   29   30   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
107 
1968-ci  ildə də qəzadan  sonra özünə heç cür  gələ bilməyən 
alim  yenidən  xəstəxanaya  düşür  və  orada  dünyasını 
dəyişir… 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
108 
108 
 
Nizami Gəncəvinin Azərbaycan dilində divanı 
tapılıb?! 
 
 
Dahi  Azərbaycan  şairi,  XII  əsr  müsəlman-Şərq  intibahının 
ən görkəmli nümayəndəsi olan Şeyx Nizami Gəncəvinin 870 
illiyi  ilə  əlaqədar  onun  irsinin  toplanması  və  silsilə 
tədbirlərin  keçirilməsinə  başlanılıb.  Bununla  yanaşı,  şairin 
həyat  və  yaradıcılığı  ilə  bağlı  kitablar  da  yazılmaqdadır. 
Amma  böyük  şair  barəsində  hələ  də  deyilməyən  faktlar 
çoxdur.  Uzun  müddətdir  ki,  onun  fars,  yoxsa  Azərbaycan 
şairi  olması  hələ  də  müzakirə  olunmaqdadır.  Həqiqət 
Azərbaycanın  tərəfində  olsa  da,  bu  məsələyə  passiv 
münasibət  hələ  ki,  İranın  lehinə  nəticələnir.  Qonşu  dövlət 
bütün  bəşəriyyətə  gərək  olan  bir  dühanı  artıq  öz  adına 
―rəsmiləşdirir‖.  Səbəb  kimi  təkcə  Nizaminin  fars  dilində 
yazmasını demək absurddur. Çünki XII  əsrin ictimai-siyasi 
ab-havası,  eləcə  də  elmi-ədəbi  əlaqələri  bu  dildə  yazmağa 
imkan  verirdi.  Böyük  mütəfəkkirlər  tərəfindən  yazılan  hər 
hansı  əsər  ümumilikdə  Şərq-müsəlman  dünyasının  məhsulu 
hesab edilirdi. Şərqin elm dili ərəb, poeziya dili isə fars dili 
idi. Amma ―Xəmsə‖ ilə dünya mədəniyyətində, bədii-fəlsəfi 
fikrində  dərin  iz  qoyan  Nizami  Gəncəvinin  Azərbaycan 
dilində 
divanının 
olması 
da 
iddia 
olunur.  
Araşdırmamızda  nizamişünas-alim,  filologiya  elmləri 
doktoru,  həmçinin  tapılan  divanı  hazırda  latın  əlifbasına 
köçürən Sənan İbrahimov da bizə kömək etdi. 
Sirli Misir kitabxanası 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
109 
Qədim  dünyanın  mədəni  mərkəzlərindən  olan  Misir  eradan 
əvvəl  dünya  elminə,  mədəniyyətinə,  eləcə  də  düşüncə 
tarixinə  bir  çox  dəyərli  töhfələr  verib.  Həmçinin  Orta 
əsrlərdə  də  Misir  Ərəb  dünyası  üçün  bu  funksiyanı  həyata 
keçirib. Belə ki, Ərəb dünyasının ən böyük kitabxanası olan 
İsgəndəriyyə  kitabxanası  özündə  Şərqin  bir  çox  elmi 
incilərini  qoruyub  saxlayır.  Şərq  ölkələrinin  hər  birindən 
buraya  çoxlu  sayda  kitablar  aparılıb.  Amma  bir  Xədəviyyə 
adlı  kitabxana  da  var  ki,  o  da  Misirdə  öz  zəngin  kitab 
fonduna  görə  seçilir.  Burada  türk  dilində  yazılmış  xeyli 
kitablar  var  ki,  həmin  nəşrlər  bu  gün  də  öz  araşdırmalarını 
gözləyir.  
 
Modern.az-a verilən məlumata  görə,  Zəncan Universitetinin 
professoru,  Güney  azərbaycanlı  alim  Hüseyn  Türksoy 
Xədəviyyə  kitabxanasında  Nizami  qovluğunda  aşkar  etdiyi 
divanın  məhz  məşhur  Azərbaycan  şairi  Nizami  Gəncəviyə 
aidliyini irəli sürür. Həmin qovluqda ―Nizami‖ təxəllüsü ilə 
yazmış 3 şairin adı olsa da, elmi faktlar Azərbaycan dilində 
olan  divanın  məhz,  Nizami  Gəncəviyə  aid  olduğunu 
əsaslandırır.  Həmin  divanı  kitab  halında  çap  edərək  Bakıya 
gətirən Hüseyn Türksoy onu Elmlər Akademiyasının Nizami 
adına ədəbiyyat İnstitutunun alimlərinin müzakirəsinə verir. 
Bəs 
Ədəbiyyat 
İnstitutu 
nə 
etdi? 
 
Ədəbiyyat  İnstitutunda  akademik  Bəkir  Nəbiyev  və 
professor  Teymur  Kərimlinin  rəhbərliyi  altında  komissiya 
yaradılır.  Lakin  komissiya  bu  məsələ  ilə  bağlı  çox  erkən 
nəticəyə  gəlir  və  divanın  Xədəviyyədəki  qovluqda  yer  alan 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
110 
110 
digər  şair  Nizami  Qaraxaniyə  aid  olduğunu  bildirilər.  Bu 
haqda  həmin  komissiyaya  çağırılsa  da,  sonradan  ora  qatıla 
bilməyən  mətnşünas-alim  Sənan  İbrahimov  daha  ətraflı 
danışdı:  
 
―Komissiya  məsələyə  çox  səthi  yanaşdı.  Demək  olar  ki, 
başdansovdu  edib  erkən  nəticəyə  gəldilər.  Onların  bir 
mətnşünas  çağırmadan  bu  nəticəyə  gəlməsi  çox  maraqlıdır. 
İddia  etdilər  ki,  divanda  Qaraxaninin  şeirləri  var.  Qaraxani 
Səfəvilər dövründə  yaşamış, özü də saray şairi olmuş birisi 
idi  .  Divanın  məzmunu  ilə  Qaraxaninin  yaşadığı  dövr  heç 
cürə  səsləşmir.  Belə  ki,  ―Divanda  Məhəmməd  Cahan 
Pəhləvan  mədh  olunub.  Bildiyimiz  kimi,  o  Nizami 
Gəncəvinin müasiri idi. Qaraxani ilə onun heç bir əlaqəsi ola 
bilməzdi‖. 
Beləliklə,  Azərbaycan  elmi  və  ədəbiyyat  tarixi  üçün  çox 
vacib  olan  fakt  öz  dolğun  nəticəsini  tapmır.  Komissiyanın 
işindən  narazı  qalan  Hüseyn  Türksoy  Bakıya  gələrək  bu 
barədə  kitab  nəşr  etdirir.  Komissiyaya  etiraz  olaraq  bildirir 
ki, ―mən bilmirəm ki, Qaraxani kimdir, ya Nizami Gəncəvi 
kimdir?‖ 
Divan kimindir? 
Azərbaycan  dili  ərəb  əlifbası  ilə  yazılan  divanın  həqiqətən 
də  Nizami  Gəncəviyə  aid  olmasına  heç  bir  şübhə  yoxdur. 
Belə  ki,  əvvəla  burada  Şeyx  Nizami  İlyas  Yusif  oğlu 
Gəncəvi  cümləsi  işlənib.  Sonrakı  əsaslar  da  tarixi  və  elmi 
əsaslardır.  Belə  ki,  divanda  Azərbaycan  Atabəylər  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə