Orta əsrlərdə Avropada texnikanın inkişafı
138
katapultlarınkı ilə eyni idi. Bizim eranın əvvəlində bu silahdan çevik ox
atan kamanların inkişafı nəticəsində az istifadə olunmuşdur. Arbalet
Cində, Bizansda və Ərəblərin hökmranlığı dövründə də döyüş silahı
kimi geniş tətbiq olunmuşdur. Müxtəlif dövrlərdə düzəldilən arbaletlər
öz konstruksiyaları ilə bir-birindən fərqlənsə də, onlar oxşar işləmə
prinsipinə malik olmuşlar.
Arbalet əsasən uzunsov gövdədən ibarətdir. Bu gövdənin üzərindəki
yuvaya atılacaq ox qoyulur. Gövdənin sonunda silahı sinəyə sıxmaq
üçün qol bərkidilir. Bu qol dəmirdən, ağacdan, ya da buynuzdan
düzəldilirdi. Atıcı mexanizm dəstəkdən, gərilən ipi tutmaq üçün
şaybadan ( o əslində “qoz” adlanır) ibarətdir. Arbaletin uc hissəsində
bərkidilimiş yaylar ox atmaq üçün lazım olan qüvvəni yaratmağa xidmət
edir. Bu yaylar iplər vasitəsilə gərildikdən sonra silah hazır vəziyyətə
gətirilir. Yayların gərilməsi silahın tipindən asılı olaraq ya əllə, ya da
mexaniki olaraq aparılırdı. Əl ilə silahı yükləmək üçün onun bir ucu
ayaqla tutularaq, iplər çəngəlin köməyi ilə əl ilə dartılırdı. Gövdənin uc
hissəsində yerləşmiş çarx qolu isə ipləri mexaniki olaraq gərməyə imkan
verirdi (şəkil 1.89). Döyüşçü atıcı dəstəyə basdıqda gərilmiş ip azad olur
və ox böyük sürətlə qabağa atılır.
X əsrdə Arbaletlər Avropada yenidən maraqla istifadə olunmağa
başlanır. X
ΙΙ
əsrdə Arbalet İngiltərə və Fransada döyüş silahı kimi,
orduda tətbiq olunurdu. Arbaletin ox atan kamanlardan fərqi ondan
ibarət idi ki, bu silahla dəqiq nişan almaq mümkün idi. Bundan əlavə bu
Şəkil 1.88. Orta əsrdə istiafdə olunan arbaletlər.
Orta əsrlərdə Avropada texnikanın inkişafı
139
silahın istifadə olunması çox asan və sadə idi. Arbaletin atdığı oxun
dəymə zərbəsi adi kamana nisbətən çox yüksək idi.
Tarixi qaynaqlara görə, bu silahla 150 m-dən dəbliqəni deşmək, 200
m məsafədən isə atlını vurub salmaq olurdu. Oxun uçma məsfəsi isə 300
m-ə çatırtdı [1.72].
Antik dövrdən məlum olan böyük
ölçülü katapultlar (Trebuşetlər) da orta
əsrlərdə döyüş texnikasının əsasını təşkil
edirdi (şəkil 1.90). Trebuşet atıcı maşın
olub daş, mərmi, alovlanan hissə və bəzi
hallarda heyvan leşini düşmən tərəfə
atmaq üçün istifadə olunurdu. Tarixi
mənbələrə görə, trebuşet odlu mərmiləri
400-m məsafəyə qədər atmaq gücünə
malik olmuşdur. Trebuşet, deyilənlərə görə
Çində
ixtira
olunub.
Avropaya
isə
ərəblərin
tikinti
işləri
üçün
təkmilləşdirdikləri
formada
gəlib
çatmişdır.
Barıtın
kəşfindən
sonra
trebuşetlər getdikcə istifadədən çıxmağa
başlamışdır [1.71, 1.74].
Trebuşet tam ağacdan hazırlanaraq nəql
ediləbilmə
qabiliyyətinə
malik
idi.
Trebuşetin iş prinsipi qravitasiyaya əsaslanırdı. İki böyük dayaq
arasında yerləşdirilmiş, ox ətrafında dönə bilən tirin bir ucuna ağır yük
asılır. Digər ucu isə iplə aşağıya dartılaraq bərkidilirdi. Beləliklə, tir
gərilmiş şəkilə gətirilirdi. Trebuşetin sərbəst ucuna torba bağlanır və
onun içərisinə atılacaq mərmi yerləşdirilirdi. Tir xüsusi dəstəyin köməyi
ilə sərbəst buraxıldıqda o, yuxarıya doğru hərəkət edərək sürətlənir və
torbada olan mərmi atılırdı. Tirin uzun və qısa qolunun arasındakı nisbət
1/4-ə kimi olurdu. Ağır daşları 200-250 m məsafəyə atmaq o dövr üçün
döyüş texnikasında böyük irəliləyiş idi. Bəzi hallarda trebuşetlər çarxlar
Şəkil 1.89. Arbaletin
yüklənməsi.
Orta əsrlərdə Avropada texnikanın inkişafı
140
Şəkil 1.90. Trebuşetin ümumi görünüşü.
üzərində qurulurdu. Bu, maşını nəql etməklə bərabər, həm də atma
zamanı ona təkan verirdi və beləliklə atma məsafəsini artırırdı. Bununla
bərabər çarxlı maşınlar yumşaq torpaqlarda bataraq qalırdılar ki, bu da
onların manevretmə qabiliyyətini aşağı salırdı.
Avropaya
odlu
silahların
ərəblərdən
İtaliya
ərazisi
uzərindən gəlməsi ilə bağlı
olaraq, topların ilk dəfə tətbiq
olunması da Florensiyada baş
verir. Ona gorə də, bu sahədə
tətbiq olunan anlayışlar (kanon,
bombardman) Italiyan mənşə-
lidirlər. İlk olaraq toplar Çində
düzəldilsə də, onların texniki
cəhətdən
təkmilləşdirilməsi
avropalılara aiddir. İlk toplar
ölçüsünə görə çox kiçik olub, əl
silahı kimi istifadə olunmuşdur.
Onların kalibrləri 30-40 mm
arasında yerləşirdi (şəkil 1.91).
Bu toplar ilk vaxtlarda adi
sağanaq şəklində hazırlanmış və
oxların
atılmasında
istifadə
olunmuşlar.
1360-cı
ildə
qurğuşun
mərmilərin
düzəldilməsi
ilə
əlaqədar
topların
konstruksiyalarında köklü dəyişikliklər baş verir. Barıtın yanması
zamanı əmələ gələn qazın enerjisini kinetik enerjiyə çevirmək üçün yeni
topların kipliyi artırılmışdır. Bundan əlavə kürəni atmaq üçün uzadılmış
borulardan istifadə edilmişdir. O dövrdə məlum olan başqa silahlara
(trebuşet, oxatan sağanaq) nisbətən toplar daha dəqiq idilər və uzaq
məsafəyə mərmilərin atılmasını təmin edirdilər.
Dostları ilə paylaş: |