www.elmler.net
-
Virtual İnterne
t Resurs M
ərkəzi
Elmin Nurizadə Sufizm: gizli elmlərə haqqında araşdırmalar
176
176
gözlərə sahibdir. Bu kitab nəinki anti-irqçi, feminist
romandır. Qəddar dünya onu həm dəri rənginə, həm də
cinsinə görə rədd edir.
9. "Qəzəb salxımları " – Con Steynbek
Roman, öz torpaqlarını itirmiş və minlərlə insan kimi, bütün
Amerikada bir tikə çörək axtarışında olan ailədən bəhs edir.
Sakit okeana çata bilməyənlər, təzə qəbirlərin ətrafından
keçməyə məcbur olurlar. 30-cu illərdə ABŞ-da görülməmiş
iqtisadi böhran yaşanır, milyonlar işsiz, çadırlarda yaşayan
insanlar olur. Personajlardan biri bildirir ki, "Ölkəmiz
pozulur". Amerikalıların ürəyində əzab salxımları yetişir.
Steynbek tarixi qəza anlayışından yazsa da, inanır ki,
xalq bu
zərbədən sağ qalacaq. Senzuraçıları ən çox qorxudan,
hakimiyyəti və talelərini öz əllərinə almaq çağırışı idi.
10. "Sallaqxana № 5 və ya uşaqların səlib yürüşü" –
Kurt Vonnequt
―1945-ci ilin fevralında Amerika və ingilis hərbi aviasiya
qüvvələri heç bir hərbi qüvvəsi, hərbi obyektləri olmayan
Drezdeni bombalayırlar və bunun şahidi olmaq Vonnequta
çox
ağır
təsir
edir.
Bu bombardmanda Vonnequt və digər əsirlər zirzəmidə,
sallaqxanada
işlədikləri
üçün
sağ
qala
bilirlər.