MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə39/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   35   36   37   38   39   40   41   42   ...   46

www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
152 
152 
budur,  yoxsa  şüuru,  düşünmək  bacarığını  niyə  verirdi  ki 
bizə? Bax, bizə verilən həmin o düşüncəylə indi sürünənlər 
də var, üzənlər də... Amma bunlardan əlavə, üstəlik uçanlar 
da  var.  Sürünənlər  insanın  özünün  yaratdığı  problemlərin 
girdabında  çaşqın  qalanlar;  üzənlər  həyatın  mənasını 
anlamadan, sadəcə çəmini tapıb, axına düşənlər; uçanlar isə 
öz  boyundan  boylanıb,  qabağı  görə  bilənlər,  həyatdan 
umacağının  nə  olduğunu  dəqiq  müəyyən  etmiş  insanlardır 
və  yolundan  azmış  cəmiyyətlərdə  elələrinə  ünvanlanan  ən 
yüngül ifadə ―axmaq adam‖ olur. 
-  Cəmiyyətimizə  bu  günün insanları  çox  darıxır.  Onlar 
ən çox nədən darıxırlar: yoldaşın olmamasından, yoxsa 
yolun yoxluğundan? 
-  Əslində  yoldaş  da  var,  Yol  da.  İnsanların  böyük 
əksəriyyəti sadəcə olaraq, Yolu görmür. Birisi onlara nişan 
verəndə  belə,  Yola  aparan  daş-kəsəkli  cığırların 
ağırlığından qorxur, diskomfort yaşamaq istəmir... İnsan ən 
çox nədən darıxır? - Yaşadığı hər anın onu həyatın sonuna 
yaxınlaşdırmasından.  İnsan  ən  çox  nə  üçün  darıxır?  - 
Özünün 
uşaqlığı 
üçün. 
Çünki 
həyatın 
sonunu 
uzaqlaşdırmaq  onun  ən  böyük  arzusudur.  Kamil  insan  isə 
ömrünü elə yaşamağa çalışır ki, onu bir də, başdan keçmək 
mənasız  olsun.  Onun  üçün  həyat  bir  sınaqdır  və  belələri 
ömrünün sonunda buraxılış imtahanından əla qiymət almış 
uşaq  kimidir  –  onu  eyni  imtahana  bir  də  sala  bilməzsən. 
Kamil  insan  həyatının  sonunda  topladığı  təcrübəni 
ümumbəşər  matrisasına  əlavə  etməyə,  qazandığını  verib, 
getməyə tələsir... 
- Allaha gedən yolun üzərində ən böyük maneə nədir? 
-  Bütün  yollar  onsuz  da  Yaradana  gedir,  onun  dərgahına 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
153 
aparır. Bu yolda ən böyük maneə isə cəhalətdir. Cahil adam 
özünü  tanımaz  və  özünü  tanımazsa,  Allahı  da  tanıya 
bilməz.  Biz  Xaliqin  ən  sevimli  məxluquyuq  və  özündə 
qiymətləndirdiyi  bir  nəsnədən  bizə  də  pay  verib.  O, 
yaratmaq  qabiliyyətidir.  Yaradan  sevgiylə  yaratdığını  da 
yaradan  görmək  istəyib.  Özü  yaradıcılıqdan  zövq  aldığı 
üçün  istəməyib  sevimli  məxluqu  bu  zövqdən  məhrum 
olsun.  Bu  sadə  həqiqəti  dərk  etməyənlər  yaratdıqlarına 
baxıb,  təşəxxüs  azarına  tutulurlar,  onlarda  böyüklük, 
əvəzolunmazlıq  maniyası  yaranır.  Elə  bilirlər  ki,  gücləri 
varsa, insanların necə yaşamalı olduğunu diktə etmək haqqı 
da onlara məxsusdu. Əmindirlər ki, hər şeyin düzünü yalnız 
özləri  bilir.  Bunların  hamısı  ancaq  təşəxxüsdən, 
xudpəsəndlikdəndir.  Odur  ki,  Yaradana  aparan  yolda  ən 
böyük maneələrdən ikincisi, məncə, elə təşəxxüsdür. Bir də 
ki,  nəfs.  Nəfsi  də  insana  Yaradan  verib  ki,  meyli  çəksin, 
onun üçün yaradılmış nemətlərdən dada bilsin. Amma həm 
də  xəbərdar  edib  ki,  qalib  insan  nəfsinə  üstün  gələndir. 
