MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə32/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   28   29   30   31   32   33   34   35   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
127 
ayrı müstəvidən aparılıb. Məsələn, Nizaminin ―Yeddi gözəl‖ 
əsərində  yeddi  gözəl  əslində  yeddi  məqamın  göstəricisidir. 
İnduizmdə  də,  sufizmdə  də  mistik  eşq  yolçuluğunu  özündə 
əks  etdirəm  mərhələlər  var.  Qədim  biliklərdə  bunlar  yeddi 
qat, yəni yeddi çakra kimi göstərilmişdi. 
– İnsan  öz  daxili  aləmində  eşqə  gedən  yolları  necə  aça 
bilir? 
– Mistik  eşq  yolçuluğuna  qədəm  qoymaq  istəyən  insanın 
həyatı  3  mərhələyə  bölünür.  Birinci  mərhələ  -  şəriət daha 
çox  zahiri  məqamla  bağlıdır.  Belə  ki,  burda  müəyyən 
davranışlara riayət olunma, dini ayinlərin həyata keçirilməsi 
əsas  rol  oynayır.  İkinci  mərhələ  təriqət  isə  artıq  batini 
(daxili)  prosesdir.  Lakin  burda  mütləq  müəllim  (mürşid, 
şeyx)  olmalıdır.  Çünki,  bu  idrakı  prosesidir.  Eşq 
yolçuluğunda eşq artdıqca idrak da  güclənir kamilləşir. Eşq 
yolçuluğunda dünyanın dərki və özünüdərk dərinləşir. İnsan 
dünyanı  dərk  etmək  üçün  öncə  özünü  dərk  etməlidir.  Ona 
görə də eşq yolçuluğu insanın daxili cihadıdır. Cihad zamanı 
pillə-pillə yeddi ruhi mərhələ keçilir, dünya sevgisi azalır və 
eşqə aparan qüvvə güclənir.   
–  İnsan  bu  yolların  xəritəsini  hansı  gizli  kodlarda 
qoruyub saxlayır? 
–  Bu  insanın  yeddi  energetik  mərkəzi  ilə  bağlıdır.  Bunlar 
maddi olmayan, insanın efir bədənində yerləşən mərkəzlərdi. 
İnduizm  mistik  ənənələrində  bunlara  çakra  deyilir.  Lakin 
―Avesta‖da  da  bu  anlayış  var.  Bu  energetik  mərkəzlər 
insanın  onurğa  sütunu  boyunca  yerləşir.  Lakin  bu  fiziki 
mənada  deyil.  O  energetik  mərkəzlərin  hərəsinin  öz  rəngi 
var,  öz  musiqisi  var  və  öz  əlaqəli   planeti  var.  İnsan  özü-
özülyündə böyük bir supersistemdir. Energetik müstəvidə o 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
128 
128 
təkcə  fiziki  bədən  yox,  həm  də  çoxqatlı  bir  energetik 
sistemdir. 
–  İnsan  və  Kainatın  enerji  mübadiləsi  zamanı  birincidə 
hansı dəyişikliklər baş verir? 
–  Kainatla  enerji  mübadiləsi  həmin  o  sistem  vasitəsilə  baş 
verir.  İnsanın  onurğasında  sakrum  sümüyü  var.  Kosmik 
enerji məhz, orda yerləşir. Təbabətdə bu işlənilmir. Lakin ən 
qədim  biliklərdə  bu  Kundalini  enerjisi  kimi  göstərilir. 
Kundalini  ilan  kimi  qıvrılan  deməkdir.  Bu  enerji  kosmik 
enerjidir və təsəvvüfdə buna can deyirlər. Yəni  canın Allaha 
istiqamətlənməsi. 
İnduzim 
fəlsəfi 
bilikləri 
bizi 
məlumatlandırır  ki,  o  enerji  bu  yeddi  qatı  keçərək  sonuncu 
mərhələyə çatır. Kundalini enerjisi bir-bir onları qidalandırır. 
