MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə27/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   23   24   25   26   27   28   29   30   ...   58

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
84 
romantiklərinin  ədəbi-nəzəri  görüşləri”,  “Hüseyn  Cavidin  şəx-
siyyəti və poetikası”, “Mirzə Fətəlidən Hüseyn Cavidə qədər”, 
“Cavid  möcüzəsi”,  “Azərbaycan  romantizminin  poetikası”, 
“Azərbaycan  romantizminin  nəzəriyyəsi”,  “Romantizm  və 
folklor”, “Teoriya azerbaydjanskoqo romantizma”, “Hüseyn 
Cavid”, “Abbas Zamanov olmasaydı” adlı elmi əsərlərinin, abi-
turiyentlər  üçün  “Ədəbiyyat”,  “Azərbaycan  dili”  adlı  dərs 
vəsaitlərinin,  “Sədərək  döyüşləri”  adlı  publisistik  əsərinin  və 
eyni  zamanda  200-dən  artıq  elmi  və  elmi-publisistik  məqalə-
sinin  hər  birinin  sözün  həqiqi  mənasında  filologiyamızda  xü-
susi yeri, xüsusi çəkisi var. 
Ədəbi tənqidə dair orijinal, saнballı əsərləri bu alimin ol-
duqca  zəhmətsevərliyindən,  işgüzarlığından,  qibtəediləcək  ya-
radıcılıq  enerjisinə  malik  olduğundan  xəbər  verir.  Bu  ensik-
lopedik  biliyə  malik  filoloq-alimin  yenicə  çap  etdirdiyi  “Tən-
qidin poetikası” (Bakı, “Elm və Təhsil”, 2012, 208 səh) (Elmi 
redaktoru: Arif Əmrahoğlu) kitabında da tənqidin poetikasının 
dərin  qatlarına  yetərincə  nüfuz  etməni,  həmin  tədqiqat  pred-
metində  çoxlarının  görə  bilmədiyi  incəlikləri,  sirləri  tapıb  üzə 
çıxarma  qabiliyyətini  görürük.  Alim  öz  yaradıcılıq  tendensi-
yasına sadiq qalaraq bu əsərində də ədəbi tənqidin ən əsas, ən 
dəyərli  məsələlərini  müasir  elmi  tələblər  səviyyəsində  araşdır-
mışdır. Prof. K. Əliyev monoqrafiyada ilkin olaraq özünəməx-
sus  bir  maraq  və  narahatlıqla  ədəbi  tənqiddə  bədiilik  məsələ-
sinə  diqqəti  yönəldir  və  bunun  dərindən  öyrənilməsini  zəruri 
hesab  edir.  Son  vaxtlar  tənqidçilər  və  oxucular  arasında  geniş 
yayılmış  “tənqid  özünü  az  öyrənir”  etirafına  elmi  müsətivədə 
aydınlıq gətirən alimin düşüncələri olduqca məntiqli səslənir və 
eyni  zamanda  tənqidin  elm  və  ya  sənət  növü  olması  barədəki 
mövcud  mübahisələrlə  əlaqədar  tədqiqatçının  analitik  təhlili 
xüsusi  maraq  doğurur.  Alimin  fikrincə,  maraqlı  odur  ki,  tən-
qidin  elm  və  ya  sənət  sahəsinə  daxil  olması  fikri  üzərində  da-
yananların əksəriyyəti elə məhz tənqidçilərin özləridir. Bəs ne-
cə olmuşdur ki, tənqidçilərin bir qrupu tənqidi elm hesab edir, 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
85 
digər  qrupu  incəsənətin  bir  növü?  (Həm  elm,  həm  də  sənət 
kimi qəbul edənlər də vardır). Belə ikitərəflilik (ikitirəlik) tən-
qidçilərin fərdi görüşlərindən irəli gəlir. Əslində onların hamısı 
tənqidi  yüksək  səviyyədə  mənalandırmaq  istəyirlər.  Aydındır 
ki, hər hansı peşə ilə  yaxından tanış olanlar, onun rolunu, ma-
hiyyətini aşağı salmaq istəməzlər. Fikir ayrılığı da məhz elə bu 
yüksək mənalandırma məqsədindən doğur: elmi sənətdən üstün 
tutanlar tənqidi elm sahəsi kimi qəbul edir, yaxud əksinə, sənəti 
elmdən  yüksək  tutanlar  tənqidi  sənət  aləminə  daxil  edirlər. 
Ədəbi  tənqiddə bədiilikdən danışmaq da  elə məhz bu məsələ-
lərdən danışmaq deməkdir. 
Prof.  K.  Əliyev  monoqrafiyada  çox  vaxt  ədəbi  tənqidin 
kifayət qədər diqqət yetirmədiyi sahələri bir küll halında öyrənir, 
ədəbi  tənqidin  bədiilik  anlayışına  daxil  olan  cəhətləri  ayrı-
ayrılıqda  faktlar  və  dəlillər  əsasında  süzgəcdən  keçirir  və  belə 
nəticəyə  gəlir  ki,  ədəbi  tənqiddə  bədiilik  problemi  “tənqidçi-
yazıçı-oxucu“ mövzusunun müəyyən tərəfidir. Belə ki, bədiilik-
tənqidçinin  sadə  və  aydın  dildə  yazmasına  çağırışdır;  bədiilik-
oxucunun tənqidçi fikrini və yazıçı ideyasını dərindən, hərtərəfli 
dərk  etməsinə  köməkdir;  ən  nəhayət,  bədiilik  –  tənqidin  sənət-
karlıq imkanlarının genişlənməsi və zənginləşməsi deməkdir. 
Təbii olaraq, “Tənqidin poetikası” adlanan bu kitab müəl-
lifin  müxtəlif  illərdə  qələmə  aldığı  məqalələridir.  Kitaba  daxil 
edilmiş  “Ədəbi  tənqiddə  bədiilik“,    “Romantik  tənqid  və  Sa-
bir”,  “F.  Köçərli  tənqidinin  sənətkarlıq  məsələləri”,  “Seyid 
Hüseyn-görkəmli tənqidçi və  yazıçı”, “Hüseyn Cavid və ədəbi 
tənqid”, “Əli Nazimin tənqidçilik sənəti”, “Mir Cəlal Paşayev – 
tənqidçi  və  nəzəriyyəçi  alim”,  “Feyzulla  Qasımzadənin  Azər-
baycan  ədəbiyyatşünaslığının  inkişafındakı  rolu”,  “Kamal  Ta-
lıbzadə – təmkinli elmi yaradıcılıq”, “Ədəbi-tənqidin fikrin im-
kanları”,  “Yazıçının  tənqidçiyə  ehtiyacı  var”  məqalələrini  bir-
birilə  birləşdirən,  bir  axara  salan,  eyni  bir  məqsədə  yönəldən 
güclü bir xətt olmaqla bərabər, ədəbi tənqiddə bədiilik proble-
minin əndazə çərçivəsində müəllif tərəfindən obyektiv həlli var. 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
86 
Məlumdur ki, zəngin bədii irsi elmi-tədqiqatın diqqət mər-
kəzində  olmuş  Sabir  poetikasının  sənətkarlıq  problemlərinin 
tədqiqat obyekti kimi öyrənilməsi daim aktuallıq kəsb etmişdir. 
Azərbaycan  ədəbiyyatşünaslığında  Sabir  nə  qədər  öyrənilsə  də, 
onun  yaradıcılığı  ilə  bağlı  mübahisəli  məsələlər  bu  gün  də 
davam etməkdədir. Prof. K. Əliyev bu mübahisələrin birini belə 
qabardır:  “XX  əsr  Azərbaycan  ədəbiyyatında  romantiklərlə 
realistlər arasında olan münasibətlər öz problematikası ilə müa-
sir  ədəbiyyatşünaslıqda  bir  çox  mübahisələrin  mövzusu  olmuş 
və olacaqdır”. O, bu mübahisəni M. Hadi, H. Cavid, A. Səhhət, 
A.Şaiq  və  Sabir  arasındakı  yaradıcılıq  əlaqələrinin  zəminində 
obyektiv təhlildən keçirir, dürüst ümumiləşdirmələr aparır. 
XX  əsrin  əvvəllərində  daha  çox  məşhurlaşmış  Firudin 
bəy Köçərlinin tənqidçi sənətkarlığı geniş və hərtərəfli səviyyə-
də öyrənilməyə möhtac idi. Bunu nəzərə alan Kamran müəllim 
F.Köçərlinin özünün bədii yaradıcılığın sənətkarlıq məsələləri-
nə  olan  münasibətinə  müəyyən  nəzər  yetirir  və  haqlı  olaraq 
göstərir  ki,  bu  iş  F.  Köçərlinin  tənqidi  irsinin  sənətkarlıq  key-
fiyyətlərini dəqiq müəyyənləşdirməyə açar ola bilər. Monoqra-
fiyada  F.Köçərlinin  əsərlərində  sırf  sənətkarlıq  məsələlərinin 
təhlili bu yolla aparılır və hərtərəfli elmi nəticələr əldə edilir. 
Prof.  K.  Əliyev  monoqrafiyada  Azərbaycan  ədəbi-bədii 
fikrinin  görkəmli  simalarından  biri  olan  Seyid  Hüseyn  Sadıq-
zadənin  də  tənqidçilik  və  yazıçılıq  fəaliyyətinə  böyük  önəm 
verir.  Bu  yazıçının  “Gilan  qızı”,  “Kor  kişinin  arvadı  “,  “Bir 
küçənin tarixi”, “Gələcək həyat yollarında”, “Həzin bir xatirə”, 
“Sarıköynək”, “ İki həyat arasında”, “Hacı Manaf”, “Ağaverdi”, 
“Üç manat cərimə”, “ Gənclik macəraları” kimi hekayələrini və 
eyni zamanda tənqidi məqalələrini təhlilə cəlb edən alim yazıçı 
Seyid  Hüseynlə  tənqidçi  Seyid  Hüseyn  arasında  ortaq  həqi-
qətləri çox dürüst şəkildə üzə çıxarmağa müvəffəq olmuşdur. 
Məlumdur  ki,  Azərbaycan  ədəbiyyatşünaslığının  və  tən-
qidi  fikrinin  böyük  Azərbaycan  şairi  və  dramaturqu  Hüseyn 
Cavidə  münasibəti  birmənalı  olmamışdır.  Ayrı-ayrı  vaxtlarda 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə