Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə62/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   58   59   60   61   62   63   64   65   ...   93

 
212 
bundan ibarətdir, bütün müşahidələr son olaraq bunu qərarlaş-
dırmağa əsas verir. 
Bütün  baş  verənlər,  ədəbi  axınların  gərginliyi,  ziddiyyət 
və  təlatümlər,  üslub  toqquşmaları  təfərrütı  ilə  Qarabağ 
xanlığından,  Qarabağ  ədəbi  mühitinin  çevrələdiyi  ərazilərdən 
boy göstərdi. Əlbəttə burada M.P.Vaqifin düşüncəsinin, zəngin 
poeziya  qaynağının  əsasında  duran,  onun  qan  daşıyan 
damarlarını təşkil edən  Qazax mühitinin və Vaqiflə bir yerdə 
Qazax mühitində çağlayan M.V.Vidadinin, Ağqız Oğlu Pirinin, 
Sarı  Çobanoğlunun  rolu  və  funksiyası  az  deyildir.    Bunun 
əsasında  isə  min  illər  boyu  ozanların,  aşıqların  yaradıb  sosial 
sferaya  təqdim  etdiyi  fundamental  mədəniyyət,  türk  bədii-
estetik  düşüncəsinin  mədəniyyət  sistemi  dururdu.    Əhməd 
Yasəvi  hecadan  bir  forma  olaraq  bəhrələnməklə  coşub 
çağlayan ilslam bədii-estetik təfəkküründə bu xəttə sahiblik və 
qoruyuculuq  missiyası  ilə  yanaşdı,  zamanında  bunun  gərək-
liyini  duyub  ona  nümunə  oldu,  “daha  əski  zaman  məhsul-
larındakı vəziyyətindən ayıran  mütəkamil bir  şəkil verməsə” 
əlahiddəliyini  göstərdi.  “Vəznin  təkyələrdə  tutulmasına 
yardımçı  oldu”  ki,  bu  da  sonrakı  orta  əsr  ritmik  mühitində 
xalqın  olanın  təkyə  tərəfdən  də  qorunuşuna  və  gələcəyə 
daşınışına  mümkün  olanı  etdi.  Ə.Abidin  “asil  bizdə  hecanın 
inkişafı  məşhur  xalq  şairi  Kərəmdən  sonradır”  qənaəti  bir 
mərhələ  kimi  məsələyə  yanaşmanı  zəruri  edir,  halbuki  burada 
bu  tezis  həm  də  Kərəmə  qədər  olan  hecanın  janr 
texnologiyasının  aydınlaşma  gərəkliyini  şərtləndirir.  Ən  güclü 
tərəf  kimi  qopuzdan  saza,  ozandan  aşığa  daşınanaların  (istər 
saz  havaları  olsun,  istərsə  də  şeir  formaları)  fonopoetok, 
morfopoetik, sintaktik mətn tiplərinin arxitektonikasını, ritmik 
məzmunu aydınlaşdırmağı gərəkli edir.  