Bu  zaman  insan  həm  fiziki,  həm  də  ruhi  cəhətdən 
sağlamlaşır.  ―Sağlam  bədəndə  sağlam  ruh  olar‖  ifadəsi  də 
burdan irəli gəlir. 
–  ―Yeddi  gözəl”  kainatdan  alınan  enerjinin  sayəsində 
yazılmışdı? 
–  ―Yeddi  gözəl‖in  ilkin  müstəvidə  nağıla  bənzəyir.  Lakin 
burda  xeyli  kosmoqnik  məqamlar  var.  Bəhram  şahın  yeddi 
çadır  qurması,  onların  hərəsinin  ayrı-ayrı  planetlərlə 
əlaqələndirilməsi sərf fəlsəfi anlamdadır. Nizami bildirir ki, 
mən  bunları  ağlımın  yox,  qəlbimin  ötürdüyü  məlumatlar 
əsasında  yazmışam.  Ağılla  bunları  yazmaq  qəti  mümkün 
deyil. ―Allah insana şah damarından daha yaxındır‖ həqiqəti 
də  burdan  qaynaqlanır.  İnsan  hərdən  həmin  mənbəyə  baş 
vurur və ordan bəhrələnir. 
–  Ezoterizmin  sirli  pəncərəsindən  sosial  reallıq  necə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
129 
görünür? 
– Sosial reallıq bir çox prizmadan öyrənilir. Amma ezoterika 
bunun  ən  dərin  qatını  araşdırır.  Çünki  insan  tək  sosial  fərd 
deyil,  o  həm  də  ilahi  varlıqdır.  Bizim  öz  özəyimiz 
mahiyyətimiz  var.  O  mahiyyətə  gedib  çıxmayınca,  sosial 
həyatda  istədiyimiz  səviyyəyə  çatmaq  qeyri-mümkündür. 
Çünki 
ictimai 
münasibətlər 
daxili 
intizamla 
tənzimlənməlidir.  İçəridən  tənzimlənən  qanunlar  cəmiyyəti 
idarə edəndə böyük ədalət yaranar. 
– Bu  gün  ölkədə  və  dünyada  baş  verən  siyasi  hadisələr 
öz-özlüyündə  gizli  bir  kod  şəklində  saxlanılır.  Belə  ki, 
görünənlər  əsl  həqiqətdən  çox  kiçik  bir  hissədir.  Əgər 
həmin  görünməyən  şifrələr  kod  şəklində  açılsa,  bizlərə 
hansı məlumatı ötürə bilərlər? 
– Heç bir informasiya ötürə bilməzlər. Çünki ezoterik kodlar 
özlərində  gizli  ,  qiymətli  nüansları  saxlayırlar.  Amma 
siyasətdə  sakral  nə  var?  Siyasətlə  ezoterizmi  heç  vaxt  eyni 
müstəviyə  qoymaq  olmaz.  Siyasətçilər  əgər  ezoterikanı 
bilsəydilər, heç vaxt siyasətçi olmazdılar. 
–  Yəni  demək  istəyirsiz  ki,  ezoterika  heç  vaxt  siyasət 
səviyyəsinə enməz? 
– Heç  vaxt. Çünki  ezoterika  hər  şeyin  fövqündədir.  Çünki 
ezoterikada  nə  siyasət  var,  nə  zaman,  nə  də  məkan.  Orda 
ancaq  insan  və  idrak  fenomeni  var.  Bütün  ezoterik  biliklər 
hansısa sənət və yaradıcılıq formasında əks olunur. Belə ki, 
ezoterik  musiqi,  ezoterik  rəngkarlıq,  ezoterik  rəqs 
dediklərimizi  özündə  müəyyən  qədər  əks  etdirə  bilir. 
Məsələn,  mövləvilərin  səmavi  rəqsləri  tam  olaraq 
makrokosmosun 
mikrokosmos 
səviyyəsində 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə