Antik dövrdə maşınqayırma
107
yə bərabər və konusla silindrin doğuranlarının yaratdığı üçbucaq
bərabəryanlı olduğundan, silindrin doğuranı üzrə nöqtələr arasındakı
məsafələr, müstəvidə mərkəzdən olan nöqtələr arasındakı məsafəyə
bərabərdir. Sonra o, göstərir ki, konusun üzərindəki vintin istənilən
nöqtəsinə çəkilmiş toxunan üfiqi müstəvidə spirala çəkilmiş toxunanla
eyni şaquli müstəvidə yerləşir. Bununla Pappos fəzada qurulmuş spiralla
müstəvidəki spiral arasında əlaqəni göstərmiş, ilk dəfə olaraq konik
vintlərin qurulmasına dair fikir söyləmişdir.
Şəkil 1.69. Fəzada spiralın təsviri.
Müsəlman elmi
108
1.5. Müsəlman dünyasında elm və texnika (V
ΙΙΙ−
XIV əsrlər)
Q
ərbdə hər bir şəxs son 500 ildə elm və texnikanın inkişafında baş
verən inqilabla fəxr etdiyi halda, bu inqilabın əvvəlində, o dövrdə
müsəlmanların malik olduqları texniki elmin nə dərəcədə katalizator
rolunu oynaması haqqında təsəvvürləri yoxdur. Qərb cəmiyyəti,
ümumiyyətlə Şərqdən yalnız riyaziyyatın Qərbə gəlməsi barədə yeganə
və cüzi informasiyaya malikdir. Bu, müsəlman aləmində mövcud olmuş
qədim texnologiyanın avropalılar tərəfindən az öyrənilməsi ilə
əlaqədardır. Uzun müddət Avropada texnikanın Qərbdə yaranıb və
Qərbə mənsub olması haqqında ideologiya hökm sürmüşdür. Bu yanlış
fikir xeyli vaxt Qərb və Şərq arasında yaranan böyük sosial və siyasi
gərginliyə səbəb olmuşdur. XIX əsrdən başlayaraq müsəlman elminə
maraq göstərən bir neçə avropalı alim qədim Şərqdə mövcud olmuş
texnikanın öyrənilməsi üzərində aramsız işləmişlər. Bu araşdırmalar
nəticəsində məlum olmuşdur ki, ixtiraçılıq ruhu I
−
X əsrlərdə Şərqdə
daha yüksək olmuşdur. XX əsrdə alman alimi Videman və amerikalı
şərqşünaslar Donald Hill və Əhməd əl Həsən müsəlman aləmində
mövcud olmuş texnologiyanı dərindən araşdırdıqdan sonra bir çox Qərb
tarixçilərinin qərəzli suallarına bir dəfəlik cavab verilmişdir [1.51-1.63].
On bir əsr bundan əvvəl ərəb dünyasında müxtəlif xalqlardan olan,
görkəmli alimlərin və tədqiqatçıların iştirak etdiyi bir inkişaf baş
verməkdə idi. Bu tərəqqi uzaq-uzaq yerlərdən tələbələri məhz Şərqə,
orada yaşayıb fəaliyyət göstərən alimlərdən dərs almaları üçün cəlb
edirdi. Əsas tədqiqat mərkəzləri Bağdad, Dəməşq və Qahirədə
cəmləşmişdir [1.55, 1.56]. Onu da qeyd etmək lazımdır ki, ərəb elmi və
texnologiyasının əsasında təxminən 4 min il əvvəl bu ərazilərdə
yaşamış Şumer sivilizasiyasından qalan vacib köklər dururdu. Misirdə
b.e.ə. III minillikdə mövcud olmuş Fironlar yüksək səviyyədə təşkil
olunmuş bir dövlətçiliyə malik idi. Bu dövrdə incəsənət, texnika,
riyaziyyat və astronomiya özünün ən yüksək pilləsinə çatmışdır.
Roma imperiyası tənəzzülə uğradıqdan sonra, onun Qərb hissəsi Ger-
Müsəlman elmi
109
manlar tərəfindən tutulmuşdur. Tədricən güclənən ərəb dövləti Misir isə
bu imperiyanın Şərq tərəfini sıxışdıraraq İspaniya, Fələstin, Suriya, Fars
və kiçik Asiyanı zəbt etməyə nail olur.
Bağdad şəhəri getdikcə müsəlman mədəniyyətinin mərkəzi kimi
inkişaf edərək aparıcı rol oynamağa başlayır. Bu dövrdə Abbasidilər
xəlifələri, əsasən Əl Mənsur, Harun Əl Rəşid və Əl Mövsun (754-833-
cü illər) elmin inkişafını dövlət siyasətinə çevirmişdilər. Elm, tədqiqat
və təhsil bütün sahələrdə dövlət tərəfindən himayədarlıq edilirdi.
Bağdaddakı “Hikmət evi” (ərəb. Beit Əl Hikmət), sonralar Dəməşqdə və
Qahirədə yaradılan elm məktəbləri tanınmış alimlərin yetişməsi üçün
şərait yaradaraq dəyərli elmi nəticələr vermişlər. VIII əsr ərəfəsində
Çindən kağızın gətirilib tətbiq olunması Şərq cəmiyyətində biliklərin
mübadilə olunmasına daha da təkan vermişdir. IX əsrdə Avropada ən
böyük kitabxana sayılan St.Gallen 36 cildlik kitaba malik olduğu halda,
Bağdad kitabxanasında 500000 əlyazma saxlanılırdı [1.51, 153, 1.55].
Bir çox mütəxəssislər bunun səbəbini ərəblərin kağız hazırlama
texnologiyasına və bununla kağıza malik olmaları ilə əlaqələndirirlər. O
vaxt Qərbdə hələ kağız yox idi.
Böyük, əzəmətli kitabxanaların tikilməsi
tərcüməçilik
və
antik
dövr
elminin
öyrənilməsində
misli
görünməmiş bir
inkişafın başlangıcını qoyur. Ərəb və
müsəlman alimləri demək olar ki, elmin
bütün sahələrində nailiyyətlər əldə edir-
dilər. Müsəlman aləmində Radi İsn Əbu
Əlia Əl Hüseyn və Avropada “Avisenna”
kimi tanınmiş və ərəblərin Aristoteli
adlandırılan İbn Sina (şəkil 1.70) ən məşhur
alimlərdən sayılırdı. İbn Sina tutduğu siyasi
vəzifələrlə bərabər, ədəbiyyat, tibb və təbiət
elmləri üzrə dəyərli işlər görmüşdür [1.64, 165].
Şəkil 1.70. İbn Sina.