MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə37/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   33   34   35   36   37   38   39   40   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
145 
aşırı  musiqi  ortamı,  mühiti  də  ziyandır.  Gündə  musiqi 
eşitmək  durmadan  yemək  yemək  kimidir.  Bir  yerdə 
oxumuşdum  ki,  19-cu  yüzildə  musiqini  eşitmək  üçün 
adamlar  faytona minib  filan şəhərə konsertə  gedirdilər.  İndi 
isə mobilin, bilgisayarın və daha nələrinsə düyməsini basan 
kimi  musiqi  çıxır.  İndi  mənim  hansı  havadansa 
havalanmağım  müşkül  məsələdir.  Adam  yeməklərin  dadını 
bilmək üçün bir az ac olmalıdır, aclıqdan keçməlidir. Çağdaş 
kültür  isə  maksimum  toxluq  yaradıb.  Öncələr  kitabxanada 
əlinə  Niççenin  kitabını  ürəyin  əsə-əsə  alırdın,  indi  isə 
İnternetdə düymələri basırsan, kitablar bilgisayara yüıklənir. 
Bu,  texnikanın  sonucudur  ki,  ruhani  olanları  mexaniki 
olanlara çevirib 
Biz  getdikcə  daha  çox  qandan  şişmiş  tox  taxtabitilərə 
oxşayırıq. Toxluqdan zorla tərpənirik, zorla oxuyuruq, zorla 
eşidirik. Deyəsən, indi aclığı uzatmaq üçün kültür dietalarına 
gərək yaranıb. 
– XXI  əsrdə  İslam  bəşəriyyət  üçün  öz  aktuallığını  hansı 
rakursdan qoruyub saxlayır? 
–  14  il  bundan  qabaq  rus  dilində  İsveçdə  çıxan  bir  dərgiyə 
―Dini intellektual İslamın gələcək paradoksudur‖ məqaləsini 
vermişdim.  Mən  bu  intellektualların  geniş  İslam  faktı 
olmasını hələ də gözləyirəm. Hərçənd qorxu ilə görürəm ki, 
Ortaçağdan  20-ci  yüzilə,  oradan  da  21-ci  yüzilə  daha  çox 
cənnətdə  hurilərlə  bağlılıq  arzusunda  olan  müsəlmanlar 
keçirlər.  Onların  İslam  düşüncəsi  mifolojidir,  nağıllarla 
doludur.  Belələri  texnoloji  möcüzələr  dövründə  heç  cürə 
dəyişmək istəmirlər. 
Biz  müsəlman  intellektualları  başqa  cür  İslam,  başqa  cür 
müsəlman  ideyasında  açılan  müsəlmanların  sayını  artırmaq 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
146 
146 
üçün  çalışmalıyıq.  Pravoslavlıq  hələ  ki  21-ci  yüzilin  dini 
olammır.  Katolisizm  bir  təhər  olmaq  istəyir.  Ancaq  Dzen 
buddizm ola bilir, protestantlıq ola bilir, deyəsən, iudaizm də 
ola bilir (radikalları çıxmaq şərti ilə). 
–  Bəs  təsəvvüf  XXI  əsrdə  öz  funksiyasını  nə  dərəcədə 
yerinə yetirə bilər?     
– Mən təsəvvüfü lap əl-Qəzali qədər sevirəm. Dzen-buddizm 
kimi  onun  da  çağımıza  layiq  olmaq  imkanı  var.  Ancaq 
yazıqlar olsun ki, ortaçağ təkkələrinin arxivləri olmayıb, ona 
görə  də  birinin  o  birisindən  fərqini  bilmək  çətindir. 
Mövləviliyin  Bekataşilikdən  fərqini  bilirik.  Ancaq,  axı, 
onlarla  və  daha  çox  təsəvvüf  ordenlərı  vardı,  özəllikləri  nə 
olub bilmək mümkün deyil. 