Nəfs  özü  də  bir  Tanrı  sınağı,  bir  məhək  daşıdır.  İnsanın 
başı bu daşa dəyəndə, real qiyməti bilinir. 
-  Kosmosdan  xaosa  düşən  insan  metafizik  səyahətlə 
özünü necə xilas edə bilər? 
- Kainatın ilahi bir düzəni var – bu artıq texniki vasitələrin 
yardımıyla  isbata  yetirilmiş  bir  həqiqətdir.  Eyni  düzən  bu 
Kainatın  içində bir qum  zərrəciyi  olan planetimiz üçün də 
qurulub  və  əslində  dünyamızın  dağılmamasına  səbəb  də 
odur.  Amma  biz  ətrafımıza  baxanda,  bu  düzəndən  əsər-
əlamət  görmürük.  Niyə?  Çünki  bu  düzəni  insan  özü,  öz 
ziyanlı  fəaliyyəti  nəticəsində  pozur.  Fundamental 
səviyyədə pozmağa gücü çatmasa da, üstquruma bacardığı 
kimi müdaxilə edir. Yadınızdadırsa cəmi əlli il qabaq insan 
özünün  təbiət  üzərində  qələbəsiylə  fəxr  edirdi.  İndi 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
154 
154 
təzahürünü gördüyümüz, hiss etdiyimiz xaos da elə həmin 
yalançı  qələbələrin  bəhrəsidir.  İndi  biz  əhalinin 
artmasından, 
planetin 
resurslarının 
insanlara 
yetməyəcəyindən  qorxuruq.  Bizdə  dəhşətli  bir  istehlakçı 
iştahası  formalaşıb  -  əlimizə  artıq  pul  düşdümü,  fərqinə 
varmadan  gərəksiz, amma reklamlar vasitəsiylə beynimizə 
yeridilən  malları  alırıq.  Yer  üzündə  ziyanlı  texnologiyalar 
tətbiq  edib,  təbiətin,  insan  sağlamlığının  anasını  ağladıb 
ərzaq bolluğu yaratmağa çalışırıq və fərqində də deyilik ki, 
hal-hazırda istehsal edilən ərzağın azı 30 faizi itkiyə gedir. 
Bir  zamanlar,  ən  ibtidai  dövrlərimizdə  riayət  etdiyimiz 
qənaət qanunlarını çoxdan unutmuşuq. Yer üzündə həyatın 
mənbəyi  olan  su  ehtiyatlarının  tükənəcəyinin,  dünyada 
içməli  su  üstündə  başlanacaq  qanlı  müharibələrə  bir  şey 
qalmadığını  anlamırıq...  Metafizik  səyahət  bütün  bunları 
anlamaq üçün vasitədir. Ruh adamları insan əliylə yaranmış 
xaotik  düzəndən  qalxmalıdırlar  ki,  İlahi  düzənin 
konturlarını görə və göstərə bilsinlər. Hər gün bir az da gec 
olur.  Bu  konturlar  bilinməsə,  biz  səhvlərimizi  düzəldə 
bilməyəcəyik. 
-  Şüurdan  kənarda  nə  var?  Bütün  fantastlar  sizcə 
şüurdan  xilas  olub  şüur  üstünə  hərəkət  fonunda 
yazdılarmı? 
-  İnsanda  şüurdan  kənar  bir  İlahi  şüur  var.  Bəşəriyyətin 
qabaqcıl  nümayəndələri  o  şüurun  məntiqini  anlamaq  üçün 
zaman-zaman  insan  şüurunun  fövqünə  qalxmağa  can 
atıblar.  Çünki  insan  şüuru  da  əslində  bir  çərçivədir.  Delfi 
məbədinin orakullarını xatırlayın. Heç vaxt təmizlənməyən 
keçilərin saxlandığı ağılın üzərində tikilmiş dar bir otaqda, 
havasız  şəraitdə  bakirə  qızları  narahat  üçayaqlı  kətilin 
üstündə 
oturdur, 
yerdən 
qalxan 
buxar 
onlarda 
qallüsinasiyalar  yaradır, sayıqlamağa məcbur edir, şüursuz 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə