MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə31/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   27   28   29   30   31   32   33   34   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
123 
onlar üçün bu səddi keçmək çox asandı. Gah burda, gah da 
ordadılar... 
- Süni intellektdə hər bir rəngin, o cümlədən qaranın çox 
çaları  var.   Bəs  bizim  cəmiyyətdə  qaranın  neçə  çaları 
var?  Və  ya  bizim  bugünkü   təfəkkür  qaranın  neçə 
çalarını görə bilir? 
- Əgər hakimiyyəti deyirsinizsə, o ancaq bir çaları görə bilir: 
qara  və  ağ.  Yenidən  bayaq  dediyiniz  süni  intellekdəki  0  və 
1-ə  qayıdaq.  Peşəsindən  və  mövqeyindən  asılı  olmayaraq, 
hər bir insan səhv düşünürsə, o sıfırın  yanındadı, hətta 0,1-
də də deyil. Konkret sıfrın yanındadı. 
- Rafiq müəllim, biz bu gün bozla qaranı seçə bilmiriksə, 
bu gələcəkdə hansı problemləri yarada bilər? 
-  Çox  ağır  fəsadlara  gətirib  çıxarar  -  sualınız  çox  xosuma 
gəldi....  
Bir dəfə Corc Buş haqda yazmısdım ki, qeyri-səlis məntiqlə 
düşünən  adam  İraqı  bombalamaz.  Qeyri-səlis  məntiq 
tolerantlıq məntiqidir. 0-1 məntiqi deyil. Amma bunlarda isə 
konkret 0 və 1 məntiqidir. Başqalarına ―0‖, özlərinə isə ―1‖ 
kimi  baxmaq  məntiqi.  İstərdim  ki,   həmin  o  qaradan  ağa 
dərəcəli keçid olsun. Yəni, insanlara sayğı olsun. Onda ağla 
qaranın sərhəddi itəcək! 
- Sizin “Segahı görürəm” adlı elmi monoqrafiyanızda hər 
bir  səs  tezliyinin  müəyyən  rəngə  çalma  formulu  var. 
Cəmiyyətimizdə və insanlarda bu gün haqq səsi daha çox 
hansı rəngə çalır? 
-  O  vaxtı  səs  var  idisə  də  bəmdə  idi.  Cəmiyyət  bəmdə 
oxuyurdu.  Hər  rəngdən  o  biri  rəngə  1000  keçid  var.  Bizim 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
124 
124 
cəmiyyətin səsi ümumilikdə xora oxşayır, amma hələ rəngə 
çevrilməyib.  Hələki  xor  çoxrənglilik  deyil.  Mən  həmişə 
demokratrik  qüvvələrə  birləşin  demişəm.  Son  yazım 
müxalifətin  tənqidinə  həsr  olunmuşdu.  Siz  dediyiniz  səslər 
və rənglər çoxluğunda son səs xalqındı. 
- Belə deyək, bəs bu gün cəmiyyətin səsi hansı rəngdədi? 
-  Çox   rəngə  çalır.  ―Qırmızı‖  demek  istəmirəm.  Allah 
eləməsin  ki,   qırmızı  olsun.  Amma  bu  rəng  bəzən  ―yaşıla‖ 
çalır,  bəzən  isə  narıncıya.  Amma   hansının  üstün  olduğunu 
bu  gün  demək  çətindir.  Allah  etsin  ki  qırmızı  olmasın... 
 
-  Sizin  həm  də  ədəbiyyata  dərin  marağınız  var. 
Tələbələrinizə  çox  vaxt  iki  şeyi  məsləhət  görürsüz.  Bir 
muğama  qulaq  asmağı,  sonra  isə  Çingiz  Aytmatovu 
oxumağı. Bizə maraqlıdı, niyə məhz Çingiz Aytmatov? 
- Mən ―Əsrə bərabər gün‖ü 3 dəfə oxumuşam. Özü də rusca. 
Yadınızdadırsa,   orda idarə olunan insanlara aid  bölüm var. 
Yəni, bu həm də bugünki cəmiyyətin inikasıdır. Yazıçının da 
böyüklüyü  ondadır  ki,  o  yaşadığı  zamandan  40-50  il  və  ya 
daha  çox  əvvəli  görür.  Yaxud  olsun  ―Manqurt  əfsanəsi‖. 
Əgər  o  siyasətə  getməsəydi,  səfir  olmasaydı,   çox  böyük 
ehtimalla  Nobel  alardı.  O  heç  bir  Nobel  alandan  aşağı 
səviyyəli  yazıçı  deyil.  Siyasətə  getdi  və  Nobel  ala  bilmədi. 
Nobel  mükafatı  verilərkən,  bu  kriteriyalara  ciddi  əməl 
edirlər. Onun şəxsiyyəti ilə yazıçılığı arasında təzad olsa da 
o  böyük  yazıçı  idi.  O,  kiçik  bir  ―Gürcü  həyatı‖  adlı 
əhvalatda   milli  birlik  faktorunu  çox  gözəl  qabarda  bilir. 
Yeddi  gürcü  bir  arada  olanda  içdilərsə,  hökmən  gürcü 
dilində  mahnı  oxuyacaqlar.  Düzdü  bunlar  məcazi  mənada 
çatdırılırdı. Amma milli birlik qabardılırdı. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
125 
-  Azərbaycanda  isə  ən  çox  sevdiyiniz  şair  Ramiz 
Rövşəndir. Ramiz Rövşəndə sizi özünə nə cəlb edir? 
- Əsas mövzu. Ramiz Rövşən ilk şeirindən son şeirinə kimi 
tam  fərqli  bir  şey  yazıb.  O,  tam  orijinal,  Allahın  sevgisinə 
tuş gəlmiş bir adamdı. Heç kimə bənzəmir, şeirləri də tamam 
fərqliidir. 
-  Rafiq  müəllim  bayaq  0  və  1  intervalı  barəsində  söhbət 
etdik. Ramiz Rövşən bu intervalın harasındadı
- Dostum olduğuna görə demirəm, amma Ramiz Rövşən 1-in 
tam yanındadır. 
-  Bəs  bizimlə  etdiyiniz  söhbəti  bu  intervalın  harasında 
görürsünüz? 
 
- (gülür...) ... tam səmmimi deyirəm. Lap 1-in yanında...  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
126 
126 
 
 
BDU-nun dosenti: “Siyasətçilər ezoterikanı 
bilsəydilər, heç vaxt siyasətçi olmazdılar” 
 
 
Mətanət Abdullayeva: “İnsan dünyanı dərk etmək üçün 
öncə 
özünü 
dərk 
etməlidir”  
 
Müsahibi ezoterika  üzrə  mütəxəssis,  filologiya  elmləri  üzrə 
fəlsəfə  doktoru  Mətanət  Abdullayevadır.  Onun  müəllifi 
olduğu ―Klassik ədəbiyyat: ezoterik xəzinə‖ adlı kitabında 3 
dahinin  (Nizami,  Nəsimi,  Füzuli)  şeirlərindəki  ezoterik 
məqamlara toxunulur.   
– Ezoterika nədir? 
–  Bu  termini  elmə  Pifaqor  gətirib,  mənası  gizli,  sirli 
deməkdi.  İnsan  və  aləm  haqqında  təsəvvürləri  maddi 
keyfiyyətlərlə 
məhdudlaşdırmadan 
mikrokosmosla 
makrokosmosun  vahidliyini  və  bunların  daxilində  olan 
gizliliyi  təsdiqləyən  metoddur.  Bu  metodun  mərkəzində 
insan durur. Belə ki, biz mikrokosmos dedikdə məhz, insanı 
nəzərdə  tuturuq.  Həm  Qərb,  həm  də  Şərq  ezoterizmin 
məqsədi insana özünüdərk etməkdə kömək göstərməkdir. 
– Sizin üçün ezoterik aləmin sirli qapılarını açmaq çətin 
olmadı ki? 
– Sırf  elmi  müstəvidən  ezoterikaya  gəlmək  mümkün  deyil. 
Hər  bir  dövrün  poetik  fikri  həmin  dövrün  fəlsəfəsinin 
poeziya  prizmasından  açılışıdır.  Bu,  yeni  araşdırma 
sahəsidir.  Fəlsəfi  poeziya  Akademiyanın  Fəlsəfə  İnstitutu 
tərəfindən  də  araşdırılır.  Amma  mənim  araşdırmam  tamam 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə