www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
217
baĢ verir və insanların birgə fəaliyyətinin səmərəliliyinə öz
təsirini göstərir.
Sosial psixoloqlar (A.V.Petrovski) qrupların inkiĢaf
səviyyəsindən asılı olaraq dörd növünü: diffuz, assosiasiya,
korporasiya, kollektiv qruplar və onlarda qarĢılıqlı
mynasibətlərin xarakterini vermiĢ və bunu aĢağıdakı Ģəkildə
səciyyələndirmiĢlər:
1. Diffuz qrupda Ģəxsiyyətlərarası münasibətlər
mövcuddur. lakin onlar qrup fəaliyyətinin məzmunu vasitəsilə
ifadə olunmur.
2. Assosiasiyada Ģəxsiyyətlərarası münasibətlər qrup
fəaliyyətinin hər kəs üçün Ģəxsiyyət baxımından əhəmiyyətli
olan məzmunu vasitəsi ilə ifadə olunur.
3. Korporasiyada Ģəxsiyyətlərarası münasibətlər qrup
fəaliyyətinin
Ģəxsiyyət baxımından əhəmiyyətli, lakin
ustanovkalarına görə cəmiyyətə zidd məzmunu vasitəsilə ifadə
olunur.
4. Kollektivdə Ģəxsiyyətlərarası münasibətlər qrup
fəaliyyətinin Ģəxsiyyət baxımından əhəmiyyətli və ictimai
cəhətdən qiymətli məzmunu vasitəsilə ifadə olunur.
III. 6. 5. Qruplarda Ģəxsiyyətlərarası seçmə
ġəxsiyyətlərarası seçmə və onun sosiometrik
baxımdan təhlili. AparılmıĢ müĢahidələr və araĢdırmalar
göstərir ki, eyni qrupa daxil olan adamlar bir-birlərinə
münasibətlərinə və qrup məĢğuliyyətinə görə həmin qrupda
eyni mövqe tuta bilmirlər. Qrupun hər bir üzvü özlərinin
iĢgüzar və Ģəxsi keyfiyyətlərinə, statuslarına, qrupda tutduqları
yerə, qrup üzvlərinin onlara bəslədiyi münasibətə, daha
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
218
doğrusu onu nə dərəcədə qəbul edib etməmələrinə görə
qrupdakı Ģəxsiyyətlərarası münasibətlər sistemində müəyyən
mövqeyə malik olurlar. Qrup üzvlərinin biri yüksək nüfuza
malik olduğu halda, digəri qrup üzvləri tərəfindən qəbul
edilmir; biri ilə daima ünsiyyətdə olmağa can atsalar da,
digərini görməyə gözləri olmur; birinə inanıb ona arxalanmaq
mümkün olduğu halda, digərinə etibar etmir, inanmırlar və s.
Bu hal qrup differensiasiyası kimi diqqəti cəlb edir. ġübhəsiz
qrup differensiasiyasını aĢkara çıxarmaq onun gələcək
fəaliyyətinin səmərəliliyini təmin etmək nöqteyi-nəzərdən
xüsusi əhəmiyyət kəsb edir. Bu cəhət uzun müddət birgə
fəaliyyətdə olan Ģagird qruplarında (siniflərində) özünü daha
qabarıq
Ģəkildə
göstərir.
ġagird
qruplarında
qrup
differensiyasını aĢkara çıxarmaq üçün ya uzun müddətli,
sistematik və ciddi pedaqoji müĢahidələr aparmaq, ya da
müvafiq müəyyənedici eksperimentlərdən istifadə etmək lazım
gəlir.
Qrup psixorlogiyasını öyrənən psixoloqlar qrupdaxili
differensiasiyanın iki baĢlıca sistemini: sosiometrik və
referentometrik seçməni fərqləndirmiĢlər.
Birinci növbədə Ģəxsiyyətlərarası seçməni sosiometrik
baxımdan nəzərdən keçirək. Qrupdaxili münasibətlərin statik
mənzərəsini sosiometriya adlanan metodun köməyi ilə əldə
etmək mümkündür. Bu metod, onun tətbiqi və təhlili qaydaları
Amerika psixoloqu C.Moreno tərəfindən irəli sürülmüĢdür.
Sosiometriyadan qrup üzvləri arasında mövcud olan simpatiya
və antipatiyanı aĢkara çıxarmaq üçün geniĢ istifadə olunur.
Onun
köməyi
ilə
eyni
zamanda
qrup
liderini
müəyyənləĢdirmək mümkündür.
Adətən, sosiometriya metodu aĢağıdakı Ģəkildə tətbiq
olunur: 1. Qrup üzvlərinə sosiometrik kriteriyanı (ölçünü)
www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
219
özündə əks etdirən təlimat verilir. Məsələn, qrup üzvlərinə belə
bir mətn çatdırılır: «fərz edin ki, sizin qrupa (sinfə) dərs ili
ərzində daha bir neçə nəfər əlavə olunub. Ona görə də bu qrupu
iki yerə ayırırlar. Ġndi sən kiminlə bir sinifdə olmaq (və ya
kiminlə bir partada oturmaq, kiminlə birlikdə imtahanlara
hazırlaĢmaq) istərdin? Əgər o olmasa ikinci və üçüncü kimi
seçərdin? 2. Həmin ölçüdən asıılı olaraq qrup üzvləri hər bir
seçdikləri yoldaĢlarının adlarını seçdikləri ardıcıllığa uyğun
(1,2,3) vərəqdə qeyd edib yoxlamanı aparana təhvil verirlər. 3.
Müvafiq suallara verilmiĢ cavablar statistik yolla iĢlənilir,
sosiometrik matris, sosioqramlarda öz əksini tapır. Matris və
sosioqramlar
qrup
üzvlərinin
qarĢılıqlı
seçmələrini
aydınlaĢdırmağa imkan verir.
Sosiometrik matrisa adi idman yarıĢı yekun cədvəllərinə
oxĢar Ģəkildə tərtib olunur. Qrup üzvlərinin adları eyni
ardıcıllıqla üfiqi və Ģaquli Ģəkildə qeyd olunur. Əgər birinci
adam birinci olaraq üçüncünü seçmiĢsə üçüncü xanədə 1
rəqəmi qeyd olunur; həmin adam ikinci olaraq 6- cını seçmiĢsə
altıncı xanədə 2 rəqəmi qeyd olunur; üçüncü olaraq 4-cü adamı
seçmiĢsə öz sırasının 4-cü xanəsində 3 rəqəmi qeyd olunur.
Sonrakı adamların (Ģagirdlərin) seçimləri də bu qayda ilə qeyd
olunur. Əgər seçimlər qarĢılıqlıdırsa yazılan rəqəm dairəyə
alınır (məsələn, ). Cədvəlin sonunda seçilmə və qarĢılıqlı
seçilmənin miqdarı göstərilir. Nəticədə kimin daha çox
seçildiyi (və ya seçilmədiyi) aydın olur.
Sosiometrik seçməni göstərən sosioqrama gəldikdə bu
qrafik Ģəklində tərtib olunur. Bunun üçün bir-birinin içərisində
olan dörd dairə çəkilir. Ən çox seçilən qrup üzvünün sıra
nömrəsi daxildəki dairədə, nisbətən bir-birindən çox seçilənlər
2-ci və 3-cü dairələrdə, heç seçilməyənlər isə sonuncu –
dördüncü dairədə qeyd olunur. Seçmənin xarakteri xətlərdəki
oxlarla qeyd olunur. Əgər qrupda oğlan və qızlar olursa
Dostları ilə paylaş: |