____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
79
Monoqrafiyanı oxuduqca hiss edirsən ki, “Dədə Qorqud”
eposunun daha qabarıq görünən bütün məsələləri barədə xeyli
məqalə və kitablar çap edilməsinə baxmayaraq, bu sahədə bir
çox aktual problemlırin təhlili və izahı hələ də öz tədqiqatını
gözləyir. “Xalq təfəkkürünün və xalq istəyinin təcəssümü olan
“Dədə Qorqud“ eposunu həm qəhrəmanlıq abidəsi, həm də
tədqiqat obyekti kimi bütün dövrlərin eposu” hesab edən prof.
K. Əliyev eposun poetikasında səciyyəviliyi və qeyri-adiliyi ilə
seçilən Təpəgözün sirrinin hələ də qorqudşünaslıqda kifayət
qədər açılmadığını göstərir və bunu nəzərə alaraq o, Təpəgözün
dastana gəlişini və gedişini əks etdirən və “Basatın Təpəgözü
öldürdüyü boy” kimi tanınan bu boydan həm Qalın Oğuz elinin
özünə, həm mifik dünyaya, həm də eposun strukturuna və
poetika sisteminə nəzər yetirir, bir çox elmi mülahizələri
heyrətamiz dərəcədə dəqiqləşdirir və konkretləşdirir. Tədqiqat-
çı haqlı olaraq Təpəgözün əsl mahiyyətinin üzə çıxarılmasını
onun mənşəyinin və poetikasının, yəni hər iki məqamın düzgün
təyin edilməsində görür. O, bu yolla gedərək Təpəgözün epo-
sun poetikasında tutduğu yer və mövqeyi, daşıdığı funksiyanı
çox dürüst şəkildə izləmiş, elmi ümumiləşdirmələrini həqiqət
donunda oxucuya təqdim etmişdir.
“Dədə Qorqud” eposunun əbədiyaşarlığı, möhtəşəmliyi,
zənginliyi, dolğunlğu, keyfiyyət genişliyi barədə danışılası,
tədqiq ediləsi məsələlər çoxdur. Bunlardan biri də eposda öz
geniş bədii ifadəsini tapan qəhrəmanlıq motivləridir. Eposdakı
bu motivlər barədə mötəbər elmi mülahizələr söylənilmiş,
bunlar uzun illər boyu müxtəlif aspektlərdən öyrənilmişdir. La-
kin indiyəcən eposun gənc qəhrəmanı Uruzla bağlı müəyyən
məsələlərə lazımi diqqət göstərilməmişdir. Eposda üç boyun
iştirakçısı olan Uruz müxtəlif döyüşlərdə qələbə çalmaq əvə-
zinə, dəfələrlə məğlub olur, hətta əsir də düşür. Bəs konkret
olaraq bu gözlənilməzlik həm eposun strukturu, həm də Oğuz
eli üçün hansı mahiyyət kəsb edir? Bəs igidlik göstərən Oğuz
bəyinə Dədə Qorqudun gəlib ad vermək ənənəsi baxımından