– Əgər təsəvvüf öz funksiyasını yerinə yetirməyi bacarsa, 
bəşəriyyət öz xilas yoluna qədəm qoya bilərmi.?  
–  Yox,  sualın  belə  qoyuluşunun  tərəfində  deyiləm. 
Bəşəriyyət  xilas  yolundadır,  hər  gün  böyük  dövlətlər, 
araşdırma  mərkəzləri  xilas  yolunu  düşünürlər.  Ancaq 
qurtuluş bir dinin, bir təriqətin əlində deyil. İstərdim deyəm, 
ABŞ-nin əlindədir, ancaq heç onların da əlində deyil. 
– Siz XXI əsrin filosofusuz. Antik dövrdən, eləcə də orta 
əsrlərdən  hansı  filosofların  bu  saat  yanınızda  olmasını 
arzulayar  və  müəyyən  mövzularda  onlarla  dərdləşmək 
istəyərdiz?  
– Elə filosoflar var ki, başımı heyran edir, tutalım, Aristotel, 
Tusi, İbn Sina. Elələri də var ki, həm ürəyimi, həm də başımı 
heyran  edir,  tutalım,  Platon,  Rumi.  Mənim  21-ci  yüzildə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
147 
təkcə başım yox, ürəyim də heyran olmaq istəyir. 
–  “Fəlsəfədən  diddiklərinizi”  XXI  əsrə  töhfə  hesab 
edirsizmi? 
–  Yox,  bu  adi  müntəxabatdır,  ötən  yüzildə  çıxsaydı  daha 
yaxşı olardı. Məndə 21-ci əsrə töhfə yoxdur, hayıflar olsun. 
Ancaq  20-ci  əsrin  sonuna  töhfəm  olub  ―Azərbaycan 
bilinmələrindən  sezilən  nəsnələr:  nəsnələrlə  nəsələr 
arasında‖.  Şahbaz  Xuduoğlu  olmasaydı,  o  kitab  gün  üzü 
görməzdi.  Ancaq  yox,  bəlkə  mənim  21-ci  əsrə  töhfəm  ―O, 
ibadət  düşüncələridir‖?  Bilmirəm,  düzü.  Hər  halda  o  kitab 
İslam intellektualının kitabı kimi yazılıb. 
–  Modern  Azərbaycan  fəlsəfəsinin  inkişafı  barədə  bir 
neçə söz. O necə inkişaf edir? 
–  Azərbaycan  fəlsəfəsi  Qərb  fəlsəfəsini  anlaqlı  dildə 
danışmaqla  gəlişə  bilər.  Biz  humanitar  sahələrdə  guya 
orijinal  dissertasiyalar  gözləyirik.  Məncə,  10-15  il  ünlü 
filosofların  ideyalarını  gözəl,  anlaqlı  açmaq  üstündə 
dissertasiyaların yarışı olsa daha yaxşıdır. Sonrasına baxarıq. 
– Hazırkı elmi fəaliyyətiniz barədə bir neçə söz ... 
–  ―Gündəlik  Teleqraf‖  üçün  köşə  yazıları  yazıram.  Həftədə 
yeni  ideyalara  söykənən  iki  yazını  hələ  ki  verə  bilirəm. 
Sonra  onları  esselər  kimi  toplamaq  da  olar.  Ancaq  klassik 
anlamda  monoqrafik  araşdırmalar  hazırlamaq  artıq  mənim 
üçün  gecdir.  Azərbaycan  kimi  ölkələrin  alim  və  yazarları 
çox  acınacaqlı  vəziyyətdədirlər.  Bilirsiniz,  adam  pulu 
sevməyə  bilər,  ancaq  hətta  sevməsə  də,  biləndə  ki  300-500 
səhifəlik  romanı,  elmi  araşdırması  onu,  tutalım  yarım  il 
dolanışıqla  təmin  edəcək,  zəhmətinə  görə  böyük  qürur 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə