____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
109
Povestdə qoşa sözlərdən də nitq prosesində ustalıqla isti-
fadə edilir. Personajların, o cümlədən müəllifin təhkiyə dilində
qoşa sözlər sanki bərq vurur. Povestin dili ümumxalq dilinə
məxsus qoşa sözlərlə zəngindir: qazan-qazan: ... qazan-qazan
su qızdır, bu qurumuşu çimizdir”(1.s. 3); İşdi-şayət: ”İşdi-şayət
qapı bağlı olsa, uşaqlar açarı oradan götürüb qapını açsınlar və
bayırda qalmasınlar” (1.s. 5); günümüz-dirriyimiz: “Bəlkə, elə
həyət qapımız da başı daşlıdı, ona görə günümüz-dirriyimiz
yoxdu” (1.s. 9); öldü-qaldı: ”Səhnə də cavab verdi ki, öldü-
qaldılarından xəbər yoxdu” (1.s. 10); xəstəxana-məstəxana:
“Kərəm hələ anasının qarnında olanda dədəsi anasına kəsəmət
kəsmişdi ki, xəstəxana-məstəxana görməyəcəksən” (1.s. 12);
qonaq-qara: “Bu gün qonaq-qara çox olacaq”(1.s. 31); iş-güc:
“- Ay Səhnə, sənin də işin-gücün qurtarıb, kürəkən budkasının
qabağından əl çəkmirsən!” (1.s.31); uşaq-muşaq: “Evdə uşaq-
muşaq da yoxdu ki, əlini atıb pencəyin cibindən onu çıxartsın.
Uşaq-muşaq olsaydı, açarı heç pencəyin cibinə qoymazdım,
quyruğuna bir ip bağlayıb boynundan asardım” (1.s. 8).
Bədii dilin leksikasını öyrənərkən əsərin bəhs etdiyi mü-
hiti, ictimai şəraiti nəzərə alaraq, yazıçının əcnəbi sözlərə mü-
nasibətini müəyyənləşdirmək, ədəbi-ictimai mühitin qohum və
qonşu dillərə təmasının dərəcə və istiqamətini aydınlaşdırmaq
lazım gəlir.( 6.s. 59). Bu baxımdan povestdə rast gəldiyimiz:
sort, prorab, pekarnı, kanduktor, pol, fotoqraf, doxdur, medins-
titut, vayenkom, zanit, qinişqa, novqod, inkevedi kimi dırnaq
içərisində müəllif tərəfindən verilən rusizmlər, əsasən, canlı
danışıq dilində işlənən sözlərdir: “Dəmir yolunun alt tərəfin-
dəki kəndlərdə heç kəsin belə “sort” eşşəyi yox idi “(1.s. 14);
”...bütün rayonda sayılıb-seçilən prorab oldu...” (1.s.16); “İki-
üç ay sonra Dəllək Rəhim rayon mərkəzində böyrü üstə yıxılan
pekarnını ayaq üstə qaldırmışdı “(1.s.17); “... arvadı Xədicə də
doğranmış ətin hamısını yağda qızardıb qovurma hazırlayar və
vedrəyə doldurub tanış “kandukturla” Bakıya uşaqlara göndə-
rərdi” (1.s. 25); “...başına əski keçirilmiş “pol ağacını”, süpür-