www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
179
dərk edilməyən olmaqla iki yerə bölürlər. Psixoloji ədəbiyyatda
dərk
edilən motivlərə tələbatlarla yanaĢı
maraqları, dünyagörüşünü, əqidə
və idealları; dərk edilməyən motivlərə isə
ustanovkanı, həvəsi və s. aid
edirlər.
Maraqlar. Maraqlar insanın idrak tələbatlarının emosional
təzahürləridir. BaĢqa sözlə, maraq Ģəxsiyyətin, gerçək həyatın müəyyən
bir sahəsinə, müəyyən bir fəaliyyətə, bu və ya digər biliyi əldə etməyə
az və ya çox yönəlməsində ifadə olunan fərdi psixi xüsusiyyətdir.
ġəxsiyyətin istiqaməti onun maraqlarında ifadə olunur.
Maraqların insanın həyat və fəaliyyətində rolu olduqca böyükdür.
ġagird nə iləsə dərindən maraqlandıqda, yerinə yetirdiyi iĢ, dinlədiyi
dərs onun üçün maraqlı olduqda həmin sahələrdə yüksək müvəffəqiyyət
qazanır. Əksinə onlara qarĢı maraq olmadıqda həmin iĢlər cansıxıcı olur,
Ģagirdi cəlb etmir.
Maraq bizdə müəyyən hisslər doğuran cisim və hadisəyə daha
artıq və gərgin diqqət yetirilməsini təmin edir. Maraq hər hansı bir
obyekti daha dərindən və dəqiq dərketmə meylindən doğur. Maraqların
fizioloji əsasını bələdləĢmə- tədqiqat refleksləri təĢkil edir. Gerçək
aləmdə baĢ verən hər bir yeni, gözlənilməz dəyiĢiklik zamanı
bələdləĢmə refleksi baĢ verir və qıcıqlandırıcının daha tam və aydın
inikasını təmin edir. Ətraf mühitdə ən kiçik bir dəyiĢiklik, yenilik baĢ
verdiyi zaman insanda müvafiq reseptor aparatı bu dəyiĢikliyi törədən
qıcığa doğru yönəlir.
BələdləĢmə refleksini bəzən «tədqiqat refleksi», bəzən də «bu
nədir?» refleksi adlandırırlar.
Maraqlar idrakın daimi təhrikedici mexanizmi kimi meydana
çıxır.
Maraqları məzmununa, məqsədinə, genişliyinə və davamlılığına
görə təsnif etmək olar.
Məzmununa görə maraqları təsnif edərkən insanın idrak
tələbatlarının obyektləri əsas götürülür. Ġdrak tələbatları obyektlərindən
hansının insanı cəlb etməsi bu sahədə onun marağının məzmununu
müəyyənləĢdirir. Bu baxımdan maraqların əhəmiyyətlilik dərəcəsi onun
məzmununun nə dərəcədə düzgün seçilməsindən asılı olur.
Məqsədinə görə maraqlar vasitəsiz və vasitəli ola bilir. Ġnsan üçün
əhəmiyyətli olan obyektin emosional cazibədarlığı vasitəsiz marağın
meydana gəlməsinə səbəb olur. Bu zaman həmin obyektin özü bilavasitə
bizi özünə cəlb edir. Onunla maraqlanmağa baĢlayırıq. Vasitəli
maraqlara gəldikdə bunlar qarĢıya qoyulmuĢ məqsədə çatmaq üçün
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
180
zəruri olan vasitələrlə əlaqədar meydana gəlir. Vasitəli maraqların
insanın əmək və tədris fəaliyyətinin təĢkilində əhəmiyyəti olduqca
böyükdür.
Maraqları özlərinin genişliyinə görə də təsnif edirlər. Həyat
təcrübələri göstərir ki, bəzi adamlarda maraqlar yalnız bir sahə üzrə
mərkəzləĢdiyi halda, bəziləri isə bir çox obyektlərlə maraqlanırlar, baĢqa
sözlə onlarda maraqların əhatə dairəsi geniĢ olur. Əgər bu maraqların
geniĢliyi onların dərinliyi ilə uzlaĢarsa daha səmərəli xarakter daĢımıĢ
olar. Maraqların dərinlik səviyyəsi Ģəxsiyyətin mühüm keyfiyyəti kimi
qiymətləndirilir. Bu cür maraqlara malik olan insanlar bu və ya digər
fəaliyyət sahəsində həmiĢə yüksək müvəffəqiyyətləri ilə fərqlənirlər.
Özlərinin davamlılığına görə maraqlar davamlı və davamsız ola
bilir. Bəzi adamlarda maraqlar davamlı olduğu halda, baĢqalarında
davamsız, keçici xarakter daĢıyır. Davamlı maraqları insanın
formalaĢmağa baĢlayan qabiliyyətlərinin göstəricilərindən biri kimi qeyd
edirlər.
Maraqları passiv və fəal olmaqla da təsnif edirlər. Heç bir iĢ
görmədən, nəiləsə sadəcə olaraq maraqlanmaq insanın həmin obyektə
passiv maraq bəslədiyini göstərir. Passiv maraqlar mənfi hal olmaqla
Ģəxsiyyətin ümumi inkiĢafına heç bir dəyərli təsir göstərmir. Fəal
maraqlara gəldikdə, əksinə, bu cür maraqlar bizi fəaliyyətə təhrik edir,
bu zaman bizə qüvvə verir, iĢi ruh yüksəkliyilə, axıra qədər davam
etdirməyimizə, əldə etdiyimiz nəticələrin yüksək keyfiyyətdə olmasına
müsbət təsir göstərir.
DünyagörüĢü, əqidə və ideallar. ġəxsiyyətin dərk olunan
davranıĢ motivləri içərisində dünyagörüĢü, əqidə və idealların da
özünəməxsus yeri və rolları vardır.
Dünya və onun qanunauyğunluqları, təbiət və cəmiyyət hadisələri
haqqında müəyyən baxıĢlar sistemi insanın dünyagörüĢünü təĢkil edir.
DünyagörüĢünün formalaĢması insanın ona müvafiq davranıĢ tərzini
həyata keçirməsinə təkan verir. DünyagörüĢü tarixi xarakter daĢıyır.
Cəmiyyətin inkiĢafı ilə əlaqədar olaraq insanların dünyagörüĢü də
dəyiĢilir. Ġnsanlar elmi, dini, mütərəqqi, mürtəce, materialist, idealist və
s. dünyagörüĢünə malik ola bilirlər.
Ġnsanın dünyagörüĢü onun əqidəsinə çevrilə bilir və bu zaman
Ģəxsiyyətin tamlığını təmin edir. Əqidə – Ģəxsiyyətin onu öz baxıĢlarına,
prinsiplərinə, dünyagörüĢünə müvafiq olaraq hərəkət etməyə yönəldən
dərk olunmuĢ tələbatlar sistemidir. Əqidə insana öz həyat yolunu tam