215
də Vidadi klassik ədəbiyyat müstəvisində olanlardan birmənalı
olaraq imtina etmədi və nə də onlar bu fikirdə olmuşlar, hətta
bu müstəvidə bu gün də ədəbiyyatımızın mükəmməl nümunəsi
olacaq qəzəlləri də bunu göstərir. Vaqif sadəcə olaraq dinamik
mənzərədə mövzu və mündəricədə ciddi islahatlar apardı.
Deyimin artıq köhnəlmiş və bir qədər də avazımış formasından
geri çəkilməklə yeni modellərini müəyyənləşdirdi. Ədəbiyyatın
Füzuli ucalığında olanlardan əlavə, daha bir yolun da
mövcudluğunu yazdıqları ilə diktə etdi. Bunları isə Vidadi,
Ağqızoğlu Piri, Sarı Çobanoğlu ilə birgə qərarlaşdırdı.
Qaynağını isə xalqın olandan, “Kitabi-Dədə Qorqud”dan,
“Koroğlu”dan, “Abbas və Gülgəz”dən, “Qurbani”dən, “Əsli və
Kərəm”dən, “Aşıq Qərib”dən, “Tahir və Zöhrə”dən və s. alırdı.
Ona görə də milli ruhun hadisəsi kimi həmişə uca tutulub təhlil
olunurdu. Məhz M.F.Axundovun yazılarında (“Nəzm və nəsr
haqqında” məqaləsi) məsələyə bu prizmadan baxmış və Şərq
ədəbiyyatının klassikləri “Firdovsi və Nizami və Cami və Sədi
və Mollayi-Rumi və Hafiz şairdirlər” demişdir. Əlavə edir,
“bunların da qüsuru budur ki, bir para məqamda izhari-fəzl
üçün xilafi-təbiətü adət köftkü ediblər. Belə məqamlarda
onların xəyallarına şeir demək caiz deyil, ancaq mənzumati-
məqbulə və pəsəndidə demək olur. Şeir dərəcəsindən əfsəl,
bunların məsava sairlərinin hərgiz şeir maddəsi yoxdur. Ancaq
sənətkardırlar ki, əlfaz hifz edib şüruti-nəzmə müvafiq haman
əlfazı rişteyi-nəzmə düzürlər və hərgiz nəzmlərində bir təsir
yoxdur; bəlkə əksərinin nəzmlərində heç məzmuni-səhih dəxi
tapılmaz və bu sənət bir belə asan zaddır ki, hər bir məktəbdən
çıxan kimsənələrin əksəri fürs arasında bir az məşq etməklə
əlfazı nəzmə düzməyə qadir olur və belə kimsənələrə şair
demək qələtdir.
216
Bəhr surət, türk arasında dəxi bir zamana qədər
mütəqəddimdən şair olmayıbdır. Füzuli şair deyil və
xəyalatında əsla təsir yoxdur; ancaq nazimi-ustaddır. Amma
mən əyyami-səyahətimdə səfheyi- Qarabağda Molla Pənah
Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərt bir növ
ilə onda göründü. (4, 314-315). M.F.Axundovun bu
yanaşmasında “zikr etdiyi şərt” sırf XIX əsr ədəbi-nəzəri fikir
və ədəbiyyat müstəvisində ümumiləşdirilir və biz burada
Vaqiflə bağlı olanları verdik, ədəbiyyatşünas filosof Qasım bəy
Zakiri bu sırada daha ciddi uğurlarla təqdim edir. Əlbəttə
“hərgiz nəzmlərində bir təsir yoxdur; bəlkə əksərinin
nəzmlərində heç məzmuni-səhih dəxi tapılmaz” qənaətini
birmənalı qəbul etmək özü mümkünsüz görünür və ciddi
mübahisələrə yol açır. Əsas şərti və görünəni Vaqiflə bağlı
olanlardı, elə bütün müqayisə və təhlilləri də Vaqifə qədərki ilə
ədəbiyyatın Vaqifdən başlayan uğurları, yeniləşməsi arasındakı
müqayisələrdədir. Burada mübahisələrə, ciddi fikir
ayrılıqlarına səbəb olacaq lazımı qədər faktlar var, çünki
Firdovsi, Nizami, Sədi, Cami, Hafiz və s.xəttində şeir və nəzm
məsələlərinə diqqət yetirməsi bir problemdir, ancaq olan və
bizim düşüncəmizə müqabil gələn Vaqiflə bağlı dedikləridir və
bu da elə digər istiqamətdə Vidadi ilə bağlı olanlarla da
əlaqələnir.
Vaqif
yaradıcılığının
mahiyyətinin
aydınlaşması
M.V.Vidadidən keçir, çünki Vidadi Vaqifin ağsaqqalı,
həmfikri, dostu, yaxını kimi bütün müraciətlərində özünə yer
alır. Ona görə də Vaqif yaradıcılığına təsir məsələlərindən
danışarkən ən aktual görünən məsələlərdən Vidadi
yaradıcılığıdır, düşüncə, həyata baxış baxımından nə qədər
fərqli
mövqelərdə
dayansalar
da,
əslində
bunların
217
mahiyyətində, ruhunda olanlardan qat-qat çox yaxınlıqlar
vardır. Onların müxtəlif hadisələr, baş vermiş müşküllərin
aydınlaşması, şəxsi münasibətlər və s. zəminində olan
yazışmaları əslində alt qatda daha ciddi məsələləri ehtiva edir.
Onun “ey Vidadi, sənin bu puç dünyada nə dərdin var, zar-zar
ağlarsan” müraciəti öz sərhədləri, işarələdiyi məzmunla
bütünlükdə böyük bir dünyagörüşü, həyatın olacaqlarını,
münasibətyləri, baş verənləri aydınlaşdırır. Görkəmli
ədəbiyyatşünas F.Köçərli “Molla Vəli “Vidadi” təxəllüs” adlı
oçerkinin başlanğıcında yazır: “Azərbaycan şairlərinin
məşhurlarından birisi Molla Vəli “Vidadi” təxəllüsdür ki,
Molla Pənahın müasiri, dostu və bir qövlə görə, əqrəbəsi imiş...
Molla Vəlinin yaxşı elm və savadı və rəvan təbi var imiş
və özü də zöhdü təqva əhli olub, vaxtının çoxunu ibadətdə
keçirərmiş” (60, 192). Göründüyü kimi, burada Vidadinin
M.P.Vaqiflə dost və əqrəbə olması haqqında məsələlərə diqqət
yetirilmiş və o da əlavə olunmuşdur ki, elmli, rəvan təbli bir
simadır. Əlbəttə bu məqamlar həm Vaqif, həm də Vidadi ilə
bağlı yazanlar, fikir yürüdənlər tərəfindən ardıcıllıqla
vurğulanır. Maraqlı olan məsələlərdən birisi vaxtının çoxunu
ibadətlə keçirməsi məsələsidir ki, bu hal şairin şeirlərində də
aydınlıqla nəzərə çarpır. F.Köçərli bütün bunlarla yanaşı,
xüsusi olaraq vurğulayır ki, “bəzi rəvayətə görə, Molla Vəli
Vidadi Qazax mahalında ən mötəbər, tədbirli və nüfuzlu bir
adam hesab olunur”du. Onun həyatı və yaradıcılığı ilə bağlı
bütün informasiyalar da bunu tam aydınlığı ilə ortaya qoyur və
ədəbiyyatın Vaqif və Vidadi qanadı Azərbaycan poeziyasının
mövzu, mündəricə forma, tərənnüm baxımından yeniliklərlə,
orijinal yanaşmalarla özünü göstərdi. Bu orijinallığın kökləri
isə etnosun çox əski çağlara gedib çıxan mədəniyyətinə, türkün
Dostları ilə paylaş: |