MahġRƏ naği qizi çapar kazimli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə32/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   28   29   30   31   32   33   34   35   ...   58

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
99 
DÜġÜNDÜRƏN POVEST 
 
   Bədii  əsərlərdəki  hadisələrin  forma  və  məzmun  toplusu 
oxucunu  dərindən  düşündürəndə  o  əsərlər  sevilə-sevilə  oxunur, 
yüksək  qiymətləndirilir.  1998-ci  ildə  Kamran  İmranoğlunun 
“Yalquzaq  “  povesti  çapdan  çıxan  kimi  tanınmış  tənqidçi  və 
ədəbiyyatşünas  alimlərimizin 
diqqətini cəlb etdi, onlar tərə-
findən yüksək dəyərləndirildi. 
“Yalquzaq”  povestində 
keçən  əsrin  30-cu  illərində 
cəmiyyətdə gedən aşınma və 
deqradasiyalar  bədii  dona 
bürünür. Əsərdə təsvir edilən 
tarixi  dövrün  ictimai  gerçək-
likləri  spesifik  bir  məzmun 
yaradır.  Bu  spesifiklik  K. 
İmranoğlunun 
etnomental 
dünyasında, həyata, insanlara 
baxışında,  cəmiyyətə  çatdır-
dığı fikirlərdə hiss olunur. 
Povestdə  oxucunu  də-
rindən  düşündürən  3  obraz 
var: Hacı Murad, Yalquzaq, Ağ köynəkli. 
“Yalquzaq” povestində K. İmranoğlu Hacı Muradı mərd, 
qeyrətli, namuslu, əliaçıq, səxavətli ağsaqqal kimi təsvir etmiş, 
onu  xaraktercə  bütöv,  bütün  insani  keyfiyyətləri  ilə  birgə 
canlandırmışdır. Müəllif Hacı Murad obrazını yaradarkən onun 
daxili dünyasının açılmasına, ruhi keyfiyyətlərinin aşkarlanma-
sına  daha  çox  əhəmiyyət  vermişdir.  Hacı  Murad  öz  zəmanə-
sinin oğlu kimi düz əməlləri ilə çevrəsindəki insanların böyük 
hörmət və məhəbbətini qazanıb. İndiyə kimi onun ağsaqqallığı 
ilə  idarə  olunan  bu  balaca  kənddə  heç  vaxt  yalquzaq  ulartısı 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
100 
eşidilməyib.  Bəs  indi  nə  baş  verib  ki,  yalquzaq  ulamağa  baş-
layıb? “Müəllif bildirmək istəyir ki, indiyə qədər sakit görünən 
bu  kənd-bu  balaca  diyar  yerindən  oynayır,  hər  şey  dəyişir; 
ağsaqqallıq,  qarasaqqallıq  itir,  insanlar  arasında  etimadsızlıq 
xəstəlik  halını  alır,  bədbəxtlikllər  baş  alıb  gedir.  Hamının  bir- 
birinə qarışdığı, bir-birinin təhnəsinə əl uzatdığı, toyuna-yasına 
birgə getdiyi kənddə sinfi bölgü, ağıllı-dəli ayrıseçkisi başlanır. 
Mizan,  tərəzi,  ölçü,  meyar  dəyişir”(B.  Yusifli).  Şübhəsiz  ki, 
povestdə bu qayəni şərtləndirən bədii detallar çoxdur. Müəllifin 
təqdimatından  aydın  olur  ki,  Hacı  Muradda  heç  vaxt  əmanətə 
xəyanət  olmayıb.  İndi  onun  xırmanında  müqəddəslik  rəmzi 
olan taxıl oğurluğu baş verib. Müəllif nə üçün bu hadisəni qar-
pız,  xiyar,  pomidor  və  yaxud  meyvə  oğurluğu  üzərində  qur-
mur?  Müəllifin  məqsədi  aydındır,  o,  demək  istəyir  ki,  müqəd-
dəs sandığımız çörəyə, “Quran”a kəm baxanlar hakimiyyət ba-
şına gəliblər. İndən belə həqiqətin səsi batırılacaq, insanlar təh-
qir və təhdid olunacaq, dünyanın mizan-tərəzisi əyiləcək, pozu-
lacaq,  halalla  haram  qarışıq  salınacaq,  doğru  yalana,  sədaqət 
xəyanətə,  mərdlik  namərdliyə  qurban  veriləcək,  əyrilər,  oğru-
lar,  yalançılar,  fırıldaqçılar,  riyakarlar  meydan  sulayacaq,  tə-
mizlər, saflar, zəhmətlə dolananlar, doğru yolun yolçuları əzab-
əziyyətə qatlaşmalı olacaq, ələ salınacaq və bütün bunlara görə 
yalquzağın ulartısı səngiməyəcək. 
Müəllif əsərdə  yalquzaqla Hacı Muradı bir neçə  dəfə üz-
üzə  gətirir.  Yalquzaq  Hacı  Muradı  nə  üçün  parçalamır?  Şüb-
həsiz  ki,  onun  əməli-düzlüyünə,  əməli-salehliyinə  görə.  Kam-
ran  İmranoğlunun  iti  gözü,  müşahidə  qabiliyyəti,  bədii  ümu-
miləşdirmə bacarığı, ən kiçik detalı, cizgini belə, mənalandırma 
xüsusiyyəti povestin hər səhifəsində özünü biruzə verir.  
Povestdə  Hacı  Murad  obrazının  doğurduğu  assosiasiya 
çox genişdir. Bu assosiasiyanın oxucuda doğurduğu duyğular-
dan  biri  də  onun  torpağa,  yurda  sonsuz  sevgisidir.  Bunu  Hacı 
Muradın  daxili  monoloqlarının  birində  aydın  görürük:  “  Hacı 
Murad  fikrə  getmişdi.  Elə  bil  bu  sözləri  də  eşitmirdi:  “Gorun 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
101 
çatlasın,  ay  Məşədi  Salman!  Bu  Ağıl  üstünü  torpaq  həddinə 
gətirmək üçün sən nə qədər çalışmışdınsa, mən də  bir o qədər 
tər  tökdüm.  Bizim  alnımızın  təriydi  bu  torpağı  hala  gətirən. 
Amma nə  olsun ki,  Ağıl  üstü  bizim  alnımızın  yazısı deyilmiş! 
Ağ köynəklinin  təpərinə bələdəm.  Bundan sonra Ağıl üstündə 
siçanlar  yuva  quracaq,  çaqqallar  oynaşacaqlar!  İndiyə  qədər 
Hacı Muradın qorxusundan buraya bir çaqqal üzükə bilərdi?” 
Hacı Murad hər şeydən əvvəl namus, qeyrət mücəssəmə-
sidir.  Budur,  Arazı  keçərkən  onunla  ikinci  arvadı  Güllü  ara-
sındakı mükalimədə onun gözəl keyfiyyətləri bütün çalarları ilə 
necə  də  üzə  çıxır:  “Bir  xeyli  də  gedəndən  sonra  Arazın  dayaz 
yerinə gəlib çatdılar. Hacı Murad atı saxladı. Arvadlarına dedi 
ki, arabadan düşün! 
Əvvəlcə  Pakizə,  sonra  da  Güllü  arabadan  düşdü.  Güllü 
düşən kimi dilləndi. 
– Ay Hacı, qoy mən qalım, getməyim! 
Hacı  Murad  yenə  Güllüyə  cavab  verməyib,  üzünü  Paki-
zəyə tutdu: 
– Salatının  meyidini  uşaqlar  Arazın  bu  yerində  tutub  çı-
xartdılar.  Qorxmayın  dayazdı!  Rahat  keçəcəyik!  Gündüz  diq-
qətlə baxmışam. 
Sonra da Güllüyə tərəf üz tutdu: 
–  Sən  harda  qalmaq  istəyirsən?  Səni  o  Ağ  köynəklinin 
ümidinə qoyum?  
– Hacı, mən qocalmışam, mənə kimdi tamah salan? 
– O Ağ köynəkli köpəkoğlu var haa, hamıya tamah salar! 
O  da  ola,Hacı  Muradın  arvadı!  Deyəcək,  qoy  Hacı  Muradı 
binamus eyləyim! 
Hacı Murad əvvəlcə Pakizənin qızıl torbasını əlinə götür-
dü və Pakizəni yavaş-yavaş Arazın o tayına keçirməyə başladı. 
Bir  azdan  sonra  Hacı  Murad  geri  qayıtdı.  İndi  də  tüfən-
gini götürüb atı çəkə-çəkə apardı. 
Bir azdan yenə qayıtdı və ay işığında Güllüyə dedi: 
–  İndi  də  növbə  sənindir.  Qızıl  torbanı  as  boynundan! 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə