Müsəlman elmi
113
tulmuşdur. O, cihazın dəqiq hazırlanmasına səy göstərmişdir [1.57].
Biruni mayelərdə xüsusi çəkini ölçmək üçün düzəltdiyi başqa bir
cihazın köməyi ilə şirin və duzlu suların xüsusi cəkilərini soyuq və isti
hallarda təyin edərək göstərmişdir ki, suyun sıxlığı ilə onun xüsusi
çəkisi arasında bir asılılıq mövcuddur.
Biruninin yaşadığı dövrdə astronomiya elmi güclü inkişaf etməkdə
idi. Şərq alimləri əsasən astronomik müşahidələr aparmaq üçün tətbiq
olunan cihazlar ixtira edərək, onları təkmilləşdirirdilər. Burada
riyaziyyatın tətbiqi, onun yeni-yeni sahələrinin yaranmasına gətirib
çıxarmışdır.
Astronomiyaya olan maraq həm də dini təqvimlərin düzəldilməsinə
olan tələbat ilə əlaqədar idi. Dini bayram günləri, orucluq, gündəlik dini
ritualların dəqiq vaxtını bilmək və həmçinin məscidlərin tikilməsində
Məkkənin istiqamətinin təyini, səmanı seyr etmək üçün dəqiq cihazların
və alətlərin düzəldilməsini tələb edirdi. Biruni ilə bərabər xarici
ədəbiyyatlarda fars kimi qələmə verilən, əslən azərbaycanlı olan
Nəsrəddin Tusinin də astronomiyada tətbiq olunan riyaziyyat elminin
inkişafında əməyi az olmamışdır [1.16].
Astronomiyada tətbiq olunan cihazların düzəldilməsi və tətbiqi
haqqında yalnız Biruninin işlərində rast gəlinir. Onun fikrincə
astronomik müşahidələri yalnız o şəxs dəqiq yerinə yetirirə bilər ki,
onun, cihazların işləmə prinsipindən xəbəri olsun. Bu baxımdan o,
astronomiyada geniş istifadə olunan “Astrolab”ın (şəkil 1.73)
konstruksiyası
və
işləmə
prinsipini
özünün
“Astrolabiumsun
hazırlanmasında bütün mümkün imkanlardan istifadə etmək” kitabında
(təxm. 995-ci il) təsvir edir. O, bu kitabda coxlu sayda Astrolabların
konstruksiyalarını izah etməklə bərabər, onların tətbiqi və həmçinin fəza
cisimlərinin koordinatlarının təyin olunmasında yaranan xətaların
qiymətləndirilməsi haqqında da tövsiyələr verir. Astrolab əsasən
boşqaba oxşayan metallik lövhədən ibarət olub, onun daxilində bütün
mexanizm yerləşdirilir. Bu lövhənin üzərində üç yastı dairəvi lövhə
−
timpanlar oturdulur. Bu timpanların üzərinə səma koordinat torunun xət-
Müsəlman elmi
114
tləri (stereoqrafik proyeksiya), səma meridianları, dünya qütbünü və
horizontunu göstərən xətt qeyd olunur. Verilən coğrafi endən asılı
olaraq dünya qütbünün vəziyyəti və səma koordinat torunun
proyeksiyası müxtəlif olur. Ona görə də, timpanların üzərində müxtəlif
cografi enlər üçün səma koordinatları qeyd olunur. Cihazın mərkəz
oxuna bərkidilmiş nişanlama xətkeşini ölçülən əşyaya tuşlamaqla onun
uzərində qeyd olunmuş tarixi və ya vaxtı təyin etmək olur. Bu cihazın
köməyi ilə həm də günəşin və ayın vəziyyəti, həmçinin ayın üzünün
tutulması
fazalarını
tapmaq
olur.
Astrolabın
triqonometrik
hesablamalara əsaslanan işləmə prinsipinin dəqiqliyi, onun hissələrinin
hazırlanma dəqiqliyindən asılı idi. Ədəbiyyatlarda bu hissələrin hazır-
Şəkil 1.73. Astrolab.
Müsəlman elmi
115
lanma texnologiyasına aid heç bir məlumata rast gəlinmir.
Fizikanın inkişafında İbn əl Hətəmin işləri vacib rol oynamışdır
[1.64]. O Ptomoleyin səma hadisələrinin riyazi modelini interpretasiya
etmək və Aristotel fizikası ilə uzlaşdırmaq üzrə tədqiqatlar aparmışdır.
Müsəlman riyazi elminə aid edilən optik problemlərin riyazi üsullarla
araşdırılması da İbn əl Hətəmiyə mənsubdur. İbn əl Hətəmi apardığı
astronomik tədqiqatlarında əldə etdiyi nəticələrini yalnız işlədiyi nəzəri
əsaslarla yoxlaya bildiyi halda, optikada məlum olan problemlər ona
prinsipial olaraq sınaqlara keçməyə imkan vermişdir. Apardığı
sınaqların nəticələrini düzgün qiymətləndirmək üçün cihazlardan
düzgün istifadə etmək və lazım gəldikdə işlədiyi riyazi nəzəriyyəyə
əsasən yenisini düzəltmək İbn əl Hətəminin görkəmli bir fizik olmasını
sübut edir [1.64]. Məsələn, o ilk dəfə olaraq işığın düzxətli yayılması
ideyasını, içi boş güzgüyə düşən işığın dağılmasını sınaqların köməyi ilə
yoxlamışdır. O, optika sahəsində gördüyü işlərin nəticələrini bir neçə
kitab şəklində çap etdirmişdir. Onun kitablarından “Kitab fil manazir”
(ərəb. Böyük optika) ən məşhurudur. Bu kitab haqqında Roqer Bakon,
Vitelos və Con Pekams, Leonardo da Vinçi və Yohannes Kepler kimi
alimlərin işlərində qeyd edilmişdir. İbn əl Hətəm işığı kiçik hissəciklər
axını kimi təsvir edir. O, qabarıq və çökük səthlərdə, silindrik, konik,
sferik
güzgülərdə
işığın
refleksiya
olunmasının
xassələrini
araşdırmışdır. İbn əl Hətəm işığı iki tərkib hissəyə bölmüşdür. Onlardan
biri güzgü səthinə paralel, digəri isə ona perpendikulyar izah olunur.
İşığın refleks olunması haqqındakı qanunu sınaqlarla sübut etmək də İbn
əl Hətəmiyə aiddir. Ancaq bu çox vaxt səhv olaraq Bakonun adına
yazılır [1.64].
XII əsrdə ilk dəfə olaraq müsəlman alimləri tərəfindən mexaniki
hərəkətin dinamik və kinematik xassələri araşdırılmışdır. Buna
müsəlman alimlərindən İbn Rəşid və İbn Baccanın tədqiqtlarında
Aristotelin işlərinə dair yazdıqları izahatda rast gəlinir. Bu ideya XIII
əsrdə İngiltərədə xristian filosofları tərəfindən daha təkmilləşdirilmişdir.
Müsəlmanlar öz ideyalarının bir çoxunu çinlilər, hindlilər və bizans-