 
213 
M.P.Vaqif  bütün  bu  çarpaz  xətlərdə  bir  intibah  hadisəsi 
kimi  daha  ucalıqda  görünür,  mühitdə  nələrlə,  hansı  keyfiyyət 
göstəriciləri  ilə  xarakterizə  olunması  müstəvisində  maraq 
doğurur. Ə.Abid böyük sufi şairi Y.Əmrə ilə bağlı bir məqama 
diqqət yetirir ki, “Yunis Əmrəyə qədər zəif və cılız bir şəkildə 
gələn heca, onda tamamilə yeni bir cöhrə ərz etdi. Əsərlərində 
qədim  hecanın  ibtidai  etradı    hiss  olunmaz.  Yunis  Əmrənin 
hecası  heca  ahəngi  deyil,  misrası  ahəngə  malikdir”  (1,  156). 
Onuda  əlavə  edək  ki,  bu  təkamül  bir  proses  olaraq  etnosun 
özünün ruhi ehtiyacının ödənilməsi kimi görünür. Məhz bunun 
nəticəsidir ki, “Qarabağ xanının sarayında oturan  Vaqif də ən 
lirik  parçalarını  heca  vəznilə  yazıyordu...  Vaqifin  qüvvətli 
şairliyi  nəticəsində  heca  vəzni,  müasirlərinin    haman  həpsi 
tərəfindən    kullanılıyordu.  Bizim  ədəbi  sahəmizdə    on  birli 
hecanın on yeddi və on səkkizinci əsrlərdə  çox məqbul olması  
Xətai  ilə  başlayan    və  Kərəmlə  qüvvət  və  şəxsiyyət  qazanan 
hərəkatın  nəticəsidir.  Vaqifin  hecası  –  aşina  olduğu  klassik 
ədəbiyyat tərbiyəsi dolayısilə - Xətai  və Kərəmdən çox  fərqli 
və bişkindir. (1, 165). Görkəmli ədəbiyyatşünas M.F.Axundov 
bu zənginlikdə Vaqif və Zakir müqayisəsinə də  diqqət  yetirir, 
dinamikanın,  bütünlükdə  bədii  məkanın  olanları  kontekstində 
qiymətləndirmə  aparır.  Ə.Abidin  Qarabağ  xanlığı  və  digər 
xanlıqlar  səviyyəsində  münasibəti,  məsələyə  konseptual 
yanaşması  daha  təfərrüatlı  sinxron  və  diaxron  münasibətlərin 
də ortaya qoyulmasını aktullaşdırır. 
 
 


 
214 
MOLLA VƏLİ VİDADİ VƏ  
MOLLA PƏNAH VAQİF 
 
Bütün təhlillər, şərhlər, aparılan elmi-nəzəri müşahidələr 
bir  faktı  zərurət  kimi  ortaya  qoyur,  bu  da  ondan  ibarətdir  ki, 
M.V.Vidadi  və  M.P.Vaqif  yaradıcılığı  XVIII  əsr  Azərbaycan 
şeirinin düşüncə və meyar faktorudur. Ümumiyyətlə, XVIII əsr 
Azərbaycan  ədəbiyyatı  tarixində  xüsusi  mərhələdir  və  bu 
mərhələni  şərtləndirən,  xüsusi  məna  və  özəllik  verən  bu  iki 
böyük  şəxsiyyətin  yaratdıqları  möhtəşəm  sənət  abidələridir. 
Bunların  bir-birindən  ayrılması  və  fərdi  şəkildə  təhlillərə  cəlb 
olunması  nə  qədər  nəzəri,  konseptual  mülahizələr  yürüdül-
məsindən asılı olmayaraq yenə də araşdırmalara ehtiyac doğu-
rur. Vaqif böyüklüyü bir müstəvidə Vidadi özünəməxsusluğu, 
bədii-estetik  düşüncəsinin  sxemləri  daxilində  açılır,  eləcə  də 
əksinə  Vidadinin    sənətkarlığı,  onun  həyat  fəlsəfəsi  Vaqiflə 
müqayisəsiz  birtərəflidir.  Bütün  deyilənlərə,  fərqli  baxışlara 
baxmayaraq, bu belədir və sırf reallıqdır.  
XVIII  əsr  Azərbaycan  şeirinin  uğurları,  yeni  sferaya 
daxil  olması,  dinamik  mənzərəsi  bu  iki  ustadın  yaradıcılıq 
ruhu,  yaratdığı  poetik  nümunələrlə  reallaşır.  Əlbəttə  buraya 
Vaqif  və  Vidadi  ilə  yaxınlıqda  olan  Ağqızoğlu  Piri,  sarı 
Çobanoğlunu  da  əlavə  etmək  gərəyi  yaranır.  Onların  şəxsi 
münasibətləri,  şeirlərində  olan  ruhi  bağlantılar,  bədii-estetik 
düşüncə  və  dünyagörüş  yaxınlıqları  bu  inkişafı  şərtləndirmiş, 
ədəbiyyatın Füzulidən sonrakı məcrasında yaranan və getdikcə 
dərinləşən boşluğu doldurmuşdur. Mövcud mənzərənin isə yeni 
məcraya  yönləndirilməsi  ilə  ədəbiyyat  Füzulidən  sonrakı 
təxminən  iki  yüzillik  zamanın  sıxıntılarının  sonuclanması  ilə 
baş verirdi. Onu da bir reallıq kimi əlavə edək ki, nə Vaqif,  nə 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə