328
Bir şeyi də xatırlatmaq yerinə düşər. əgər Molla Cümə
biz bilən kimi əhəmiyyətsiz olsaydı, Qars və Qahirə univer-
sitetlərində ona bu qədər həssas yanaşmazdılar. Qars universi-
tetində 40 saat Molla Cümə tədris olunur. Qahirədə isə ondan
mühazirələr oxunur.
Bir qədər də qayıdaq o məsələyə ki, Molla Cümə böyük-
dü, yoxsa Aşıq Ələsgər. Hər ikisi mənəvi sərvətimizdi. Və
müqayisə etmək fikrindən də uzağam. Qoy, hər iki ustadın
ruhu məni bağışlasın. Amma biz yatmışları oyatmağın ayrı
yolu yoxdu. Gərəkdi ki, zurna-balaban olsun.
Molla Cümənin bu vaxta kimi dərc olunmamış 5 şeirini
sizlərə təqdim edirik. Şeirləri bizə Molla Cümənin nəticəsi və
onun araşdırıcısı Elman Əzizov çatdırıb.
Vəli Əkbər
Sona
Nə yandırdın eşq əhlinin canını,
Sənsən bu dünyanın maralı, Sona.
Tökməginən sən aşığın qanını,
Soluban gül rəngin saralı, Sona.
Bağban olub bağlarına girmədim,
Qızıl gülü dəstə-dəstə dərmədim.
Dərib sevdiyimə verə bilmədim,
Alışan ocaqlar qaralı, Sona.
Gözəllər içində məşhurdur üzün,
Məxluqat içində şirindir sözün,
Xumarlanmış, canan, qaş ilə gözün,
Nə üçün gəzirsən aralı, Sona.
İndi düşdü ayrılığın zamanı,
329
Kim eylərdi böylə işə gümanı,
Xəzəl tək saraltdın Molla Cüməni,
Başım olub mənim bəlalı, Sona.
Əmanət
Qurban ollam ala gözlü yara mən,
Mən gedirəm, sən Allaha əmanət.
Həsrətliyəm bağça ilə bara mən,
Mən gedirəm, sən Allaha əmanət.
Mən ki, burda qərib-qərib qalmışam,
Ağ üzümə pərdələri salmışam.
Hər nə desən qulluğunda durmuşam,
Mən gedirəm, sən Allaha əmanət.
Mən Cüməyəm, qulluq etdim yara mən,
Həsrət qaldım bağça ilə bara mən,
Vermərəm gülümü hüç xara mən
Mən gedirəm, sən Allaha əmanət.
Gərək
Ey könül, sənə həmdəm, bir qaməti ərər gərək,
Qaş qara, kiprik qara, ruxsarı da əhmər gərək.
Göz siyah, dəndan bəyaz, ləbləri şux, qönçə dəhan,
Al yanaq, nəsri buxaq, ol qaşları qəmər gərək.
Əl şüşə, barmaq qələm, dırnaq sədəf başsan-başa,
İncə bel, əndamı şux, tər sinəsi mərmər gərək.
330
Xoşqılıq, xoş məcazlı, xoş ixtilat eylər ləziz,
Dindirsən, can söyləyən, hər kəlməsi şəkkər gərək.
Avazı bülbül kimi, danışanda dür tökülə,
Nəfəsindən gül qoxuyan, ətri müşk-ənbər gərək.
Hər səhər min naz ilə sığallanıb qarşı çıxa,
Yerişi kəklik kimi, həm libası məxmər gərək.
Ağıl ola başında cəm, həm gözləyə namus-arı,
Ədəbi-mərifəti, el dilində əzbər gərək.
Rəqib sözünə uymayan, əğyara məhəl qoymayan,
Fitnə-fəsadı qanmayan həyalı bir dilbər gərək.
Bu nişanda məhbubənin xidmətində qul olmağa,
Sənin kimi, Molla Cümə, bir ciyəri əxbər gərək.
Bəri bax
Başına döndüyüm alagöz ceyran,
Aç gözünü, amandır, bir bəri bax.
Yar olan yarına eylər bir çarə,
Halım olub yaman, bir bəri bax.
Giriftar eylədin dərdə məni də,
Gül durubdu, sevdiyim, sağ yanında,
Mən ovçuyam sən maralın dağında,
Sürüdən ayrılmış, ceyran, bəri bax.
Cüməni salmısan sən yanar oda,
Qoymadın, əzizim, yetəm murada,
Əslini bilmədim, ey mələkzada
Hurisən, Pərisən, qılman, bəri bax.
331
Gəldi
Ay ağalar, gözüm yaşı,
Çağlamağın çağı gəldi.
Eşqin odu ürəyimi,
Dağlamağın çağı gəldi.
Burda bir maralım itdi,
Fələk mənə zülm etdi.
İsmi Pünhan yarım getdi,
Ağlamağın çağı gəldi.
Molla Cümə qalır yasda,
Etibar yoxmuş heç dosta.
Tərlan könlüm tovuz üstə,
Ağlamağın (?) çağı gəldi.
“Rezonans” qəzeti 18.V.1999
Molla Cümə əlyazmalarının hərracına
son qoyulmalıdır
Türk dünyasının XIX yüzilliyin sonu və XX yüzilliyin
əvvəllərində dünya mədəniyyətinə bəxş etdiyi nadir simalardan
biri də Molla Cümədir. O, Azərbaycan aşıq sənətinin elə parlaq
ulduzudur ki, parıltısı bütün zamanlarda görünəcəkdir. Həyatını
xalqının adət-ənənələrinə, toy və mağarların şuxluğuna həsr
edən sənətkar özündən sonra rəngarəng və məzmunlu irs qoyub
getmişdir ki, toplanıb nəşr olunması günümüzün aktual
məsələlərindən biridir. Lakin aşığın öz taleyi kimi, əl
yazmalarının da taleyi “qəribə”liklərlə doludur.
332
“Ərən” qəzetinin baş redaktoruna
Cənab baş redaktor! Aşıq Soltanın 1996-cı ildə
Dərbənddə naməlum nəşriyyatda “Telli sazım” şeirlər toplusu
nəşr edilmişdir. Nəşrin redaktorları Mustafa İsgəndərzadə,
Zirəddin Qafarlı və Hüseyn Arif, rəyçisi professor Qara
Namazovdur.
Həmin nəşrin toplayıcısı və tərtibçilərindən biri isə
guya mənəm. Əvvəla onu demək istəyirəm ki, Dağıstanın
əməkdar mədəniyyət işçisi Aşıq Soltanın sənətinə dərin ehtira-
mım var. Hələ orta məktəb illərində onu heyranlıqla dinləmiş,
Aşıq Soltanın şəxsində aşıq sənətinə mehrim artmış və mən bu
sənətin tədqiqatçılarından biri kimi çox uzun bir yol keçmişəm.
uşaqlıq təəssüratımı, Aşıq Soltan sənətinə münasibətimi “Elin
ustad sənətkarı” adlı məqaləmdə (“Azərbaycan müəllimi”
qəzeti, 1993) bildirmişəm. Lakin Aşıq Soltanın heç bir şeirini
nə toplamışam, nə də tərtib etmişəm. “Telli sazım” kitabını
nəşrə hazırlayanlar Aşığın 1993-cü ildə tamam olmuş 70 illik
yubileyi münasibətilə yazdığım məqaləni kitabın əvvəl səhifə-
lərinə qoyublar, guya kitabı “Nüfuza” gətirmək istəmişlər. Bir
daha təkrar edirəm ki, belə bir kitabın tərtibi və nəşrindən əsla
xəbərim yoxdur. Çap edilmiş kitabın bir nüsxəsini isə mənə
yalnız həmkarım professor M.Qasımlı 1998-ci ilin sonlarında
göndərmişdir.
Son vaxtlar bu topluyla bağlı müxtəlif qəzetlərdəki
yazılarda və ANS televiziya şirkətinin verilişlərində mənim də
adımı hallandırırlar. Kitabın nəşrində iştirak etməsəm də,
Molla Cümə – Aşıq Soltan “qarşıdurmasına” əslində biganə
qala bilmərəm. məlumdur ki, hələ əvvəlki illərdə Molla Cümə
əlyazmaları ətrafındakı söz-söhbətlər, hətta “Soltan və Qəndab”
dastanının da ona məxsus olması barədə şayiələr dolaşmaqda
idi. Bütün bunlara son qoymaq üçün ustad sənətkarın qarşıdan
gələn 145 illiyi münasibətilə əlyazmalarını Əlyazmalar institu-
tunda cəmləşdirmək gərəkdir.
Dostları ilə paylaş: |