Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə33/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   29   30   31   32   33   34   35   36   ...   159

Antik dövrdə maşınqayırma 

98 

 

dəyirman  daşlarından  fərqli 



olaraq,  burada  axar  suyun 

enerjisindən  istifadə  olun-

muşdur.  

V

Ι



 fəsildə Vitruvi su nəql 

emək  üçün  istifadə  edilən 

“su  vinti”  və  ya  Arximed 

vinti  (bax  s.  54)  adlanan 

qurğunun  hazırlanmasından 

bəhs 


edir. 

O, 


vintlərin 

ağacdan  kəsilməsini  ətraflı 

izah  edəndən  sonra,  fəslin 

sonunda  düzbucaqlı  üçbu-

cağın  tapılmasında  Pifaqora 

istinad  etdiyni  qeyd  edir: 

Pifaqor  bizə  göstərir  ki, 

düzbucağı hər hansı bir ustanın əl işinə ehtiyac olmadan tapmaq olar və 

ustaların  bucağın  qiymətini  dəqiq  təyin  edə  bilmədikləri  halda, 

düzbucaq,  əgər  verilən  göstərişə  uyğun  hesablanarsa    asanlıqla  və 

xətasız  təyin  edilə  bilər.  Bunun  üçün  birinin  uzunluğu  təxm.  90  sm,  o 

birininki  120  sm  və  üçüncününkü  150  sm  olan  3  xəttkeş  götürülür.  Bu 

xəttkeşlər  bir-biri  ilə  üçbucaq  formasında  birləşdirildikdən  sonra  tam 

xətasız düzbucaq əmələ gələcək.” 

Sonra  Vitruvi  V

ΙΙ

  və  V


ΙΙΙ

  fəsillərdə  Ktesibiosa  məxsus  olan, 

Heronun işlərindən məlum olan su nasosunun və orqanın quruluşunu və  

işləmə  prinsipini  verir.  Bu  konstruksiyalar  haqqında  məlumatlar 

Heronun 

işlərində 

verildiyindən 

burada 


bir 

daha 


baxılması 

məqsədəuyğun deyil. 

Ι

X fəsildə  Vitruvi  məsafəni ölçmək üçün istifadə  edilən bir qurğunu 



təsvir edir. Bu qurğu Taksameter (yun. Taxameter) adlanır (şəkil 1.63). 

Onun  Heronun  Odometrindən  fərqi  ondan  ibarətdir  ki,  bu  qurğunun 

köməyi  ilə  gedilən  məsafəni  həm  quruda, həm də suda ölçmək müm- 

 

Şəkil 1.62. Su dəyirmanının sxemi. 



 


Antik dövrdə maşınqayırma 

99

 

Şəkil 1.63. Taksameterin quruluşu. 



 

 

kündür.  



Bu  haqqda  Vitruvi  yazır:  “  Əgər  söhbət  arabadan  gedirsə  onda 

təkərin diametri 1,2 m olmalıdır, belə ki, bir dövrdə təkər 3,5 m yol qət 

edir. Təkərin oxuna içəri tərəfdən bir dişi olan və oxla birlikdə fırlanan 

çarx 

tərpənməz 

keçirilir. 

Bundan 

əlavə 

arabanın 

üzərinə 

qutu 

qoyulur. 

Qutunun  yan  tərəfinə  öz  oxu 

ətrafında  fırlana  bilən  400 

dişi olan çarx yerləşdirilir. Bu 

dişli  çarx  arabanın  oxuna 

keçirilmiş 

dişli 

çarxla 

birləşdirilir.  400  dişdən  əlavə 

bu  çarxa  yan  tərəfdən  bir  diş 

bərkidilir. 

Qutunun 

üst 

tərəfində 

üfiqi 

vəziyyətdə 

üçüncü 

bir 

dişli 

çarx 

yerləşdirilir və o yan tərəfdəki çarxın tək dişinə ilişdirilir. Üst tərəfdəki 

çarxda  hər  dişin  arxasında  bir  deşik  açılır  və  bu  deşiklərin  içərisinə  

kiçik  daşlar  qoyulur.  Qutunun  üst  tərəfində  bir  deşik açılır  və  buradan 

boru  keçirilir.  Bu  boru  çarxın  deşiyi  ilə  üst-üstə  düşdükdə  çarxa 

qoyulmuş  daş  bu  deşikdən  keçərək  qutunun  içərisindəki  bürünc  qaba 

düşür....Oxdakı kiçik dişli çarx 400 dəfə döndükdə üst tərəfdəki çarx bir 

dəfə  dönür,  beləliklə  1  Mil  (1  Mil  =1,48  km)  yol  qət  edilmiş  olur. 

Arabanın  içinə  düşən  hər  daşdan  hər  qət  edilmiş  Mil  bilinir.  Qutuya 

tökülmüş  daşların  ümumi  sayına  əsasən  bir  gündə  qət  edilmiş  yolu 

hesablamaq olur. 

 Gəmilərdə    də  gedilən  yolun  tapılması  bu  üsula  kiçik  bir  dəyişiklik 



etməklə  həyata  keçirilir.  Bunun  üçün  ağac  valın  ücüna  üzərində  pərlər 

olan  çarx  keçiriulir.  Bu  çarx  suya  bataraq  hərəkət  zamanı  fırladılır”. 

Bu  çarxla  isə  yuxarıda,  quruda  məsafəni  ölçmək  üçün  təsvir  olunmuş 

aparat birləşdirilir.   



Antik dövrdə maşınqayırma 

100 

 

Vitruvi  kitabın  X  fəslindən  başlayaraq  kitabın  sonunadək    yazdığı 



işləri  müharibədə  istifadə  olunan  döyüş  maşınlarına  və  onların 

məqsədəuyğun tətbiqinə həsr etmişdir.   

Döyüş  maşınları  kimi  onun 

əsərində 

katapultların, 

skorpionların 

və 

ballistlərin 



konstruksiyalarının  detalları  və 

ölçülərlə 

verilmişdir. 

Katapultların  ölçüləri  istifadə 

olunan  oxun  diametrindən  (d

və  onun  9  mislini  təşkil  edən 

uzunluğundan 

asılı 


olaraq 

hesablanır 

(şəkil 

1.64). 


Yönəldici  lövhənin  qalınlığı  d

eni  1,5d  və  uzunluğu  19d 

olmalıdır.  Yayın  qolları  17d 

uzunluğunda  və  d  qalınlığında 

hazırlanır.  Yönəldici  lövhənin 

üzərində 

oxu 

istiqamətlən-



dirmək  üçün  kanal  açılır.  Əsas 

lövhənin  sonunda  uzunluğu  4d 

olan  val  bərkidilir.  Bu  val 

iplərin  köməyi  ilə  yayın  qolları  ilə  birləşdirilir.  Katapultun  qollarını 

çəkmək  üçün  istifadə  olunan  iplər  əsasən  insan  saçlarından  (saçları 

burmaqla)  hazırlanırdı.  Valı  fırlatmaqla  yay  gərilir.  Katapultun  başlığı 

qabaq və  yan tərəflərdən  metal lövhə ilə  örtülür və  mismarla bərkidilir. 

Yerdən  gövdənin  ayaqlarının  hündürlüyü  8d,  eni  0,5d  və  qalınlığı 

7/16d-yə  bərabər  hazırlanır  (şəkil  1.65).  Vitruvi  kitabında  bu 

mütənasibliyin  pozulmasını  məsləhət  görmür.  Əks  təqdirdə  katapultun 

işləməsi əlavə işçi  qüvvəsi tələb edir.  

X

Ι



 fəsildə katapultlar ilə oxşar olan, daş atmaq üçün nəzərdə tutulan 

ballistlərin konstruksiyası izah olunur.  Onu  da nəzərə çatdırmaq lazım- 

 

Şəkil 1.64. Ox atan katapult. 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə