341
ağ birçəyim!” – deyən ana oğluna torpağımızı düşmənlərdən
azad etməyi tapşırır. Xalqımızın qəhrəmanlıq ənənələrinə sadiq
qalmağı tövsiyə edir.
Ana cəbhəyə yola saldığı oğlunun dalınca su atır. Aydın-
lıq rəmzi kimi şifahi xalq ədəbiyyatından gələn bu ənənədən
şair bacarıqla faydalanmış, şeirin ümumi məzmununa bir təra-
vət gətirmişdir:
Günəş yaydı şöləsini Vətənin göylərindən,
Ana baxdı öz oğluna, su da səpdi dalınca.
“Partizan Babaş” şeiriyyəti, xəlqiliyi və ifadə etdiyi ide-
yanın orijinal xüsusiyyətlərinə görə seçilir. Əsərdə Koroğlu ilə
bağlılıq çox təbii və təsirlidir:
Sən deyirsən: “Qəlbimizdə Koroğlunun qanı vardır”.
Mən deyirəm: “Bu namusla yaşayanlar bəxtiyardır”.
Sən deyirsən: “Misri qılınc! Baş bir yana, leş bir yana”.
...Mən deyirəm: “Qoy var olsun sinəndəki el ürəyi,
Mərd oğullar ayaqlamaz and içdiyi duz-çörəyi”.
Qonağı duz-çörəklə qarşılamaq, duz-çörəyə and içmək
xalqımızın ən gözəl adər-ənənələrindəndir. Bu adət-ənənəni bir
daha şeirə gətirən, poetikləşdirən S.Vurğun onu qoruyub sax-
lamağı hamının borcu hesab edirdi. Vətəndaşlıq pafosunu,
onun insanlara aşıladığı mərdlik xüsusiyyətlərini şair Azərbay-
can şifahi xalq yaradıcılığından əxz edib öyrənmişdir:
Yaxın gəlmə qarı düşmən!
Döyüşlərdə boy atdım mən,
Ayaq basma torpağıma
Od parıldar nəfəsimdən.
Belə odlu, cəsarətli misralar adamlarda qələbəyə inam
hissini gücləndirir, vətəndaşlıq qeyrətini alovlandırırdı. Poezi-
yanın əsgərlərin həyatında mühüm rol oynadığını dərk edən
S.Vurğun müharibə dövrü məqalələrinin birində yazırdı: “Qəh-
rəmanlıq və poeziya əkizdirlər. Həqiqi qəhrəmanlıq, eyni za-
manda həqiqi poeziyadır... Bədii söz həmişə xalq bahadır-
342
larının, qəhrəmanların, sərkərdələrin və bütün əsgərlərin əlində
qüdrətli silah olmuşdur. Yaşasın qəhrəmanlıq və poeziya!”.
S.Vurğun yaxşı bilirdi ki, əsgərlər şeirə, sənətə məhəb-
bətlə yanaşır, onu özlərinin ikinci silahı kimi qəbul edir, sevə-
sevə oxuyurlar. Təsadüfi deyil ki, akademik M.Arif o zaman
məqalələrinin birində yazırdı: “Müharibə oxucuların ürəyini
kövrəltmişdir. Onlar daha həssas olub, lirik şeirdən ehtirasla
yapışırdılar”.
S.Vurğunun müharibə dövrü poeziyasında diqqəti cəlb
edən cəhətlərdən biri də xalqlar dostluğu, beynəlmiləlçilikdir.
Şairin bu mövzuda yazılmış əsərləri sırasında “Ukrayna parti-
zanları” öz xəlqiliyi və yüksək şeiriyyəti ilə diqqəti cəlb edir.
Şeir S.Vurğun yaradıcılığında qələbəyə inam hissi aşılayan,
qüvvətli vətəndaşlıq duyğuları ilə səciyyələnən ən yaxşı əsər
kimi bu gün də öz aktuallığını saxlayır. Heç təsadüfi deyil ki,
1979-cu ildə Azərbaycanda Ukrayna ədəbiyyatı ongünlüyündə
H.Ə.Əliyev yoldaş S.Vurğunun “Ukrayna partizanları” şeirinin
bu gün də müasir səsləndiyini, əhəmiyyətinin azalmadığını
qeyd etmişdir: “S.Vurğun öz şeirində Ukrayna xalqının əzəmə-
tini, cəsurluq və mətinliyini, azadlıqsevərliyini obrazlı şəkildə
vəsf etmiş, faşizmlə ölüm-dirim mübarizəsində Sovet İttifaqı
xalqlarının, o cümlədən Ukrayna xalqının davam gətirib qələbə
çalacağına öz inamını bildirmişdir”.
Müharibə illərində S.Vurğun dəfələrlə müxtəlif cəbhə-
lərdə olmuş, əsərləri ilə döyüşçüləri qələbəyə ruhlandırmışdır.
Döyüşçülər S.Vurğunun hər bir əsərini maraqla qarşılamış, ən
çətin anlarda belə onun şeiri ilə qəlblərini isindirmişlər. Şairin
“Azərbaycan” şeirini döyüşçülər əzbərdən bilir, onu nəğmə
kimi oxuyurdular. Bu, S.Vurğuna elə təsir etmişdi ki, o bu
mövzuda bir şeir yazmışdı. 1944-cü ildə yazılmış “Mənə belə
söylədilər” şeirini şair hərbi xəstəxanada ölüm zamanı “Azər-
baycan” şeirindən bir bəndi əzbər deməklə ömrünü başa vuran
Vətən övladlarından birinin xatirəsinə həsr etmişdir. Vətənin
azadlığı uğrunda canlarını qurban verən igid döyüşçülərin
343
qəlblərdə daim yaşayacağını şairin son misraları bir daha sübut
edir:
Sən öldün ömrünün gənclik yaşında,
Adın səadətlə yazıldı, sirdaş.
İndi heykəlinin mərmər daşında
Sənin son sözlərin yazılmış, qardaş:
“El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam doğma vətənimsən,
Ayrılarmı, könül candan?
Azərbaycan! Azərbaycan!”
S.Vurğunun müharibə dövrü poeziyası qəhrəmanlıq
ənənələri ilə zəngindir. Həm də bu ənənələr xalq ədəbiy-
yatından gəldiyi üçün daha qiymətlidir. Folklordan təsirlənmə
S.Vurğunun müharibə dövrü poeziyasında təbii kimi özünü
göstərir, xalq ruhu bu şeirlərin mayasını təşkil edir. S.Vurğun
istər kiçik, istərsə də iri həcmli əsərlərində xalqın bədii
təfəkkürünü, düşüncə tərzini, döyüşkənliyini, vətənpərvərliyini
saxlamağa müvəffəq olan qüdrətli sənətkarlardandır.
Paşa Əfəndiyev
filologiya elmləri doktoru, professor
Lətif Süleymanov
V.İ.Lenin adına APİ-nin Azərbaycan
ədəbiyyatı tarixi kafedrasının dissertantı
“Azərbaycan müəllimi” qəzeti,
17.VI.1986
Dostları ilə paylaş: |