www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
170
tutur. Bunlara K.Xorninin nevroz nəzəriyyəsini, E.Frommun
konsepsiyasını, Q.S.Sallivenın interpersonal nəzəriyyəsini, E.Eriksonun
eqo-psixologiyasını aid etmək olar.
Amerika psixoloqu Kartin Xorni (1885- 1952) insan
Ģəxsiyyətinin əsasında anadangəlmə narahatlaq hissini qoymuĢdur.
Onun fikrincə uĢaq həmin hisslə doğulur. Doğulduğu gündən uĢaq üzvü
səviyyədə narahatlaq hissi keçirməyə baĢlayır və həmin hisslər onun
bütün sonrakı həyatına təsir edir, onu bəzəyir, psixi fəaliyyətin daxili
xassəsi kimi özünü göstərməyə baĢlayır. Mövcud olduğu ilk saniyədən
baĢlayaraq insan dünyaya qarĢı düĢmənçilik hissi keçirməyə baĢlayır.
Məhz buna əsaslanaraq K.Xorni narahatlıq hissini insanın davranıĢının
əsas motivasiyası hesab edir və onu «köklü həyəcan» adlandırır. Onun
fikrincə «köklü həyəcan» insanı təhlükəsizliyə cəhd göstərməyə məcbur
edir.
ġəxsiyyətin klinik nəzəriyyəsi konsepsiyasında Erik Frommun
(1900 – 1980) da xidmətləri az olmamıĢdır. O, Almaniyada anadan
olmuĢ, fəaliyyətə baĢlamıĢ, sonra Amerikaya, oradan da Meksikaya
getmiĢdir. Froma görə ictimai inkiĢaf Ģəxsiyyətin daha çox fərdiləĢməsi
ilə azadlığına gətirib çıxarır. Onun fikrincə yeni azadlıq inamsızlıq, öz
gücünü duymamaq, Ģübhə, tənhalıq və həyəcanın meydana gəlməsi ilə
bağlıdır. Buradan da Ģəxsiyyətin «azadlıqdan qaçması» meydana gəlir.
O, özünün «Azadlıqdan qaçıĢ» kitabında Amerikanı xəstə ölkə
adlandırmıĢdır. Onun fikrincə kapitalizm cəmiyyətindəki rəqabət
nevrotik Ģəxsiyyətlər, funksional nevroz yaradır. E.Fromm adamları bir
Ģəxsiyyət kimi dörd yerə ayırır: mazoxist, sadist, konformist və tənha
(tərk dünya).
Mazaxist tipə malik olan adam, Frommun fikrincə, cəmiyyətdə
daim uğursuzluqlarla qarĢılaĢan adamdır. Bu uğursuzluqda o yalnız
özünü günahkar sayır.
Sadist tip öz uğursuzluqlarının günahını özündə deyil, baĢqa
adamlarda, cəmiyyətdə görür. O, adamları və dünyanı düĢmən kimi
qavrayır və onları məhv etməyə cəhd göstərir. Daima hakimiyyətə,
hökmranlığa, əzməyə, dağıtmağa can atır.
Konformist tip ümumi kütləyə qarıĢır, baĢqaları necədirsə onlar
kimi olmağa, onlardan fərqlənməməyə cəhd edir. O, həmiĢə mövcud
Ģəraitə uyğunlaĢır.
Tənha tip (otĢelnik) həmiĢə mübarizədən, cəmiyyətdən uzaqlaĢır,
situasiyadan kənar olmağa, ondan qaçmağa çalıĢır.
www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
171
ġəxsiyyətin klinik nəzəriyyəsinin digər nümayəndəsi Amerika
psixoloqu Q.S.Salliven (1892- 1949) olmuĢdur. O, əsasən K.Xorninin
istiqamətini qəbul etmiĢdir. Onun fikrincə psixoloji tədqiqatların obyekti
ayrı-ayrı subyektlər deyil, subyektlərin birgə fəaliyyətinin məhsulu olan
Ģəxsiyyət olmalıdır. Salliven Ģəxsiyyətin inkiĢafının mexanizmini AĢa-
ğıdakı Ģəkildə nəzərdə tutur: 1) incəliyə, əzizlənməyə tələbat, 2)
həyəcandan qaçmaq cəhdi.
Sallivenin fikrincə təhlükəsizliyə olan tələbat, həyəcandan
qaçmaq cəhdi sosial xarakter daĢıyır, lakin bu sosiallıq uĢaq doğularkən
onun üzvü tələbatına daxil olur.
Salliven belə hesab edir ki, uĢaq doğularkən hər iki mexanizm
mövcud olur və onlar Ģəxsiyyətin inkiĢaf mexanizmini təĢkil edirlər.
Lakin insan yaĢadığı xarici aləmdə daima onu təmin etməyən və
həyəcan doğuran hallarla rastlaĢır. Məhz xarici aləmlə həmin
mübarizədə, baĢqa sözlə, narahatlıqla mübarizədə insan Ģəxsiyyəti
formalaĢır. Salliven bunu «mən-sistem» adlandırır. O göstərir ki, «mən-
sistem», daha doğrusu, Ģəxsiyyət, birincisi, Ģüursuzluq səviyyəsində
narahatlıqla mübarizədə, ikincisi, həmin narahatlıqdan yaxa qurtarmaq
üçün müxtəlif vasitələri tapma prosesində inkiĢaf edir. «Mən-sistem»
uĢağı, yeniyetməni, sonradan isə yaĢlı adamları əvvəlcə ananın, sonra isə
baĢqa adamların, məsələn, iĢ yerindəki həmkarlarının köməyinə
qaçmağa məcbur edir. Beləliklə də Sallivenə görə Ģəxsiyyətlərarası
münasibətlər formalaĢan Ģəxsiyyətin mexanizmi kimi özünü göstərməyə
baĢlayır.
Nəhayət, Ģəxsiyyətin klinik nəzəriyyəsində özünəməxsus yer
tutan psixoloqlardan biri də Erik Erikson (1902- 1994) olmuĢdur.
E.Erikson Almaniyada doğulmuĢ, 1927- 33- cü illərdə Venada Freydlə
birlikdə iĢləmiĢ, 1933- cü ildən ABġ-a köçmüĢdür. O, eqo-psixologiya
konsepsiyası yaradıcılarından biri olmuĢdur. Onun nəzəriyyəsi
epigenetik nəzəriyyə adı ilə məĢhurdur. Onun fikrincə Ģəxsiyyətin
inkiĢafı sosial aləmlə müəyyən edilir. O, «Ģəxsiyyətin identikliyi»
anlayıĢını irəli sürmüĢ və həmin anlayıĢ altında insanın əhatə olunduğu
sosial aləmlə qırılmaz əlaqəsi barədə ona məlumat verən mərkəzi
keyfiyyəti
nəzərdə tutmuĢdur. Həmin keyfiyyətlər aĢağıdakı
parametrlərdə ifadə olunur: insanın özünə doğru mərkəzləĢməsində,
sosial qrupla, onu əhatə edənlərlə eyniləĢdirmədə, insanın öz qiymətini,
sosial rolunu müəyyənləĢdirməsində.
ġəxsiyyətin eksperimental nəzəriyyəsi də psixologiya tarixində
özünəməxsus yer tutmuĢdur. Burada birinci növbədə diqqəti cəlb edən