www.elmler.net
-
Virtual İnterne
t Resurs M
ərkəzi
Elmin Nurizadə Sufizm: gizli elmlərə haqqında araşdırmalar
164
164
əsər İstanbul bələdiyyəsinin keçmiş sədri, Yeditəpə
Universitetinin rektoru Bədrəddin Dalan tərəfindən böyük
rəğbətlə qarşılanıb. 1993-cü ildən T. Rzayev Bədrəddin Dalan
tərəfindən İstanbula dəvət edilib. 1994-2006-cı ilədək İstək
Kamal Atatürk Gözəl Sənətlər Liseyinin rəsm bölümündə
çalışıb. 2005-ci ildə Türkiyə Ulusal Komitəsi Rəsm
Bölümünün üzvüdür. 2006-cı ildən etibarən Yeditəpə
Universiteti gözəl sənətlər fakültəsində müəllim kimi fəaliyyət
göstərir.
Cahangir Novruzov
Azərbaycanın gülüş kraliçası Nəsibə Zeynalovanın oğlu, xalq
artisti Cahangir Novruzovu yəqin ki, hamı tanıyır.
Azərbaycanın əməkdar incəsənət xadimi olan Novruzov 1995-
ci ildən qardaş Türkiyə Cümhuriyyətində dərs deyir. O, Adana
şəhərinin Çukurova Universitetinin müəllimidir.
Əli Herisçi
Əslən Güney Azərbaycandan olan rəssam tanınmış alim Qafar
Kəndli-Herisçinin oğlu, yazıçı Həmid Herisçinin qardaşıdır.
Bakıda Mədəniyyət və İncəsənət universitetini bitirib. 1990-cı
ildən isə qardaş Türkiyədə yaradıcı və pedaqoji fəaliyyətini
davam etdirir. Herisçi 1992-ci ildən Qazi Universitetinin
müəllimidir