333
Məndə olan dürüstləşdirilməmiş bir məlumata görə,
Molla Cümənin əlyazmalarının böyük bir qismi onun yaxınları
tərəfindən Aşıq Soltana, yaxud onun nəslindən olan kiməsə
satılmışdır. Bu düyün açılmamış başqa düyünlərə ilgək salmaq
olmaz. Bir də “Soltan və Qəndab” Azərbaycan dastanlarının ilk
akademik nəşrinə daxil edilib. Həmin nəşr M.H.Təhmasibin
rəhbərliyi ilə kollektiv tərəfindən çapa hazırlnmışdır.
Göründüyü kimi, ANS televiziyası faktı dürüstləş-
dirmədən efirə çıxartmamalıydı, əvvəl ittihamçı Elman Əzizo-
vun öz ulu babası Molla Cümənin irsinə hansı mövqedən ya-
naşdığını müəyyənləşdirməliydi.
Son sözüm budur ki, Molla Cümə əlyazmalarının
hərracına son qoyulmalı, sonra isə bu əlyazmaların kimə
məxsusluğu mütəxəssislər, ekspertlər və eləcə də hüquq-
mühafizə orqanları tərəfindən müəyyənləşdirilməlidir.
Hörmətlə: Azad Nəbiyev
Professor
Yeməyənin malını yeyərlər, yaxud Molla
Cüməni kimlər oğurlamaq istəyir?!
Azərbaycan xalqının çox böyük mənəvi sərvətləri
olub. Amma nə fayda ki, onun malını həmişə özgələr yeyib,
dağıdıb. Başımıza gələnlərin çoxu sadəlövhlüyümüzdən, ürəyi-
açıqlığımızdan gəlib. Yəqin Mirzə Şəfi Vazeh yadınızdadır. O
da yadınızda olar ki, alman Bodenşdet Vazehi necə aldadıb tora
saldı, əsərlərini necə öz adına çıxdı. Bu azmış kimi Nizami-
mizi, Füzulimizi, daha hansı duhalarımızı da “özəlləşdirmək”
istəyənlər çoxdur və buna onların nə dərəcədə nail olacaqları
asılıdır bizim fərasətimizdən...
Nə isə, mətləbi çox uzatmayaq. Bu gün bizim
yaramızın qaysağını qoparan məsələ XIX-XX əsrin görkəmli
334
Azərbaycan aşığı Molla Cümənin yaradıcılıq irsinə olan
təcavüzdür. Deyəsən bu ürəyəyatımlı, xalqın arzu və istəklə-
rindən mayalanmış poeziya incilərinə yiyə çıxmaq istəyənlər
yaman bic tərpəniblər. (Niyə də tərpənməsinlər, əgər biz öz
malımızın qədrini bilmiriksə. Belə yerdə deyiblər: bacarana can
qurban!) Dağıstanlı Aşıq Soltan Molla Cümənin yaxınlarından
şairin min səhifəlik şeirlərini alıb aparmış, öz imzası ilə çap
etdirmişdir. Əhsən! “Günün günorta çağı oğurluq” buna deyər-
lər. Bizim məşhur “Rezonans” qəzeti bu faktla əlaqədar öz
etiraz səsini qaldırsa da, nədənsə, digər “mətbu qardaşlar”, o
cümlədən, əlaqədar təşkilatlar belə vacib məsələyə barmaqarası
baxır, necə deyərlər, xalqımızın mnəviyyatına qarşı edilən
təcavüzə göz görəsi rəvac verirlər. Unudurlar ki, laqeyidlik
xalqı məhvə aparır, unutqanlıq uçuruma...
Biz çox mehriban, qonaqpərvər, sülhsevər xalqıq. Bu
haqda çox deyilib, çox yazılıb. Həqiqətən də belədir. Axı biz
hamını çox istəyirik – özümüzünkülərdən savay! Yadlara pəh-
pəhlə çəpik çalmaq, başa keçirmək adətimizdir. Onlar da başa
keçən kimi başlayırlar başımızı kəsməyə. Özü də pambıqla
yox, açıq-aşkar xəncərlə, qılıncla...
Repressiya qurbanlarını yadınıza salın! Müşfiqlər,
Cavidlər, Hadilər... kimlər, kimlər... poeziyamızın, mənəviy-
yatımızın qaymaqları! Lakin gəlin unutmayaq ki, Azərbaycan
xalqı bütün tarixi boyu mənəvi sərvətlərini itirə-itirə gedib,
Babəkdən, Nəsimidən üzü bu yana. Çox da uzağa getməyək:
bu gün haqqında bir az ürək yanğısı ilə, bir az məhəbbətlə,
neçə il öncə isə az qala qorxa-qorxa xatırladığımız şair Molla
Cümə də 1920-ci ildə “şanlı XI Qızıl Ordu” tərəfindən qətlə
yetirilib, həyat yoldaşı Zöhrə xanımla birgə. Lakin “böyük
qardaşımızın” xofu o qədər güclü idi ki, neçə-neçə igid, cəsur
oğullarımızı qətlə yetirmiş bu mənfur düşmənin cinayətləri
zaman-zaman öz eloğullarımızın üstünə yıxılmış, xalq öz dostu
ilə düşmənini tanımamışdır.
335
Yaxşı ki, tarix yaşayır, nəsil və şəcərələr qol-budaqlı
ağac kimi şaxələnir, köklər torpağın daha dərin qatlarına
işləyir. Bu gün Molla Cümə nəslinin nümayəndələri Şəkinin
Layısçı kəndindən pərvazlanaraq, ölkəmizin bütün bölgələrinə
yayılmışlar. Onların hər biri öz genlərində ustad şairin poeziya
ilə yoğrulmuş ürəyinin zərrələrini daşıyır.
Bu günlərdə “Vahid” poeziya məbədində Molla Cü-
mənin 145–ci, qətlə yetirilməsinin 79-cu ildönümü münasibə-
tilə musiqili, ədəbi-bədii gecə keçirilmişdir. Xatirə gecəsini
şairin nəvə və nəticələri təşkil etmişdilər.
Filologiya elmləri doktoru, professor, Molla Cümə
yaradıcılığının tədqiqatçısı Paşa Əfəndiyev şairin həyat və
yaradıcılıq yolundan danışmış, 1966, 1983 və 1995-ci illərdə
toplayıb çap etdirdiyi Molla Cümə əsərlərindən ibarət kitab-
larla gecənin iştirakçılarını tanış etmişdir. Bildirmişdir ki, hələ
şairin çap olunmamış çoxlu şeirləri vardır ki, bunların da hər
biri əsil sənət nümunəsidir.
Gecənin aparıcısıs, şair-qəzəlxan Həkim Qəni sözü
tarix elmləri doktoru, şair-qəzəlxan Şahin Fazilə verdi. Ş.Fazil
Azərbaycan Ensiklopediyasında görkəmli şair Molla Cümənin
əsil adının səhvən böyük qardaşının adı ilə “Süleyman Saleh
oğlu” kimi getdiyini bildirdi. Respublikanın xalq artisti, bəstə-
kar Şəfiqə Axundovanın, bəstəkar-pianoçu Taleh Hacıyevin
Molla Cümənin sözlərinə bəstələdikləri mahnılar səsləndi.
Müğənnilərdən Gülyaz Məmmədova, Fəridə Elsoy, Təranə
Vəlizadə, Aşıq Oqtay Əsədoğlu, Aşıq Əjdər şairin sözlərinə
yazılmış musiqi nömrələri ifa etdilər. Tədqiqatçı alim Əbdül-
əlimov, tele-jurnalist Xətayə Səhabət, şairə Qiymət Məhərrəmli
və başqaları çıxış edərək, Molla Cümə yaradıcılığına göstər-
dikləri ehtiram və qayğı üçün tədbirin təşkilatçılarına xoş
duyğularını çatdırdılar.
Tədbirin sonunda ustad sənətkarın nəvəsi Mövlud
Əzizov şairin ev muzeyinin yaradılması ilə bağlı həmyer-
lilərinin arzu və təkliflərini yetirdi, Qars və Qahirə univer-
Dostları ilə paylaş: |