Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə34/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   30   31   32   33   34   35   36   37   ...   159

Antik dövrdə maşınqayırma 

101 

  

dır ki, ballistlərin təsviri katapultlarınkı kimi aydın təsvir olunmamışdır. 



Kitabın  sonuncu  fəslində  müdafiə  maşınlarının  təsviri  verilir.  Bunlar 

indiyə  qədər  təhlil  olunmuş  maşınlardan  heç  də  fərqlənmədiyindən  

onların izahatı o qədər də əhəmiyyət kəsb etmir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1.65. Vitruvinin layihəsi əsasında rekonstruksiya olunmuş katapult. 



 

 

 



 

 

 

 

 

 

 

 


Antik dövrdə maşınqayırma 

102 

 

İsgəndəriyyəli Pappos  ( 

Ι

 əsr) 

 

İ

sgəndəriyyəli  Pappos  (bəzi  mənbələrdə  Pappus  kimi  də  verilir) 

antik  dövrün  məhşur  riyaziyyatçılarından  olub,  əsasən  həndəsi 

məsələlərin  həlli  ilə  məşğul  olmuşdur.  O,  təxminən  284

305-ci  illərdə 



Roma  imperatoru  Diokletianın  və 

Ι

  Konstantinin  dövründə  yaşamışdır. 



Papposun  əsərlərində,  onun 

maşınqayırmada  tətbiqi  xarakterli 

problemlərə  münasibəti  müəyyən  əhəmiyyət  kəsb  edir.  Məcmuə 

şəklində çap etdirdiyi kitabların 8-ci cildində mexaniki məsələlərə nəzər 

salan  Pappos  kitabın  bir  hissəsinin  Heronun  “Mexanika  və  Barülkon” 

əsərlərindən  götürdüyünü  yazır.  Bu  kitablar  bizə  fragmentlət    şəklində 

gəlib çatmışdır [1.45, 1.50].   

Kitabın  girişində  Pappos  oğlu  Hermodora  yazır:  “  Mexaniki  elmlər 



həyat  üçün  vacib  məsələlərin  həllində  tətbiq  olunduğundan  filosoflar 

tərəfindən yüksək dərəcədə qiymətləndirilir və riyaziyyatçılar tərəfindən 

aramsız  araşdırılır,  çunki,    bu  elm  bizə  materiyanın  təbiətindən  və 

dünyanın  elementləri  haqqında  dərs  verir.  Bu  elm  cismin  vəziyyəti, 

ağırlığı və fəzada hərəkətini ümumi təsvir etsə də, o təbii cismlərin nəyə 

görə  hərəkət  etməsini  araşdırmır,  ancaq  onu  qeyd  edir  ki,  sakit 

vəziyyətdə durmuş cismi necə hərəkətə gətirmək olar. 

Heronun  davamçıları  fikirləşirlər  ki,  mexanikanın  bir  hissəsi  riyazi 

təsvirlər,  digər  hissəsi  əl  işlərindən  (peşəkarlıqdan)  ibarətdir  və 

rasional  adlandırılanlar  həndəsə,  hesablama,  astronomiya  və  fiziki 

təsvirləri,  digərləri,  hansılar  ki,  peşəkarlığı  əhatə  edirlər,  onlar  qətran 

və dəmirçilik işlərini, tikinti və ağac emalı, rəssamlıq və ümumiyyətlə, əl 

işləri  ilə  bağlı olan  hər şeyi  öyrədirlər.  Onlar  deyirlər  ki,    qədimdə  bu 

fənlərlə  məşğul  olanlar,  incəsənətin  incəliklərinə  yiyələnlər  və  iti 

duşuncəyə  malik  olanlar  mexaniki  yeniliklərin  ən  yaxşı  ixtiraçılarıdır. 

Ancaq  bu  mümkün  deyil  ki,  hər  tərəfli  riyazi  elmləri  və  qeyd  olunan 

digər  fənləri  bilən  birisi,  bu  elmlə  məşğul  olmaq  istəyənlərdən,  onları 

öyrədənlərə ... əllərində olanları vermək məsləhət görsünlər.  

Mexanikanı əhatə edən bütün elmlərdən praktiki həyat üçün ən  vaci- 


Antik dövrdə maşınqayırma 

103 

 

bi  bunlardır:  yüklərin  qaldırılması  üçün  diyircəklərin  hazırlanması 

(yun.  Arc  manganariorum),  çunki  bunların  köməyi  ilə  təbiətdə 

hərəkətsiz olan yükləri kiçik qüvvə tətbiq etməklə hündürlüyə qaldırmaq 

olur.  Sonra  o  şəxslərin  incəsənəti  vacibdir,  hansılar  ki,  müharibədə 

lazım olan, daş, dəmir və başqa materialları uzaq məsafəyə atmaq üçün 

atıcı maşınlar, katapultlar  (yun. Formenta) düzəldirlər. Onlara həm də 

mexanik  deyirlər.  Daha  sonra  o  şəxslərin  incəsənəti  vacibdir,  hansılar 

ki,  suyu  dərinlikdən  yuxarıya  çıxarmaq  üçün  su  nəql  edən  maşınları 

düzəldən və maşınqayıran (yun. Machinarum fabri) adlandırılanlardır.  

Mexaniklər həm də qədimdə su və hava ilə bağlı biliklərdən fərasətlə 

istifadə  edən  şəxslərə  deyilir,  məsələn,  öz  “Pnevmatika”  əsərində  

Heron  nazik  iplərin  köməyi  ilə  istənilən  canlının  səhnədə  surətini 

yaratması, Arximedin suyu necə nəql etməsi, Heronun gunəş saatları ilə 

oxşarlığı olan su saatlarının düzəltməsi. Mexaniklər, nəhayət o şəxslərə 

deyilir ki, hansılar ki, kürələrin hazırlanması ilə məşğul olurlar və səma 

hərəkətlərini  suyun  çevrə  üzrə  bərabərformalı  hərəkəti  ilə  müqayisə 

edirlər.  

Bəziləri deyirlər ki, Sirakuslu Arximeddən bu tərəfə hər şeyin səbəbi 

və  qanunauyğunluğu  məlumdur.  Ancaq  bu  hər  şeyi  xüsusi  müdrikliklə 

izah  edən    şəxslərin  fikirlərini  ifadə  edir.  Qeminus  (yun.  Geminus)  öz 

kitabında  riyaziyyatın  üstünlüyü  haqqında  yazır. Karpus  (yun.  Carpus) 

isə  öz  kitabında  yazır  ki,  Arximedin  yalnız  mexanika  haqqında    yazdığı 

kitabında səma kürəsinin quruluşundan bəhs edilir, başqa şeylərə o yer 

verməmişdir  ki,  onun  haqqında  başqaları  yazsınlar.  Ancaq  bu  ilahi 

insan  öz  iti  düşüncəsinə  və  mexaniki  elminə  görə  elə  məşhur  olub  ki, 

onun  izləri  bəşəriyyət  boyu  daimi  yaşayacaqdır.  O,  əsasən  həndəsə  və 

riyaziyyatın əsasını ən qısa və dəqiq halda yazmışdır, çünki, o bu fənləri 

çox sevdiyindən başqa heç nə ilə məşğul ola bilməmişdir. Karpusun özu 

və  bir  çox  başqaları  həndəsəni  haqlı  olaraq,  müəyyən  dərəcədə 

incəsənətə və həyata lazım olan  səviyyədə təsvir etmişlər. 

 Çünki,  incəsənətin  və  həyatın  bir  çox  tələblərinə    cavab  verə  bilən 

həndəsə, hər hansı  zərər  vura  biləcək,  ya  da  camaatdan nə isə  tələb 


Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə