Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə41/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   37   38   39   40   41   42   43   44   ...   159

Müsəlman  elmi 

122 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1.76. Dənizin dibindən əşya çıxaran qurğunun  



cizgisi və modeli.  

 

larından  asılmışdır.  Qurğu  suya  salındıqdan  sonra  onun  ortasındakı  ipi 



dartmaqla  silindrlər  suyun  dibində  qapanır  və  orada  olan  əşya 

götürülərək suyun üzərinə çıxarılır. 

Banu Musa qardaşlarının “Kitab Əl-Hiyal” kitabında xüsusi lampalar 

haqqında  da  məlumat  verilir.  Bundan  ən  maraqlısı  küləkli  havada  belə 

sönməyən  dönən  lampadır  (şəkil  1.77).    Buradan  göründüyü  kimi  şam 

yarımsilindrin içərisində oturdulmuş lövhənin üzərində yerləşdirilir.  

Metaldan  hazırlanmış  bayraq  silindrə  bərkidilir.  Onun  məqsədi  küləkli 

havada  şamın  arxa  tərəfini  külək  əsən  tərəfə  döndərməkdir.  Beləliklə, 

şam həmişə yarımsilindr tərəfindən küləkdən qorunur [1.58]. Bu kitabda 

təsvir olunmuş başqa bir lampanın Heronun işində verilmiş, özü tənzim 

olunan  lampa  ilə  oxşarlığı  vardır.  Burada  da  neftin  qabdakı 

səviyyəsindən  asılı  olaraq  fitilin  xaricə  verilməsi  dişli  çarxların  köməyi 

ilə tənzimlənir. Banu Musanın  kitabındakı su  avtomatı  da maraqlı  tex- 



Müsəlman  elmi 

123 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1.77. Lampanın cizgisi və modeli.  

 

 

niki  quruluşa  malik  olub,  o  dövrün  inkişaf  etmiş  texniki  incilərindən 



sayılır.  Bu  avtomatın  işləmə  prinsipi  suyun  tənzimlənməsinə  əsaslanır. 

Burada iki borudan verilən su elə tənzim olunur ki, bir tərəfdə soyuq su 

axanda  digər  tərəfdə  isti  su  axır  (şəkil  1.78).  Bundan  əlavə  suyun  bir 

borudan verilməsi aramla baş verir, yəni gah isti, gah da soyug gəlir. Bu 

zaman  digər  tərəfdəki  borudan  axan  suyun  hərarəti  həmişə  birincinin 

əksinə olur. Qurğunun işləmə prinsipi belədir. Sağ tərəfdəki qabdan isti 

su,  sol  tərəfdəki  qabdan  isə  soyuq  su  aşağıdakı  su  çarxının  üzərinə 

tökülür və onu fırladır. Çarxın altında fırlana bilən çən yerləşdirilir. Çən 

iki  kameradan  ibarətdir.  Əvvəlcə  isti  su  sağ  tərəfdəki  kameraya  axır. 

Çarx yarım  dövr etdikdən sonra soyuq su sol tərəfdəki kameraya dolur. 

Çarx  bərkidilmiş  çəndəki  kameralardan  su,  iki  deşik  vasitəsilə  onun 

altında  yerləşdirilmiş  başqa  bir  çənə  boşalır.  Bu  çən  də  iki  kameradan 

ibarətdir.  Yuxarıdakı  çənin  cəmi  ¼  dövr  etməsi  nəticəsində  artıq  suyun 

altdakı çənə verilməsi dəyişir. Su avtomatın altındakı qaba yığılır.  




Müsəlman  elmi 

124 

 

Buraya  çatan  suyun  axması  yuxarıdakı  su  çarxının  bir  dəfə  dönməsi 



nəticəsində dörd dəfə dəyişərək gah soyuq, gah da isti gəlir. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1.78. Su avtomatı. 



 

 

 

 

 

 

 

 

 


Müsəlman  elmi 

125 

 

 

Əl-Cəzari 

 

Ə

l-Cəzari  X

ΙΙ

-X

ΙΙΙ



  əsrlərdə  Diyarbəkirdə  (Türkiyə)  yaşamışdır.  

Texnika  sahəsindəki    yaradıcılığı  ilə  öz  dövrünün  tanınmış  mühəndisi 

sayılan Əl-Cəzari İraqda anadan olmuşdur. Sonralar Türkiyəyə köçən Əl 

Cəzari  su  nəql  edən  maşınların  layihələndirilməsi,  mürəkkəb 

konstruksiyalı saatların və bir çox başqa mexanizmlərin düzəldilməsi ilə 

məşğul  olmuş  və  bu  işlərin  nəticələrini  1206-cı  ildə  yazmış  “Mexaniki 

sənətin  nəzəri  və  praktiki  əsasları”  (ərəb.  Əl  Cəmi  Bein  Əl-Elm  Val-

Amal  Əl-nafi  Fİ  Sinat)  kitabında  təsvir  etmişdir.  Bu  kitab  X

ΙΙ

I  əsrdə 



Avropada  bərabəri  olmayan,  nəzəri  və  praktiki  mexanika  haqqında 

vacib  bir  texniki  əsər  sayılırdı.  Əl  Cəzari  yaxşı    mühəndis  və  təcrübəli 

sənətçi  olduğundan  onun  kitabında  praktiki  aspekt  çox  sahəli  idi. 

Kitabda  müxtəlif  qurğuları  şəkillərlə  izah  edərək  o,  maşınqayırmanın 

tarixi üçün dəyərli bir əsər qoymuşdur.   

Kitabda  50-yə  yaxın  maşının  layihələndirilməsi,  hazırlanması  və 

yığılmasını  təsvir  edən  texnologiya  6  fəsildə  təsvir  edilmişdir  [1.56, 

1.59,  1.66,  1.67].  Buraya  su  saatları,  əlüzyuyan  qurğu  və  su  qaldıran 

maşınlar (nasoslar) və b. daxildirlər.  1976-cı ildə Əl Cəzarinin layihəsi 

əsasında düzəldilmiş saatın İngiltərədə “Elmi  muzeydə” təşkil  olunmuş 

“İslam  festivalı  dünyası”  adlı    sərgidə  göstərildikdən  sonra,  orada 

müsəlman texnikasına yaranan maraq  məhz onun adı ilə bağlıdır.  

Əl  Cəzarinin  kitabı  1974-cü  ildə  amerika  alimi  Donald  Hill 

tərəfindən  ingilis  dilinə  tərcümə  olunur  [1.59].  Kitabda  əsasən  iki 

silindrik  nasosun  işləmə  prinsipi,  su  saatları  və  dişli  valların 

maşınqayırmada tətbiqi, deşiklərin dəqiq kalibrlənməsi, tikinti ağacların 

laminasiyası,  valların  statik  tarazlanması,  kağız  modellərin  maşınların 

layihələndirilməsində  tətbiqi,  bağlı  qum  qəliblərdə  tökmə  kimi 

texnologiyalar  tarixdə  ilk  dəfə  olaraq  onun  tərəfindən  izah  edilmişdir. 

Əl-Cəzarinin layihəsi və rəhbərliyi altında  hazırlanan bir çox qurğuların  

tətbiqi  ona  böyük  şöhrət  gətirmişdir.  Onun  kitabı  müsəlman 

maşınqayırması üçün əvəzolunmaz bir xəzinə idi. Aşağıda Əl Cəzarinin 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə