MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə34/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   30   31   32   33   34   35   36   37   ...   46

www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
134 
134 
hərdən bir araq da içəsən, birdən-birə isə bunların hamısına 
 yox  deyəsən.  Ətdən,  çörəkdən,  yağdan  imtina  edəsən. 
Burada  nəfsdən  də  əlavə  kənardan  tənə  də  var  idi.  Elə  öz 
redaksiyamızda  ancaq  tərəvəz  yediyimə  görə  mənimlə 
zarafatlaşırdılar.  Qohumlar  da  deyərdi  ki,  nə  günə 
qalmısan?!  96  kiloqramdan  52  kiloqrama  düşdüm.  Hamı 
mənə vahimə ilə baxırdı. Daha bilmirdilər ki, mən hələ indi-
indi özümə gəlirəm.  
-  Sizi  özünüzə  gətirən  üsullardan  biri də  Nişi sistemidir. 
Nişi kimdir?  
-  Nişi  özü-özünü  ölümdən  xilas  etmiş  bir  yapon  mühəndisi 
idi.  Anadan  olandan  ağır  xəstəliklə  vuruşub.  Özü-özünü 
qurtarmağa çalışıb. Bu yolda bütün mütərəqqi ölkələrin tibb 
kitablarını   oxuyub.  Deyilənə  görə,  Nişi  70  minə  yaxın 
ədəbiyyat oxuyub. Qədim Çin, Hindistan, Orta Asiya, Misir, 
Almaniya, Qərbi Avropa eləcə də bir çox ölkələrdə  yazılan 
tibb  ədəbiyyatlarını  mənimsəyib.  70  min  kitabın  içindən 
cəmi 362-sini seçib və özünün möhtəşəm sistemini yaradıb. 
İxtisasca  mühəndis  olsa  da,  düşüncə  etibarilə  İbn  Sina 
təfəkküründə olan bir loğman idi. İbn Sinanı da mükəmməl 
mənimsəyib.  Onun  möhtəşəm  sağlamlıq  sistemi  cəmi  6 
qaydadan  ibarətdir  ki,  o  qaydalar  həqiqətən  möcüzə  yarada 
bilir.  
- Bir az o qaydalar haqqında danışaq... 
- Cəmisi altı qaydadır. Onlardan ikisi yataqla bağlıdır. Yataq 
bərk  və  düz  olmalıdır.  Fəqərə  sütunu  düz  qalsın  deyə. 
İkincisi yastıq balaca və bərk olmalıdır. Özü də başın altına 
yox,   boynun  altına  qoymaq  lazımdır.  Qalan  dördü  isə 
təmrinlərdi.  Yəni,  faydalı  hərəkətlər.  Mən  onları  öz 
kitabında  vermişəm.  Hərəkətlər  də  şəkillərlə  göstərilib  və 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
135 
izah  edilib.  Bu  hərəkətlər  insan  orqanizmini  oksigenlə 
qidalandıran,  qan  dövranını  sürətləndirən  hərəkətlərdir. 
Ümumiyyətlə,  bu  sistemin  iki  ali  məqsədi  var:   birincisi, 
bədəndə  sağlam  qan  yaradır,  ikincisi  həmin  sağlam  qanın 
bədəndə  hərəkətinə  şərait  yaradır.  İki  ali  məqsəd  budur. 
Bunları təmin edən adam xəstəliklərdən kənar olur.   
- Hər insan özü öz içində bir həkimi öldürür. Bu “həkim” 
ən çox hansı hallarda ölür ?  
- Yaxşı dedin ki, hər insan özü öz içində bir həkimi öldürür. 
Hər insan özü öz həkimi olmalıdır. Başqasına canını əmanət 
etməkdənsə,  özünə  əmanət  etmək  yaxşıdır.  Çünki  sənin 
qədər  heç  kəs  səni  istəyə  bilməz.  Sizin  də  dediyiniz 
―həkim‖in 
öldürməyin 
ən 
yaxşı 
yolu 
düzgün 
qidalanmamaqdır.  Dünyada  Natural  Gigiyena  Hərəkatının 
hazırladığı  qidalanma  prinsipləri  var  ki,  onların  hamısının 
əksinə  hərəkət  edirik.  Onlardan  ən  vacibi  budur  ki,  
sağlamlıq mənbəyi olan qidanı öldürüb yeməməlidir. Yəni,  
onu bişirib, qaynadıb, duza, şəkərə qoyub yeməməlidir. Bir-
biri  ilə  uzlaşmayan,  yola  getməyən  qidaları  qarışdırıb 
yeməməlidir.  Bu  iki  prinsipi  pozduğumuz  üçün  bir  çox 
bəlalara  mübtəla  oluruq.  Təsəvvür  edin,  hələ  eradan  əvvəl 
Hippokrat  deyirdi  ki,  biz  nə  yeyiriksə,  oyuq.  
 
- İnsan öz daxilində “bakteriya bankı” yaradıb. Bu bankı 
necə “müflis etmək” olar? 
- Bilirsən nə təhərdir? Bakteriyalar və mikroblar çürüntüləri 
xoşlayır.  Təsəvvür  et  ki,  bir  həyət  zibillə  doludur.  Ora 
qarışqa da gəlir, siçan da gəlir, it, pişik də gəlir. Sən o həyəti 
sil, süpür, təmizlə onların heç biri gəlməyəcək. Bakteriyalar 
da  belədir.  Əgər  yoğun  bağırsaq  təmizdirsə,  orada  onların 
yaşama  mühiti  olmayacaq.  Yəni,  yem  bazası  olmadığından 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
136 
136 
orada  qalma  ehtimalları  da  olmayacaq.  Yoğun  bağırsaqla 
zir-zibil, çürüntü,  elmi dillə ona ―şlak‖ deyilir olanda, onlar 
sürətlə artıq və hüceyrələri məhv edir. Hüceyrələr zəifləyir, 
amma 
mikroblar 
güclənir... 
 
– 80 yaş... Sizi yormadıq ki? 
-  Mən  yorulmuram  ki!   Hər  gün  10  km  qaçıram.  Sonra  da 
gəlib  işləyirəm.  İşləməkdənsə  doymuram.  40  yaşımda  bir 
məqalə  yazanda  deyirdim  ki,  bunu  nə  vaxt  qurtaracam. 
Amma indi kitablar yazıram, yorulmuram. Sonuncu kitabımı 
da  nəşriyyata  verdim.  ―Bəşəriyyətin  xoşbəxtlik  düsturu‖ 
adlanır. Amma onu rusca yazmışam.  
- Bəs yoqa üsulu ilə müalicəni necə dəyərləndirirsiniz ? 
- Nişi yoqanı çox gözəl mənimsəyib. Amma oradan cəmi bir 
şey götürüb. O da özünü təlqinetmə. Yəni, özünü inandırma. 
İnsan  özünü  hər  şeyə  inandırmalıdır.  İnandırmalıdır  ki,  hər 
şey yaxşıdır və bundan sonra da yaxşı olacaq. Təmrinlərində 
də  yoqa  elementləri  var.  Amma  ifrata  varmağa  ehtiyac 
yoxdu.   
- Hərəkətlərdən bir neçəsinin izahını verə bilərsiz? Sizin 
sağlamlıq sistemində hansı üsullar var? 
-  Bayaqkıların   hamısı  yoqadan  alınan  keyfiyyətlərdi.  Elə 
mənim  özüm  də  təkcə  Nişi  ilə  kifayətlənmədim.  Ondan 
sonra  İbn  Sina,  Hippokrat,  Amerika  alimləri  Pol  Breqq, 
Şelton,  Uoker,  Vilhelm  Benner  kimi  alimlərini  oxudum. 
Hərəsindən bir şey götürüb öz sistemimi yaratdım.  
 
-  Özünüz də jurnalistsiz.   Biz jurnalistlər yorulduğumuz 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə