Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
72
müəllimi tanıyanlarla müqayisədə onu tanımayanların siyahı-
sını adbaad tərtib etmək asandır. Ona görə ki, Abbas Zamano-
vu tanımayanların, onun adını bir dəfə olsun belə eşitməyən-
lərin sayı o qədər də çox deyil “.
Məqalədə Abbas Zamanovun ötən əsrin 60-cı illərində
namizədlik dissertasiyası kimi yazdığı “M.Ə.Sabir və müasir-
ləri” elmi işinin birbaşa doktorluq dissertasiyası səviyyəsində
qəbul edildiyini, onun elmi yaradıcılıq yolunun Mirzə Ələkbər
Sabir və Cəlil Məmmədquluzadədən ayrı təsəvvür etməyin
mümkünsüzlüyünü göstərən alimə görə, Mirzə Cəlil və Sabir
yaradıcılığının bugünkü tədqiqatçıya və oxucuya bu qədər ay-
dın və anlaşıqlı formada çatması üçün müasir ədəbiyyatşü-
naslıq məhz Abbas Zamanova borcludur.
Tədqiqatçı alim “əməl dostları” anlayışının Abbas Zama-
nov qələmindən çıxandan sonra nə qədər aktuallaşdığını və
vətəndaşlıq mövqeyi qazandığını göstərir və Abbas müəllimin
özünün əməl dostlarını xatırladır: “ Bakıda Qulam Məmmədli,
Naxçıvanda Yavuz Axundlu, Moskvada Əziz Şərif , Almaniya-
da Əhməd Şmide, Londonda Əli Səbri Təbrizi, Türkiyədə Ya-
vuz Akpunar, İranda Cavad Heyət və Fərzanə, İraqda Əbdül-
lətif Bəndəroğlu... Bu siyahını genişləndirmədən də, demək
olar ki, Abbas müəllimin dostlarının coğrafiyası böyük bir
ərazini əhatə edir
və şərqdən qərbə, şimaldan cənuba uzanırdı”.
Abbas Zamanov ömrü boyu müxtəlif vəzifələrdə çalışıb.
Istər Universitetdə kafedra müdiri kimi, istərsə də Azərbaycan
Dövlət Filarmoniyasının, M.F. Axundov adına Opera və Balet
teatrının və Nizami adına Ədəbiyyat muzeyinin direktoru vəzi-
fələrində çalışdığı illərdə özünün rəhbər fəhmi, zəkası ilə ədə-
biyyatımızın, mədəniyyətimizin, incəsənətimizin, maarifimizin
inkişafında misilsiz xidmətlər göstərib. Kamran müəllimin bu
tarixi şəxsiyyət haqqındakı təfərrüatları oxucuda belə bir fikir
yaradır ki, Abbas Zamanov ürəyin başında gəzdirilməli adamdır.
Ustadının müqəddəs ruhu qarşısındakı mənəvi borcunun
müəyyən hissəsini (hamısını yerinə yetirmək üçün insana üç
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
73
ömür də bəs eləmir) yerinə yetirmək üçün Kamran müəllim
sevginin dili ilə danışır, bu dil isə ustadın həyat və fəaliyyət
sаlnaməsini hərtərəfli şəkildə oxucuya diqtə edir.
Kamran müəllim “Əvəzsiz sabirşünas” məqaləsində pro-
fessor Abbas Zamanovu görkəmli sabirşünas alim kimi səciy-
yələndirir, onun 1955-ci ildən 1983-cü ilə qədər qələmə aldığı
Sabir haqqındakı əsərlərinin əsas və zəruri cəhətlərini təhlil
edir, ustadının bu sahədəki xidmətlərini üzə çıxarır.
Kamran müəllim professor Abbas Zamanovu tanınmış
sabirşünas olmaqla yanaşı, həm də XX Azərbaycan ədədbiyya-
tının da mötəbər tədqiqatçısı hesab edir. O, “XX əsr Azərbay-
can ədəbiyyatı klassikləri” adlı məqaləsində professor Abbas
Zamanovun “Molla Nəsrəddin” jurnalının yaradıcısı və Azər-
baycan nəsrinin inkişafında xüsusi xidmətləri olan Cəlil Məm-
mədquluzadəyə, Azərbaycan kitab mədəniyyətinin inkişafına
təkrarolunmaz müsbət təsir göstərən öncüllərdən biri olan
Ömər Faiq Nemanzadəyə, demokratik ideyalar carçısı “Molla
Nəsrəddin” jurnalına, mollanəsrəddinçi şairlərdən Əli Nəzmi-
yə, Əliqulu Qəmküsara, Azərbaycan mədəniyyəti tarixində
müəllim, yazıçı, dərslik və lüğətlərin müəllifi Sultan Məcid
Qənizadəyə, Mirzə Cəlilin əməl dostu Eynəlibəy Sultanova,
XX əsr Azərbaycan romantizminin görkəmli nümayəndələri
olan H.Cavidə, M. Hadiyə, A. Səhhətə və A. Şaiqə həsr etdiyi
məqalələri haqqında sözün həqiqi mənasında yüksək fikirlər
söyləyir, tarixin bütün dövrlərində bu yazıların öz aktuallığını
qoruyacağını, öz əhəmiyyətini itirməyəcəyini vurğulayır.
“Abbas Zamanov olmasaydı” kitabına müəllifin 33 il
bundan əvvəl “İşıqlı yol” qəzetində dərc etdirdiyi “Mirzə Cəlil
tək deyil” məqaləsi də daxil edilmişdir. Məqalədə professor
Abbas Zamanovun “Əməl dostları” kitabının elmi məziyyətlə-
rindən söhbət açılır, nüfuzlu alimin bu əsəri ədəbiyyatşünaslıq
elmində hadisə kimi dəyərləndirilir.
Kamran Əliyev “Sabir gülür” resenziyasını professor Ab-
bas Zamanovun eyniadlı əsərinə həsr edib. “Əsl ədəbi-elmi