MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə66/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   62   63   64   65   66   67   68   69   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

179 


dərk  edilməyən  olmaqla  iki  yerə  bölürlər.  Psixoloji  ədəbiyyatda  dərk 

edilən  motivlərə  tələbatlarla  yanaĢı  maraqları,  dünyagörüşünü,  əqidə 

və idealları; dərk edilməyən motivlərə isə ustanovkanı, həvəsi və s. aid 

edirlər.  



Maraqlar.  Maraqlar  insanın  idrak  tələbatlarının  emosional 

təzahürləridir. BaĢqa sözlə, maraq Ģəxsiyyətin, gerçək həyatın müəyyən 

bir sahəsinə, müəyyən bir fəaliyyətə, bu və ya digər biliyi əldə etməyə 

az  və  ya  çox  yönəlməsində  ifadə  olunan  fərdi  psixi  xüsusiyyətdir. 

ġəxsiyyətin istiqaməti onun maraqlarında ifadə olunur.  

Maraqların insanın həyat və fəaliyyətində rolu olduqca böyükdür. 

ġagird  nə  iləsə  dərindən  maraqlandıqda,  yerinə  yetirdiyi  iĢ,  dinlədiyi 

dərs onun üçün maraqlı olduqda həmin sahələrdə yüksək müvəffəqiyyət 

qazanır. Əksinə onlara qarĢı maraq olmadıqda həmin iĢlər cansıxıcı olur, 

Ģagirdi cəlb etmir. 

Maraq  bizdə  müəyyən  hisslər  doğuran  cisim  və  hadisəyə  daha 

artıq  və  gərgin  diqqət  yetirilməsini  təmin  edir.  Maraq  hər  hansı  bir 

obyekti daha dərindən və dəqiq dərketmə meylindən doğur. Maraqların 

fizioloji  əsasını  bələdləĢmə-  tədqiqat  refleksləri  təĢkil  edir.  Gerçək 

aləmdə  baĢ  verən  hər  bir  yeni,  gözlənilməz  dəyiĢiklik  zamanı 

bələdləĢmə  refleksi  baĢ  verir  və  qıcıqlandırıcının  daha  tam  və  aydın 

inikasını  təmin  edir.  Ətraf  mühitdə  ən  kiçik  bir  dəyiĢiklik,  yenilik  baĢ 

verdiyi  zaman  insanda  müvafiq  reseptor  aparatı  bu  dəyiĢikliyi  törədən 

qıcığa doğru yönəlir.  

BələdləĢmə  refleksini  bəzən  «tədqiqat  refleksi»,  bəzən  də  «bu 

nədir?» refleksi adlandırırlar.  

Maraqlar  idrakın  daimi  təhrikedici  mexanizmi  kimi  meydana 

çıxır.  

Maraqları məzmununa, məqsədinə, genişliyinə və davamlılığına 

görə təsnif etmək olar.  

Məzmununa  görə  maraqları  təsnif  edərkən  insanın  idrak 

tələbatlarının obyektləri əsas götürülür. Ġdrak tələbatları obyektlərindən 

hansının  insanı  cəlb  etməsi  bu  sahədə  onun  marağının  məzmununu 

müəyyənləĢdirir. Bu baxımdan maraqların əhəmiyyətlilik dərəcəsi onun 

məzmununun nə dərəcədə düzgün seçilməsindən asılı olur.  

Məqsədinə görə maraqlar vasitəsiz və vasitəli ola bilir. Ġnsan üçün 

əhəmiyyətli  olan  obyektin  emosional  cazibədarlığı  vasitəsiz  marağın 

meydana gəlməsinə səbəb olur. Bu zaman həmin obyektin özü bilavasitə 

bizi  özünə  cəlb  edir.  Onunla  maraqlanmağa  baĢlayırıq.  Vasitəli 

maraqlara  gəldikdə  bunlar  qarĢıya  qoyulmuĢ  məqsədə  çatmaq  üçün 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



180 

zəruri  olan  vasitələrlə  əlaqədar  meydana  gəlir.  Vasitəli  maraqların 

insanın  əmək  və  tədris  fəaliyyətinin  təĢkilində  əhəmiyyəti  olduqca 

böyükdür.  

Maraqları  özlərinin  genişliyinə  görə  də  təsnif  edirlər.  Həyat 

təcrübələri  göstərir  ki,  bəzi  adamlarda  maraqlar  yalnız  bir  sahə  üzrə 

mərkəzləĢdiyi halda, bəziləri isə bir çox obyektlərlə maraqlanırlar, baĢqa 

sözlə  onlarda  maraqların  əhatə  dairəsi  geniĢ  olur.  Əgər  bu  maraqların 

geniĢliyi  onların  dərinliyi  ilə  uzlaĢarsa  daha  səmərəli  xarakter  daĢımıĢ 

olar.  Maraqların  dərinlik  səviyyəsi  Ģəxsiyyətin  mühüm  keyfiyyəti  kimi 

qiymətləndirilir.  Bu  cür  maraqlara  malik  olan  insanlar  bu  və  ya  digər 

fəaliyyət sahəsində həmiĢə yüksək müvəffəqiyyətləri ilə fərqlənirlər.  

Özlərinin  davamlılığına  görə  maraqlar  davamlı  və  davamsız  ola 

bilir.  Bəzi  adamlarda  maraqlar  davamlı  olduğu  halda,  baĢqalarında 

davamsız,  keçici  xarakter  daĢıyır.  Davamlı  maraqları  insanın 

formalaĢmağa baĢlayan qabiliyyətlərinin göstəricilərindən biri kimi qeyd 

edirlər. 

Maraqları  passiv  və  fəal  olmaqla  da  təsnif  edirlər.  Heç  bir  iĢ 

görmədən,  nəiləsə  sadəcə  olaraq  maraqlanmaq  insanın  həmin  obyektə 

passiv  maraq  bəslədiyini  göstərir.  Passiv  maraqlar  mənfi  hal  olmaqla 

Ģəxsiyyətin  ümumi  inkiĢafına  heç  bir  dəyərli  təsir  göstərmir.  Fəal 

maraqlara  gəldikdə,  əksinə, bu  cür  maraqlar  bizi  fəaliyyətə  təhrik  edir, 

bu  zaman  bizə  qüvvə  verir,  iĢi  ruh  yüksəkliyilə,  axıra  qədər  davam 

etdirməyimizə,  əldə  etdiyimiz  nəticələrin  yüksək  keyfiyyətdə  olmasına 

müsbət təsir göstərir.  

DünyagörüĢü,  əqidə  və  ideallar.  ġəxsiyyətin  dərk  olunan 

davranıĢ  motivləri  içərisində  dünyagörüĢü,  əqidə  və  idealların  da 

özünəməxsus yeri və rolları vardır. 

Dünya və onun qanunauyğunluqları, təbiət və cəmiyyət hadisələri 

haqqında  müəyyən  baxıĢlar  sistemi  insanın  dünyagörüĢünü  təĢkil  edir. 

DünyagörüĢünün  formalaĢması  insanın  ona  müvafiq  davranıĢ  tərzini 

həyata  keçirməsinə  təkan  verir.  DünyagörüĢü  tarixi  xarakter  daĢıyır. 

Cəmiyyətin  inkiĢafı  ilə  əlaqədar  olaraq  insanların  dünyagörüĢü  də 

dəyiĢilir. Ġnsanlar elmi, dini, mütərəqqi, mürtəce, materialist, idealist və 

s. dünyagörüĢünə malik ola bilirlər.  

Ġnsanın  dünyagörüĢü  onun  əqidəsinə  çevrilə  bilir  və  bu  zaman 

Ģəxsiyyətin tamlığını təmin edir. Əqidə – Ģəxsiyyətin onu öz baxıĢlarına, 

prinsiplərinə,  dünyagörüĢünə  müvafiq  olaraq  hərəkət  etməyə  yönəldən 

dərk  olunmuĢ  tələbatlar  sistemidir.  Əqidə  insana  öz  həyat  yolunu  tam 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə