Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə60/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   56   57   58   59   60   61   62   63   ...   93

 
205 
vurğulanan  heca  vəzninin  bu  və  ya  digər  dərəcədə  taleyinin 
təkyələrlə  bağlanması  məsələsidir.  Hətta  son  dövrlərin  elmi-
nəzəri  düşüncəsində  özünə  yer  alan  məsələlərdən  biri  aşıq 
sənətinin təkyələrlə bağlanması, ozanın təkyəyə girib, aşıq kimi 
çıxması  məsələsidir.  Bizim  “Kitabi-Dədə  Qorqud”  kimi 
möhtəşəm  abidəmiz,  eləcə  də  son  dövrlərin  təriqət 
düşüncəsində olanlar bunu qəbul etməkdən uzaq görünür. Xalq 
şeiri  ənənəsi,  aşıq  sənəti  bu  məsələdə  zorlanmış  kimi  nəzərə 
çarpır, onu da əlavə edək ki, bu xətt bütün gücünü, imkanlarını 
xalqdan  alan  və  xalq  ruhunun  qan  damarları  kimi  görünən 
istiqamətdir ki, bu yöndə də, “Kitabi-Dədə Qorqud”a qədər də, 
ondan  sonra  da  belə  olmuşdur  və  bu  gün  də  belədir.  Sadəcə 
olaraq  həm  təkyələr,  həm  də  aşıq  yaradıcılığı  etnosun 
mədəniyyət  layları  olmaqla  bir-birindən  təsirlənmiş  və 
yararlanmışlar. Ancaq onu da əlavə edək ki,  təkyələrin etnosa 
yaxınlığı  ilə  aşığın  etnosa  yaxınlığı  bir  səviyyədə  qoyula 
bilməz və bunların arasına sərhəd də çəkmək düzgün deyil və 
həm  də  mümkünsüzdür.  Vaqifə  gələn  yol  bu  iki  xətdən,  bir 
istiqamətdə  Ə.Yasəvidən,  Y.Əmrədən,  Ş.Xətaidən,  Pəri 
Peykərdən,  Miskin  Abdaldan  gələndisə,  iikinci  və  fikrimizcə, 
daha  zor  olan  istiqamətdə  Dədə  Qorquddan,  Aşıq  Paşadan, 
Qurbanidən, Qaracaoğlandan,  Abbas Tufarqanlıdan gələnlərdi. 
M.P.Vaqif bu iki xəttin qovuşuğunda tapınır. Və öz yaradıcılığı 
ilə  bunların  qovuşuq  və  ucalıq,  birləşdirici  nöqtələrini  tapır. 
Dədə Qorqud da, Qurbani  də, Abbas Tufarqanlı  da, Sarı Aşıq 
da,  Xəstə  Qasım  da  Haqdan  vergili  olanlardı.  “Sufilik 
Həsənoğludan  M.P.Vaqifə  qədər  olan  bütün  klassik  ədəbiy-
yatımızı  çuğlamışsa,  ola bilməız ki, orta əsrlərdə  çiçəklənən 
aşıq yaradıcılığı sufilikdən kənarda qalsın. Ancaq bu təsir necə 


 
206 
olub, hansı yolla olub bunu araşdırıb açıqlamaq  folklorşünas-
lığımızın əsas problemlərindən biridir.  
Yaxud  Ozan  necə  olub  aşığa  dönüb.  Ozan  orta  əsrləri 
keçib aşığa dönmüşdür.  Belə mülahizə irəli sürürlər ki,  Ozan 
sufi  təkyəsinə  girib,  abdala,  dərvişə  dönüb,  sonra  da  aşıq 
olmuşdur.  Bizə  görə  Ozan  heç  vaxt  təkyəyə  girməmişdir, 
tarixin, həyatın təbii axarı Ozanı aşıq  eləmişdir. Onu da əlavə 
edim ki, aşıq sənətinin sufuliklə əlaqəsinə aludə olmaq  doğru 
deyil.  Aşıq  yer  sənətkarıdır.  Sufilikdən  fərqli  olaraq  onun 
sevgisi,  butası  yerdədir,  yer  gözəlidir.  Aşığın  həyatı  da 
yerdədir,  onun  sevgisi,  qəmi  də  yerdədir.  Qurbani  Diridən 
Gəncəyə  sevgilisi  Pərinin  arxasınca  gedir.  Abbas  Tufarqanlı 
Təbrizə,  Novruz Misirə, Əbülfəz Yəmənə, Valeh Qarabağdan 
Dərbəndə  sevgilisinin,  butasının  arxasınca  gedir.  Azərbaycan 
aşığının  türk  dünyasında  ən  böyük  tarixi  xidməti  məhəbbəti 
göydən,  sufilərdən  alıb  yerə  endirməsindədir”  (36,  90). 
Göründüyü  kimi,  görkəmli  folklorşünasın  dedikləri  bu  gün 
Azərbaycan  folklorşünaslığında  baş  alıb  gedən  qeyri-ciddi 
tendensiyaya  cavabdır  və  vəziyyətə  obyektiv  mövqeyin 
ifadəsidir.  Ozanın,  aşığın  gücü  reallığa,  etnosun  düşüncəsinə 
hesablanmasındadır  Məhz  M.P.Vaqif  də  bu  reallığın,  etnos 
düşüncəsində  olanların  hadisəsi  kimi  öz  qaynağını  aşıqdan, 
xaqlın olandan alır. Vaqif intibahı da bütünlükdə bu dəyərlərə 
köklənməsi  ilə  müəyyənləşir.  Məsələnin  təfərrüatlı  şərhinə 
keçməzdən  əlavə    bir  məqama  da  diqqət  yetirək,  bu  da  çox 
vacib  məsələdir  və  çağdaş  şəraitdə  baş  alıb  gedən  yanlış 
tendensiyanın  nəticəsidir.  Bütün  bunlar  M.P.Vaqifə  gələn 
yolun  qan  damarlarının  müəyyənliyi  üçün  gərəklidir. 
Folklorşünas  P.Əfəndiyev  bu  məsələyə  də  öz  konkret 
mövqeyini  ortaya  qoyur  və  xüsusi  olaraq  vurğulayır  ki,  “son 


 
207 
illər  yazılan  əsərlərdə  deyilir  ki,  haqq  aşığı,  haqqa  aşiq,  yəni 
Allaha  aşiq  deməkdir.  Ancaq  bizə  görə  belə  deyildir.  Haqq 
aşiqi  Haqqdan  –  Allahdan,  Tanrıdan  vergi  almış  sənətkardır. 
Dədə Qorquda da Allah həmin vergini, ilhamı vermişdir”. (36, 
90).  M.P.Vaqifə  gələn  yolda  bütün  xətlər  çarpazlaşır,  milli 
düşüncənin  bütün  təsisatları,  yaddaş  mexanizmləri  o  qədər 
təkrarsız  və  etnos  ruhuna  bağlanır  ki,  bu  da  onun  mərhələ 
faktına  çevrilməsinə  zəmin  yaradır.  “İnsan  məzhəbi”ndə  olan 
müxtəlifliklər,  güc  mərkəzləri  zaman-zaman  bədii  mühitlərə, 
dövrün  ab-havasına  təsir  etmiş,  onun  axarına  istiqamət 
vermişdir.  Ancaq  bu  axarda  ozandan  aşığa  gələn  xətlə, 
sufilikdən,  dərvişlikdən  aşığa  gələn  xətlər  arasında  yaxınlıq 
mənasında  xeyli  fərqlər  var.  Bunlardakı  yaxınlıqlardan  çox 
müxtəlifliklər boy göstərir. Çünki ozandan aşığa gələn lay daha 
təbii  və  reallığa  əsaslanır.  “Kitabi-Dədə  Qorqud”un  müqəd-
diməsində vurğulanır: 
 
Qolça qopuz götürüb eldən-elə, bəydən-bəyə ozan gəzər. 
Ər comərdin, ər nakəsin ozan bilir. 
 
İləyinizdə  çalıb  ayıdan  ozan  olsun”!  (58,  16).  Xalq 
şairimiz O.Sarıvəlli “aşıq elədən alar öz nəfəsini” deyirdi. (82, 
156).    Azərbaycan  poeziyasının  qüdrətli  nümayəndəsi  S.Vur-
ğun isə  xüsusi olaraq vurğulayırdı: 
 
Dədə Qorqud dediyimiz min bir yaşlı bir ozan, 
Qoca vaxtı öz sazını sinəsinə basacaqdır, 
Bütün xalqlar və tayfalar ona qulaq asacaqdır. 
O açacaq dəniz kimi tükənməyən ağılını, 
 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə