Masalli folkloru 2


Xırda bir sənət, uca şahlığdan da ucadır



Yüklə 2,37 Mb.
səhifə24/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

Xırda bir sənət, uca şahlığdan da ucadır



Bi şah vardı, qonşu kətdən bi qız istiyirdi. Cavan oğlan idi, şahlığ verilmişdi ona.

Qız xəbər göndərdi:

– Nə bacarır? Şahdı, şahdı də, bəs nə bacarır, hansı sə­nə­ti bacarır?

Dedi:

– Mən şaham.

– Dedi:

– Şahsan, bə saba şahlıqdan çıxdın, neyniyəcəysən? Ac­mı qalacaxsan? Sən gəl bi sənət öyrən.

Şah çox fikirrəşdi, çox fikirrəşdi, bə mən nə sənəti öy­rə­nim? Axırda bı getdi xalçaçılığı öyrəndi. Öyrəndi, öyrənən kimi də qıza xəbər göndərdi ki, bəs mən xalça toxumağı öy­rənmişəm.

Qız onnan razılaşdı. Nəisə, bı qızı aldı, vaxt keçdi, gün­lər ötdü, şah bi gecə yenə çıxdı ölkəsini gəzməyə, bı ölkədə quldur dəstəsi var idi. Bir yerə gəldi gördu ki, belə xeyli adam var, qapıda da adam dayanıb. Yaxınnaşdı ki, nə məsələdi?

Dedi ki, bı elə-belə olmaz. Olar ki, mən də icəri girim? İki qapı vardı, şahı bi qapıdan yox, o biri qapıdan apardılar. Şah ayağını içəri qoyan kimi düşdü zirzəmiyə. Bir gün, iki gün, üç gün, beş gün, nəisə, gəlillər orda bını dindirillər, deyil­lər, əziyyət verillər nəisə. Görür bının bırdan xılas olma­ğı­na çarə yoxdu. Bılar deyəsən axırda məni öldürəcəklər.

Dedi:

– Yaxşı, məni öldürdüz, bundan nə qazanacaqsuz? Heç nə. Ama mən yaxşı xalça toxumağı bacarram. Sizinçin yaxşı hədiyyə bir xalça toxuyaram.

Baxdılar bir-birinə razılaşdılar, bını onsuz da öldürəcük, bi dənə xalça toxusun, hələ görək xoşumuza gəlir, gəlmir.

Şah toxuya-toxuya xalçanın üstünə yazdı ki, mən filan yerdəyəm, özüm də əsirəm. Xalçanı toxudu, bi aya təhvil ver­di bılara. Özü də dedi:

– Bı xalçanın qiyməti yoxdu. Elə bir adama satın ki, onun çoxlu pulu olsun.

İstiqamət də verdi ki, gedin filan yerdə bir adam var, ona satın, onda pul çoxdu, onu tanıyıram. Apardılar şahın ima­rə­tinə gördülər ki, doğurdan da bu kimsə varrr adamdı, gir­dilər içəri.

– Nə işdi?

Dedilər:

– Xalça satırığ.

– Nə xalça?

Dedilər:

Biri toxuyub, satırığ da.

Xalçanı aşdılar, şahın arvadı gördü ki, həəəə, əri toxu­yub, yazını oxudu. Orda yazılıb vəziyyətim nə yerdədi, harda yerrəşirəm.

Arvad çıxarıb pulunu verdi, xalçanı aldı, qoşunu yığdı. Hücum elədi, şahı xilas elədi.

İndi gəlillər at belində hər ikisi. Qız şaha sual elədi:

– De görüm indi sənin şahlığın səni xilas elədi, yoxsa sənətin?

Şah getdi fikrə. Gördu doğurdan da xırda bir sənət uca bir şahlığdan da ucadır. Sənəti bilmək çox şeyi bilməkdir.

Zalım şah və qoca



Bi gün bi şəhərin qabağındakı göldə bi dənə beş barmaq əl tapılır. Sudan beş barmağ əl çıxıb, batmır. Xəbər gəlib ölkənin şahına çatır. Şah da vəzirin-zadın, adamların götürüb gedir, görür ki, doğurdan da belədir. Bi dənə əl, beş barmağı da açıq çıxıb qalıb, elə-belə batmır.

Deyir:

– Vəzir, hələ bir dənə adam at ora.

Atıllar, əl itir.

Dedi:

– Hə, elə bi dənə adam üçün gəlibmiş.

Səhər xəbər gəlir ki, o əl yenə ordadır. Hər gün bi dənə adam atıllar ora. Adamı atıllar, əl batır, yenə səhəri çıxır. Be­lə-belə, nöybə çatır bi qoca kişiyə. Onun da aman-zaman bi qız nəvəsi olur, heç kəsi olmur. İndi nöbə çatıb ki, saba bı kişi bı nəvəsini aparmalıdı atmağa suya. Axşam saat 9-da şahın adamları gəlməliydilər. Hamı yığışır, baxıllar bılar yoxdular. Birdən görüllər ki, bi kişi gəlir, ama tək, şahın qanı qaralır, ayə, bı nə deməkdir. Kişi yaxınnaşır, bı şah yapışır yaxa­sın­nan.

– Hanı bə fılan?

Kişi dedi:

– Şah sağ olsun, sən bı şəhərin adamlarının məyər hamı­sı­nı bı bir ələ qurban verəcəksən? Qoy mən mını izah eliyim səninçün.

Dedi:

– Elə.

Qoca üç barmağını göstərir, əl batır. Gözdədilər, gördu­lər yoxdu əl, hamı dağılışır. Bi neçə gün gözdədilər, əl yoxdu ki, yoxdu.

Şah vəzirə dedı:

– Adam göndər o qocanı çağırsınnar. Bi helə-belə deyil. Getdilər qocanı çağırdılar, kişi içəri girəndə bı gülümsündü.

Dedi:

– Nəyə gülürsən?

Dedi:

– Şah sağ olsun, elə-belə, bi şey yadıma düşdü güldüm.

Dedi:

– Qoca, bu nə məsələdi? Bu qədər adamları biz itirdüg, on­­da dillənmədün, sənə nöbə çatanda dilləndün? Bı nədi belə?

Dedi:

– Onda mənə bi dənə kağız ver və yaz ki, mənnən işün olmıyacağ.

Dedi:

– Baş üstə. Yazdı, qolladı, möhürün vırdı, kişi oxudu, bükdü qoydu cibinə.

Dedi:

– Şah sağ olsun, o adam sənin zülmkarlığunnan çox xəbərdar idi, bilirdi ki, sənin kimi zülmkar hələ dünyada yox­du. O çıxdı, beş barmağını bizə göstərdi ki, adə, bı qədər mil­lətin arasında 5 dənə kişi yoxdu ki, bu şahı devirsinnər? Şah durdu ayağa ki, qocaya təpinsin.

Qoca dedi:

– Mənə bax, kağızun var haaaaa.

Dedi:

– Yaxşı, bəs o 3 dənə barmağ nə idi?

Dedi:

– Hə, onun cavabı idi də.

Dedi:

– Bizə dedi ki, 5 nəfər adam yoxdu aranızda şahı devir­sin?

Mən də dedım adə, 5 nədi, heç 3 nəfər də yoxdu ki, onu devirsin. Onnan da o qəhr elədi batdı getdi.


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə