Marketinqin idarə edilməsi prosesi Marketinqin idarə edilməsinin təşkilati strukturu Marketinqin idarə edilməsi prosesi



Yüklə 178 Kb.
səhifə2/4
tarix15.04.2022
ölçüsü178 Kb.
#85464
1   2   3   4
M-vzu-25

Yeni məhsul və xidmətlərin hazırlanması, yoxlanılması və bazara çıxarıl-ması. Marketinqin idarə edilməsinin bu istiqamətinə:

a) yeni məhsulun yaradılması ideyalarının generasiyası, onların qiymətləndirilməsi və məhsul çeşidinin təzələnməsi konsepsiyasının yoxlanıl-ması;

b) məhsulun hazırlanması, onun bazar testləşdirilməsinin təşkili və onun istehlakçı tərəfindən etiraf edilməsi prosesinin öyrənilməsi;

j) məhsulun həyat dövranın idarə edilməsi,

ç) məhsul çeşidi siyasətinin hazırlanması və idarə edilməsi;

d) servis xidmətinin təşkili və idarə edilməsi və s. aiddir.


  1. Bölüşdürmə kanallarının seçilməsi və idarə edilməsi. Bu fəaliyyət istiqa-mətinə aşağıdakı əməliyyatlar aiddir:

a) bölüşdürmə kanallarının seçilməsinə dair qərarların qəbulu;

b) bölüşdürmə kanallarının idarə edilməsinə dair qərarların qəbulu;

j) marketinq kanallarının dinamikasının inkişafı;

ç) bölüşdürmə kanalları sistemində qarşılıqlı fəaliyyət prosesinin tədqiqi;

d) topdan və pərakəndə ticarətin idarə edilməsi, ticarət heyətinin təşkili.

6. Kommunikasiya proseslərinin idarə edilməsi. Burada aşağıdakı işlər həyata keçirilir:

a) kommunikasiya və məhsulların fiziki bölüşdürülməsi (malyeridilişi) strategiyasının hazırlanması, effektli kommunikasiya sisteminin yaradılması;

b) tərəf müqabillərlə, istehlakçılarla və rəqiblərlə qarşılıqlı fəaliyyətin effektli sisteminin hazırlanması;

j) multimedia üzrə optimal qərarların hazırlanması (reklamın məqsədinin təsdiq edilməsi, onun büdjəsinə dair qərarların qəbulu, reklam vasitələrinin seçilməsi və s.);

ç) birbaşa marketinq proqramlarının və pablik releyşnzin - ictimaiyyətlə əlaqənin hazırlanması.



  1. Marketinq proqramlarının və qərarlarının təşkili, həyata keçirilməsi, qiymətləndirilməsi və ona nəzarət edilməsi. Bura:

a) kompaniyanın təşkili;

b) marketinqin təşkili;

j) qəbul edilmiş marketinq qərarlarının effektliliyinin qiymətləndirilməsi;

ç) marketinq fəaliyyətinə nəzarət və bu fəaliyyətin auditi.

Yuxarıda izah edilənlərdən belə nəticəyə gələ bilərik ki, marke­tin­qin idarə edilməsi müəssisənin marketinq fəaliyyəti sahəsində çalışan bütün işçilərə və bölmələrə uzunmüddətli (strateji) və qısamüddətli (operativ) idarəetmə tədbir-ləri kompleksini formalaşdırmağa imkan verir. Bu tədbir­lər kompleksi marketinq fəaliyyətinin məqsədinə nail olmasını və bunun sayəsində isə müəssisənin fəaliyyətinin planlaşdırılan nəticələrinə nail olunmasını təmin edir.

Marketinqin idarə edilməsi aşağıdakı şəkildə verilən ardıcıl mərhələlərlə həyata keçirilir (şəkil 1).



Situasiyalı təhlil prosesində istehlakçıların, rəqiblərin, satış heyətinin və marketinqin ətraf mühitinin digər elementlərinin davranışının strateci və taktiki problemləri təhlil edilir və real bazar situasiyasında müəssisənin güclü və zəif jəhətləri aşkar edil­ir.

Planlaşdırma mərhələsi müəssisənin gələjək inkişafında marke­tinq amil-lərinin rolunun qiymətləndirilməsini nəzərdə tutur. Başqa sözlə desək, bu mərhələdə bazar münasibətlərinin hansı istiqamətdə inkişaf edəjəyi müəyyənləşdirilir.

Marketinqin itdarə edilməsinin strateci marketinq mərhələsində müəs-sisənin bütün fəaliyyət sahələrinin, o jümlədən marke­tinq fəaliyyətinin uzun-müddətli məqsədi və strategiyası hazırlanır. Bu zaman bazar seqmentinin seçilməsinə və onun tutumunun müəyyən edilməsinə xüsusi diqqət yetirilir, marketinq proqramlarının və vasitələrinin hazırlanması məsələlərinə, müəs-sisənin rəqiblərlə və tijarət təşkilatları ilə iş üsullarına baxılır.

Marketinqin operativ planlaşdırılması və yaxud ope­ra­tiv marketinq mərhələsində qısamüddətli marketinq məsələləri çərçivəsində ayrı-ayrı məhsul-lar və ya məhsul çeşidi qrupları üzrə mar­ketinq tədbirləri və marketinq kompleksi hazırlanır, jari marketinq planları tərtib edilir.

Marketinqin strategiyasının və tədbirlərinin realizasiyası mərhələsində bilavasitə marketinq prosesinin təşkili, idarə edilməsi və strategiyanın həyata keçirilməsi baş verir, ona nəzarət edilir və marketinqin idarə edilməsinin effektliliyi qiymətləndirilir.

Müəssisənin fəaliyyətinə marketinq üzrə qəbul edilən idarəetmə qərarları-nın təsiri­nin planlaşdı­rıl­ması və həyata keçirilməsi marketinq strategi­yasının və marketinq siyasətinin hazır­lanması ilə daha da dəqiqləşdi­rilir və detallaş-dırılır.

Marketinqin idarə edilməsi strategiyası və taktikasının hazırlanması va­si­təsi kimi marketinq kompleksindən və marketinqin idarə edilməsi subyektl­ə­ri­nin motivasiyası metodlarından istifadə edilir.

Marketinqin və menejmentin inteqrasiyası marketinqin sinergetik effekti daxilində idarəetmə effekti yaradır. Başqa sözlə desək, bu zaman istehlak-çıların eh­­tiyaj və tələbatlarının ödənilməsi prosesində marketinq subyektləri-nin yaratdığı, verdiyi effektlə yanaşı marketinq idarə edilməsi sisteminin yaradılması nətijəsində də əlavə effekt alınır. Belə ki, marketinqin idarə edilməsi marke­tin­qin həyata keçirilməsilə əlaqədar olan tədbirlərin planlaş-dırılmasının, onların əla­qələndirilmə­sinin və həyata keçirilməsinin, habelə onların yerinə yetirilməsinə nəzarət edilməsinin səviyyəsini həllediji dərəjədə yüksəldir. Bunun nətijəsində isə marketinq fəaliyyəti qarşısında qoyulan məqsədə daha tez və operativ nail ol­maq mümkün olur. Bu isə şübhəsizdir ki, əlavə effekt əldə etməyə imkan verir.


Yüklə 178 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə