Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə61/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   57   58   59   60   61   62   63   64   ...   93

 
208 
Söyləyəcək  öz  yurdunun  qəhrəmanlıq  nağılını.  (92,  54). 
Bütün bunlar və bu kimi faktlar ozandan aşığa gəlişin keçidinin 
dərvişlə,  təkyə  ilə,  sufi  ocaqları  ilə  birbaşa  bağlılığını 
təsdiqləmək gücündə görünmür. Təkrar edirik, əlbəttə təkyə ilə 
aşığın arasına elə də ciddi sədlər çəkmək də mümkün deyildir, 
ancaq  mübahisəli  görünən  ozandan  aşığa  gəlişin  yolunda 
təkyələrin  aparıcı  funksiyası,  aşığın  təkyələrə  bağlanması 
hadisəsidir.  Vaqifə  gələn  yolda  bu  iki  xətt;  həm  ozanlıq  / 
aşıqlıq, həm də təkyələr ciddi fakt və təsir bolluğu ilə müşahidə 
olunur. XVIII əsr Azərbaycan poeziyası bir mərhələ olaraq öz 
qaynağını bu iki xətdən alır və hər iki xətt də özlüyündə xalqın 
olan  kimi,  onun  ruhuna,  milli  düşüncəsinə  biçilmiş  və  onu 
ifadəyə  köklənmişdir.  Burada  müəyyən  məqamlarda  siyasi 
hakimiyyətlə yaxınlaşmaq, ağır dönəmlərdə bir nöqtədən çıxış 
etmək düşüncəsi olsa da, daha çox və bəlkə də bütün mahiyyəti 
ilə  xalqı  ifadəyə  köklənmişdi.  Yunis  Əmrədən  bir  nümunəyə 
diqqət yetirək. 
 
Yenə seyr eylədi könlüm, 
Dostun camalın arzular. 
Hicrinə qatlanmaz daha, 
Dostun camalın arzular. 
 
Hər kim uğrasa bu dərdə, 
Tapar o himməti ərdə, 
Açılınca gizli pərdə 
Dostun camalın arzular. (40, 113) 
 
Aydınlıq üçün bir başqa nümunəyə də diqqət yetirək: 
 


 
209 
Bir qaydada qalmayaq gəl, 
Gəl dosta gedək, gəl, könül! 
Həsrət ilə ölməyək gəl, 
Gəl dosta gedək, gəl, könül! 
 
Gəl biz gedək can durmamış, 
Surət tərkini vurmamış, 
Araya düşmən girməmiş, 
Gəl dosta gedək, gəl, könül! (40, 75).  
 
Şah İ.Xətai yaradıcılığından bir nümunəyə diqqət yetirək 
və Yasəvi / Əmrə / Xətai xəttində texnoloji təfəkkürün inkişaf 
sxemlərində  sabitləşmənin  özünü  göstərdiyi  bir  fakt  kimi 
müşahidə olunur. 
 
Gəl, könül, incimə bizdən, 
Qalsın, könül, yol qalmasın! 
Əvvəl-axır yol qədimdir, 
Qalsın, könül, yol qalmasın! 
 
Bağçada açılan güldir, 
Mənayi söyləyən dildir, 
Pəs, əzəldən qədim yoldir, 
Qalsın, könül, yol qalmasın! (84, 28).  
 
Göründüyü  kimi,  orta  əsrlərin  dərinliklərindən  gələn 
dərvişliyin  ortaya  qoyduğu  sistem  türklük  müstəvisində  çıxış 
etməklə  öz  qaynağını  etnosa,  onun  yaddaşında  olan  kanonik 
sxemlərə  bağlayır.  Təkyələrdən,  zaviyələrdən  gələnlər  ilahi 
bilgilərdən,  əxlaqi-mənəvi  zənginlikdən  çıxış  etməklə  bir 


 
210 
istiqamətdə  toplumun    sabahına  sahiblik  missiyasını  yerinə 
yetirirdilər. M.P.Vaqifə bədii düşüncənin rəngarəngliyi müstə-
visində  əriş-arğac  yollar  gəlir.  Bu  yolların  ən  güclü  qaynağı 
ozandan,  aşıqdan  gələnlərdi  ki,  bu  da  böyük  sənətkarı  bütün 
yaradıcılığı boyu izləmiş və onu zirvələrə, Azərbaycan şerinin 
intibahını  müəyyənləşdirən  statusa  gətirib  çıxarmışdır.  Çünki 
göz  açdığı  yurd  yerləri  Vaqifin  könlünü  sazla  dinləndirmiş, 
onun  ruhuna  isti,  həlim  bir  qılıq  qatmışdır.  Qazaxda  coşub-
çağlayan könül rübabı Qarabağda əlçatmazlıqlara ucalmışdır. 
Ə.Abid  bir  məsələni  xüsusi  vurğulayaraq  yazır:  “Əruz 
vəzni  saray ətrafında vücuda gələn bütün mənzum məhsullara 
zəminə  olurkən,  heca  vəzni  də  çadır  ədəbiyyatı  sahəsində 
qiyməti  azalmağa  üz  tutmaqla  bərabər,  kendi  təbii  seyrində 
davam  edirdi;  hətta  bu  vaxta  qədər    əvami  və  təşkilatsız  bir 
tərzdə  irəlilərkən  əruzun  sarayına  müqbil  özünə  təkyəyi 
müdafiə  mərkəzi  bulmuşdu”  (1,  153).  Bütün  təfsilat  və 
mahiyyətin  aydınlığı  buradadır,  yəni  hecanın  imkişaf  taleyi, 
genetikası    ilə  əlaqədar  söylənən  mübahisələrin,  fikir 
ayrılıqlarının  mənbəyi  və  dolaşıqlıq  nöqtəsinin  başlanğıcıdır. 
Ona  görə  də  mübahisələrin,  ziddiyyətlərin  də  elə  başlanğıc 
qaynağı  buradır.  İslamın  gəlişi  və  saray  mühitində  baş  verən 
əruz    vəzni  ilə  bağlı  proseslər,  üstəgəl  ərəb  və  fars  dilində 
yazmaya zorlanma, sarayların ali təbəqəsi, hökmdardan tutmuş 
çevrəsindəkilərə  qədər  güclü  bir  axının    meydana  gəlməsini 
şərtləndirdi. Bu ana dilindən kənar olanlar və milli düşüncənin 
bu  və  ya  digər  dərəcədə  sarsıdılmasına  yönəlmiş  proseslər  idi 
ki,  uzun  müddət  intibah  hadisəsi  olaraq  özünü  göstərdi. 
Başlanğıcından  böyük  ideoloji  və  mədəni  sistemin  ortaya 
qoyulmasına  istiqamət  verdi,  fundamental  islam  mədəniyyəti, 
islami  dəyərlər  sistemini  formalaşdırdı.  Bəşər  sivilizasiyasına  


 
211 
uzun  əsrlər  boyu  xidmət  edəcək  və  faydalı  olacaq  siyasi, 
ideoloji,  bədii-estetik  bir  layın  dinamik  hərəkatına  istiqamət 
verdi.  Saray  mühiti  bu  zənginliyə  sahiblik  etdi  və  bir  missiya 
olaraq  onun  inkişafının  qayğısında  durdu.  Belə  olan  halda, 
ziddiyyətlərin,  gərginliklərin,  bir  qədər  də  mədəniyyətlərin 
toqquşmasına heca vəzni ilə olanların, Ə.Abidin təbirilə desək 
“çadır  ədəbiyyatı”nın  böhranı,  enişi  başladı  və  bu  tənəzzül 
prosesi  kimi  göründü.  Təkyələr  isə    mövcud  şəraitdə  bundan 
daha  çox  yararlanmaqla  böyük  çoxluğu  özününküləşdirmək 
yolunu  tutdu,  Saray  şəraitində  və  onun  çevrəsində  parlayan 
mədəniyyətə  alternativ  olacaq  daha  əski  layın,  doğma  olanın 
oyanışına  üstünlük  verdilər.  “İnsan  məzhəbi”ndə  olan 
müxtəlifliklərlə,  bəzən  xalqla  siyasi  hakimiyyət  arasında 
vasitəçi, bəzən də başdan-başa əks mövqe nümayiş etdirməklə 
pozulmuş  nizamın  bərpasına  başladılar.  “Çadır  ədəbiyyatı” 
burada  başlıca  təsir  faktı  oldu  və  milyonların  mənəvi 
ehtiyacının  təminatçısı  kimi  göründü.  Daha  dəqiq  desək, 
təkyələr  bundan  yararlanmaqla  özünün  oyanışına,  hərəkatın 
uğurlarına əsas oldu. Ozandan, etnos düşüncəsindən gələnlərin, 
qəlibləşmiş  mədəniyyət  formullarının  yeni  müstəviyə    daxil 
olması  və  güclü  bir  axına  çevrilməsi  halı  yaşandı.  Vaqif  bu 
xətdə intibah hadisəsi olaraq bir toplum kimi hamısını özündən 
(daha  doğrusu  içindən)  keçirdi.  Ə.Yasəvi,  Yunis  Əmrə,  Şah 
Xətai,  M.Əmmani  xəttində  olanlara,  daha  çox  isə  Dədə 
Qorqud, Qurbani,  Abbas Tufarqanlı xəttinə üstünlük  verməklə 
M.Füzulidən  sonra  klassik  üslubun  yaşadığı  böhranı 
dərinləşdirdi,  bir  qədər  də  dəqiq  desək  klassik  ədəbiyyata 
böhran yaşatdı və yeni bir intibahın, milli yaddaşın daha dərin 
qatlarında  olanların  intibahına  çevrildi.  Gəlinən  nəticə,  reallıq 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə