www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
176
176
canlılığı, öz üzərində iĢləmək arzusu kimi ümumi psixoloji
Ģərtlər də mövcuddur. Ġnadkarlıq, özündənrazılıq, lovğalıq
kimi xüsusiyyətlər nümunənin təsirinə mane olur.
Özünü yoxlamaq üçün sual və tapĢırıqlar
1.
Xarakter nəyə deyilir?
2.
Xarakter əlamətləri dedikdə nəyi baĢa düĢünüz?
3.
Ġnsanın baĢqalarına, özünə, əməyə, əĢyalara
münasibətdə ifadə olunan xarakter əlamətlərini
sadalayın.
4.
Xarakter haqqında təlimlər tarixindən danıĢın.
5.
Xarakter və Ģəxsiyyətin əlaqəsini Ģərh edin.
6.
Ġnsan xarakteri necə formalaĢır?
Referat,məruzə və müstəqil tədqiqat üçün
mövzular
1.
Xarakter həyatda qazanılan davranıĢ forması kimi.
2.
Əsas xarakter əlamətləri.
3.
Xarakterin aksentüasiyası.
4.
Xarakterin formalaĢmasına təsir edən amillər.
Ədəbiyyat
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya.- Bakı,
2002,səh.465-477.
Məhərrəmov M.C. Məktəblilərin xarakterini tərbiyə
etmək haqqında.-Bakı,1967
Kovalev A.Q. Psixoloqiə liçnosti. - M., 1970, s.206-
233.
Levitov N.D. Psixoloqiə xaraktera.- M.,1969.
Liçko E.N. Psixopatii i aksentuaüii xaraktera u
podrostkov. - L.,1983
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
177
177
177
177
177
177
177
177
177
Psixoloqiə liçnosti. Tekstı. - M.,1982.
RubinĢteyn S.L. Osnovı obĢey psixoloqii. V 2.t.-t. II,
M., 1989, s. 211-235.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
178
178
17-ci F Ə S Ġ L
Q A B Ġ L Ġ Y Y Ə T L Ə R
Q ı s a x ü l a s ə
Qabiliyyətlər haqqında anlayıĢ. Qabiliyyətlər və onların
insan həyatında rolu. Qabiliyyət insanın hər hansı bir fəaliyyət
sahəsi üçün daha çox yararlı olduğunu göstərən fərdi-psixi xassə
kimi. Qabiliyyətlərin bilik, bacarıq və vərdiĢlərlə vəhdəti.
Qabiliyyət və istedad.
Qabiliyyətlərin keyfiyyət və kəmiyyət xarakteristikası.
Qabiliyyətlərin keyfiyyət xarakteristikası, onun əsas göstəriciləri.
Qabiliyyətlərin kəmiyyət baxımından xarakteristikası və ölçülməsi.
Xronoloji yaĢ və ağıl yaĢı.
Qabiliyyətlərin quruluĢu. Qabiliyyətlər və fəaliyyət. Ümu-
mi və xüsusi qabiliyyətlər. Talant qabiliyyətlərin yüksək inkiĢaf
mərhələsi kimi. Talant və dahilik.
Qabiliyyət və talantın təbii Ģərtləri. Təbii imkanlar və
qabiliyyət. Qabiliyyətlər və irsiyyət.
Qabiliyyətlərin formalaĢması və inkiĢafı. Qabiliyyətlər və
təlim. Qabiliyyətlər və maraqlar. Qabiliyyətlərin inkiĢafı.
V. 17.1. Qabiliyyətlər haqqında anlayıĢ
Həyatda biz tez-tez belə hallarla rastlaĢırıq: eyni yaĢda
olan və eyni sinifdə oxuyan uĢaqlara eyni bir iĢin icrası
tapĢırılır. Onlar üçün tam eyni olan iĢ Ģəraiti yaradılır. Buna
baxmayaraq onlardan bəziləri həmin tapĢırığı çətinlik
çəkmədən yerinə yetirdiyi halda, baĢqaları çətinlik çəkir.
Onların həmin iĢi yerinə yetirmələrindəki bu cür fərqi haqlı
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
179
179
179
179
179
179
179
179
179
olaraq uĢaqların qabiliyyətləri ilə izah edirlər. Təcrübə göstərir
ki, müvafiq qabiliyyətlərə malik olan insanlar bu sahədə zəruri
bilik, bacarıq və vərdiĢlərə asanlıqla yiyələnir və əldə etdikləri
nəticələrin səmərəliliyinə görə fərqlənirlər. Məhz buna görə də
insanda müvafiq qabiliyyətlərin olması onun həyat və
fəaliyyətində mühüm rol oynayır, onun daha çox hansı
fəaliyyət sahəsi üçün yararlı olduğunu söyləməyə imkan verir.
Bu cəhəti nəzərə alaraq qabiliyyətə belə tərif vermək
mümkündür: insanın hər hansı bir və ya bir neçə fəaliyyət
sahəsi üçün daha çox yararlı olduğunu göstərən fərdi psixi
xassəyə qabiliyyət deyilir.
Tərifdən göründüyü kimi, «qabiliyyət» anlayıĢı
altında hər insanın hansı bir və ya bir neçə fəaliyyətin
müvəffəqiyyətlə icrası üçün Ģərt olan fərdi-psixi xassəsi baĢa
düĢülür. Bu cür yanaĢma tərzi psixologiyada uzun müddətdən
bəri qəbul olunmuĢdur. Bununla belə bu cür yanaĢma tərzi bir
çox müəlliflər tərəfindən müxtəlif Ģəkildə Ģərh olunmuĢdur.
Bu sahədə özünü göstərən yanaĢma tərzlərinin psixoloji
ədəbiyyatda üç variantı qeyd olunur. Birinci halda qabiliyyət
anlayıĢı altında mümkün olan bütün psixi proses və halların
məzmununu baĢa düĢürlər. Bu cür yanaĢma tərzi «qabiliyyət»
anlayıĢının ən geniĢ və qədim Ģərhindən ibarətdir. Hazırda bu
cür yanaĢma tərzindən demək olar ki, istifadə olunmur.
Ġkinci yanaĢma tərzinə görə qabiliyyətlər insanın
müxtəlif fəaliyyət növlərinin müvəffəqiyyətlə icrasını təmin
edən ümumi və xüsusi bilik, bacarıq və vərdiĢlərin yüksək
inkiĢaf səviyyəsindən ibarətdir. Bu cür yanaĢma tərzi
psixologiyada XVIII-XIX əsrlərdə meydana gəlmiĢ və müasir
dövrdə də özünü göstərir.
Üçüncü yanaĢma tərzinə gəldikdə, bu yanaĢma tərzinə
görə qabiliyyətləri bilik, bacarıq və vərdiĢlərlə eyniləĢdirmək
olmaz. O (qabiliyyətlər) həmin bilik, bacarıq və vərdiĢlərə
surətlə yiyələnməyi, təcrübədə onlardan səmərəli istifadə
etməyi təmin edir. Üçüncü yanaĢma tərzi müasir