www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
177
ġəxsiyyət haqqında
sosiodinamik istiqamətə gəldikdə, həmin
nəzəriyyə tərəfdarları Ģəxsiyyətin davranıĢını xarici mühitin təsiri ilə
bağlayır, Ģəxsiyyətin daxili xassələrinə əhəmiyyət vermirlər. BaĢqa sözlə
B = F (E) formulu əsas götürülür.
İnteraksionistik istiqamətin tərəfdarları isə B=F (P,E) formulunu
əsas götürürlər. Bununla da onlar Ģəxsiyyətin davranıĢını, fəallığını
daxili və xarici amillərin qarĢılıqlı təsiri ilə bağlayırlar. Bu ideyadan
çıxıĢ edən psixoloqlar Ģəxsiyyətin fəallığının mənbəyinin onun
tələbatlarından ibarət olduğunu irəli sürürlər.
ġəxsiyyətin
istiqamətinin
xarakteristikası.
Yuxarıda
Ģəxsiyyətin strukturundan danıĢarkən onun ən mühüm bloklarından biri
kimi istiqamətini qeyd etdik və buraya onun tələbatlarının, davranıĢ
motivlərinin, maraq və meyllərinin, dünyagörüĢünün, əqidə və
ideallarının və s. daxil olduğunu qeyd etdik.
Tələbat orqanizmin və ya şəxsiyyətin nəyə isə obyektiv
ehtiyacını əks etdirən psixi hadisədir. Tələbatlar həm insan, həm də
heyvana mənsub olmaqla bioloji, yalnız insana mənsub olmaqla sosial
və ya mənəvi xarakter daĢıya bilər. Bununla belə insanların və
heyvanların bioloji tələbatlarını eyniləĢdirmək mümkün deyildir. Dərk
olunma və ödənmə xüsusiyyətlərinə görə insan tələbatları bir-
birlərindən əsaslı Ģəkildə fərqlənir. Ġnsan tələbatları onun dərk olunmuĢ
ehtiyacları ilə bağlı olur. Hər hansı bir dərk olunmuĢ ehtiyac adamı o
ehtiyacın ödənilməsi ilə əlaqədar Ģəraitdən asılı edir. Bu asılılığın psixi
təəssüratdan keçirilməsi nəticəsində adam fəallaĢır.
Tələbatların ödənilməsi, görülən iĢ, istifadə edilən alətlər yeni
tələbatlar doğurur. Ġnsanın tələbatları olduqca müxtəlifdir. Adətən
mənĢəyinə görə tələbatları iki yerə bölürlər: təbii və mədəni tələbatlar.
Təbii tələbatlar – fərdin yaĢayıĢını və nəslini davam etdirmək
üçün Ģərait və ehtiyacların inikası əsasında yaranır. Təbii tələbatlara
qida, təmizlik, isti və soyuqdan mühafizə, istirahət, nəsli davam
etdirmək və s. ehtiyaclar misal ola bilər.
Mədəni tələbatlar – fərdin daxil olduğu sosial qruplarda mövcud
mədəniyyətin psixi inikası nəticəsində yaranır. Mədəniyyət, sosial
qrupda, tarixi inkiĢaf prosesində insanların əli və dühası ilə yaradılmıĢ
cisim, hadisə və münasibətlər mövcuddur. Hər konkret tarixi cəmiyyətin
özünəməxsus geyim, ünsiyyət, məiĢət və s. dəbləri və onların inikası
əsasında yaranan tələbatlar sistemi vardır. Fərd cəmiyyət daxilində ən
kiçik yaĢlarından real gerçəkliyi dərk etmə prosesində adət və ənənələrə,
yaĢayıĢ və davranıĢ tərzinə yiyələnir, sosiallaĢma prosesi keçirir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
178
SosiallaĢma prosesində fərd sosial qrupun tələbatlar sistemini, onların
ödənilməsi yol və vasitələrini də mənimsəyir. Mədəni tələbatlar öz
məzmunu etibarı ilə sosial tələbatlardır. Ona görə də Ģəxsiyyət ən təbii
ehtiyaclarını belə daxil olduğu sosial qrupun mədəniyyəti çərçivəsində
ödəyir. Beləliklə, cəmiyyətin tarixi inkiĢaf səviyyəsindən asılı olaraq,
orada yaĢayan adamların tələbatlar sistemi istər məzmun, istərsə də
forma nöqteyi- nəzərindən bir-birindən fərqlənirlər.
Tələbatları, onların məzmunlarının səciyyəsinə görə təsnif
edərkən maddi və mənəvi tələbatları müəyyənləĢdirirlər. Maddi
tələbatlar-maddi ehtiyaclardan doğur. Mənəvi tələbatlara insanların
siyasətə, əxlaqi davranıĢa, dinə, elmə, incəsənətə və s. olan tələbatları
daxildir.
Maddi və mənəvi tələbatlar bir-birilə ayrılmaz surətdə bağlıdır.
Mənəvi tələbatların təmin olunması üçün daima maddi Ģeylərin olması
tələb edilir ki, bunlar da öz növbəsində maddi tələbatların predmetini
təĢkil edir.
Buradan isə aydın olur ki, mənĢəyinə görə təbii olan tələbat, eyni
zamanda predmetinə görə maddi tələbat ola bilər. MənĢəyinə görə
mədəni olan tələbat predmetinə görə ya maddi, ya da mənəvi ola bilər.
Deməli, həmin təsnifat tələbatların olduqca müxtəlif növlərini əhatə edir
və onların insan Ģüurunun inkiĢaf tarixinə və yönəldikləri obyektlərə
münasibətini ifadə edir.
ġəxsiyyətin davranıĢ motivləri. Qeyd etdiyimiz kimi,
tələbatlar Ģəxsiyyətin davranıĢının, fəallığının mənbəyini təĢkil edir.
Məhz buna görə də onlar insanı fəaliyyətə təhrik edən səbəblər, baĢqa
sözlə motivlər rolunu oynayır. Motiv (latınca movero-hərəkətə gətirən)
insanı hər hansı bir məqsədəyönəlmiĢ iĢə, fəaliyyətə təhrik edən
səbəbdir.
Təcrübə göstərir ki, motivlər bir-birindən onlarda təzahür edən
tələbatların növünə, onların kəsb etdiyi formalara, geniĢliyinə və ya
məhdudluğuna, onların reallaĢdığı fəaliyyətin konkret məzmununa görə
fərqlənir. Fəaliyyətin mürəkkəb növləri, bir qayda olaraq bir motivə
deyil, eyni vaxtda bir necə təsir göstərən və qarĢılıqlı təsirdə olan motivə
cavab verir ki, bunlar da insanın hərəkət və əməllərinin ĢaxələnmiĢ
motivləĢmə sistemini təĢkil edir. Motivləşmə elə motivlər birliyidir ki,
Ģəxsiyyətin istiqamətini, yönəliĢliyini müəyyən etməklə onun
fəaliyyətinin səmərəliliyini də Ģərtləndirir.
Əvvəlki fəsildə qeyd etdiyimiz kimi, motivləri dərk edilən və