Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə10/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   6   7   8   9   10   11   12   13   ...   93

 
30 
yanaşıb  M.P.Vaqifi  də  bu  gündən  qiymətləndirməyə  çalışmaq 
səhvlərin 
təkrarlanması 
və 
bir 
başqa 
məcraya 
yönləndirilməsidir.  Olanları  gözümüz  onündə  canlandırıb 
xanlıqların  yaşadığı  faciələri,  fəlakətləri  dərk  etməklə  daha 
böyük  həqiqəti  ortaya  qoya  biləcəyik.  Bu  gün  Azərbaycan 
elminin, mədəniyyətinin öyrənilməsi bütünlükdə milli ənənəyə, 
etnos yaddaşının prinsiplərinə əsaslanır. XVIII əsr Azərbaycan 
ədəbi  mühiti,  onun  ayrı-ayrı  nümayəndələrinin  yaradıcılığının 
təhlili, konseptual yanaşma prizmasında zəngin fakt bolluğu ilə 
maraq  doğurur.  M.P.Vaqif,  M.V.Vidadi,  Ağqızoğlu  Piri,  Sarı 
Çobanoğlu,  Aşıq  Səməd,  Abdulla  Canızadə,  Aşıq  Valeh  və  s. 
sənətkarların  yaradıcılığı  bütünlükdə  mühitin  tendensiyasını 
aydınlaşdırır.  M.P.Vaqifin  isə  mühitdə  mövqeyinin  qaynağı 
onun istedadı, şəxsiyyət kimi nüfuzu ilə bağlıdır. Ona görə də 
Vaqif  yaradıcılığını  bir  bütöv  olaraq  aydınlaşdırmaq  üçün 
yaradıcılığındakı informasiyadan, təzkirə və mənbələrin verdiyi 
bilgilərdən  çıxış  etməklə  dolğun  qənaət  əldə  etmək  olar. 
V.Q.Belinski yazırdı: “Şairin yaradıcılıq  fəaliyyətinin mənbəyi 
onun şəxsiyyətində ifadə olunan poetik ruhundadır, buna görə 
də  onun  əsərlərinin  ruhunun  və  xarakterinin    izahını  birinci  
növbədə  şairin    şəxsiyyətində    axtarmaq  lazımdır.    Əgər  siz 
şairin  şəxsiyyətini  ciddi,  qərəzsiz  və  ədalətlə  tədqiq  edib  
öyrənmiş  və  şairi  düzgün  başa  düşmüsünüzsə,    o  halda  siz 
küləyin  gücünə,  öz  şıltaq  fantaziyanızın    göylərində  haraya 
gəldi  baş  alıb  getmirsiniz,  yerdə  ayaqlarınız  üzərində 
möhkəmcə  dayanırsınız;  siz  daha  şairdən  özünüzün  arzu  edə 
biləcəyiniz  şeyi  tələb  etmirsiniz,  indi  siz  onun  özünün  sizə 
verdiyini    qiymətləndirirsiniz;    siz  özünüzü  və  başqa 
şəxsiyyətləri    onunla  qarşılaşdırırsınız,  indi  siz  onun  özünü 
olduğu kimi, necə varsa, eləcə də görürsünüz, siz daha öz fikir 


 
31 
və  rəyinizi  ona  sırımır,  onun  öz  ideya  və  anlayışlarını    götür-
qoy  edir,  onların  haqqında  düşünürsünüz”  (18,  137-138). 
M.P.Vaqifin  bir  şəxsiyyət  olaraq  siyasi  və  mədəni  mühitdə 
görünüşü  və  ədəbi  mühitə    təsiri  ciddi  faktlarla  səciyyələnir. 
Haqqında yazılanlarda ilk olaraq onun şəxsiyyət kimi görünüş 
və  fəaliyyət  modeli  cızılır  və  hələ  erkən  yaşlarından  ta 
ömrünün sonlarına qədər olan hadisələrdə bu tam aydınlığı ilə 
görünür.  F.Köçərli  böyük  şairə  həsr  etdiyi  oçerkində  bu 
məqama  xüsusi  diqqət  göstərir:  “...Molla  Pənah    Daşsalahlıda  
məşhur  Şəfi  əfəndidən  elm  təhsil  edir  imiş.  Daşsalahlıda 
molladan bir xəta  üz verməyə görə, orada artıq  
qala 
bilməyib  gedir yaylağa. Çün o vaxtı yay  mövsümü imiş. Şəfi 
əfəndi Molla Pənahın dağa getməyindən xəbərdar olub izhari-
təəssüf edir ki, heyfa ki, Molla Pənah elmini tamam eləmədi və 
öz  arvadına  deyir  ki,    sən  axırda  eşidərsən    ki,  Molla  Pənah  
böyük  bir  şəxs  olacaqdır.    Çünki  o,  çox  zirək,  maddəli  və 
cövhərli adamdır”  (60, 162). Əlbəttə burada ciddi  bir həqiqət, 
şairin  hələ  erkən  yaşlarından  qeyri-adi  qabiliyyətinin,  fitri 
istedadının  ilkin  görünüşünün  işartıları  və  dərki  dayanır.  Onu 
da  Şəfi  əfəndi  uzaqgörənliklə  hiss  etmiş  və  nəticə  etibarilə  az 
keçməmişdi  ki,  Qarabağ  xanlığının  qapılarını  üzünə  taybatay 
aça  bilmişdir.  Biz  M.P.Vaqif  böyüklüyünü  təkcə  sənətkar 
istedadı,  əlimizdə  olan  şeirləri  timsalında  təhlili  etsək  onda 
reallığı birtərəfli ortaya qoymuş olarıq. Sənətkar şəxsiyyəti, heç 
şübhəsiz onu da əlavə edək ki, onun yaradıcılığında bir tərəfdir 
və  bunu  belə  də  qəbul  edirik.  Digər  tərəfində  mühitdəki  rolu, 
hadisələrə  münasibəti,  yaradıcılığı  ilə  real  həyatdakı 
şəxsiyyətinin  bir-birini  tamamlaması  məsələsi  var.  Bunlar 
əlbəttə  qəbul  olunan  və  əsasdı.  F.Köçərli  də  öz  oçerkində  bir 
bütöv  olaraq  Vaqif  şəxsiyyətini,  Azərbaycan  ədəbiyyatı 


 
32 
tarixində  oynadığı  rolu  tam  aydınlığı  ilə  ortaya  qoymaq 
məqsədində  görünür.  Bunu  biz  M.V.Vidadinin,  Sarı 
Çobanoğlunun,  Ağqızoğlu  Pirinin,  Aşıq  Valehin,  Aşıq  Əli 
Kəlibərinin 
və 
başqalarının 
müraciətlərində, 
məktublaşmalarında,  eləcə  də  Qarabağ  xanlığının  ictimai, 
siyasi  həyatında  oynadığı  rolda  görürük.  Aşıq  Əli  Kəlibəri 
Qaracadağlının məşhur müraciətində bu bütün tərəfləri ilə boy 
göstərir: 
 
Bu gövhər sözlərin, ey alicənab
Tamam aşiqlərin səminə gəlmiş. (60, 162). 
 
Məhəmmədhəsən  xan  Şirvaninin  M.P.Vaqifin  haqqında 
dedikləri  də  məhz  bu  böyük  sənətkarın  təkcə  yaradıcılığı 
timsalında olan düşüncəni ifadə etmir, burada həm də bir bütöv 
olaraq şairin görünüşü müşahidə olunur.  
 
Şeirinə təhsin ki, yetməz  hər bir əşar ona
Hər kimin var isə həddi, söyləsin göftar ona, 
Kimsə ləb tərpətməsin kim, gəlməz istifsar ona...  
(60, 174). 
 
- misralarındakı  düşüncə, eləcədə Kərbəlayi Səfi Valeh təxəl-
lüsün “Molla Pənah, ərzim sizə söyləyim” müraciəti bizi daha 
təfərrüatlı yanaşmalara, mahiyyəti açmağa istiqamətləndirir. Və 
yaxud  da  yenə  Kərbəlayi  Səfi  Valeh  təxəllüsün  “on  il  əvvəl 
Molla  Pənah  sağ  idi”  deməsi  artıq  Vaqifin  bir  şəxsiyyət  kimi 
açımını,  mühitdə  yerini  də  özündə  işarələyir.  XVIII  əsr 
Azərbaycanın  ictimai-siyasi  həyatında  ağrılarla  dolu  olan, 
özünü  mürəkkəbliklə  göstərən  bir  mərhələdir.  Bəlkə  də  orta 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə