Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə42/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   38   39   40   41   42   43   44   45   ...   159

Müsəlman  elmi 

126 

 

kitabından bir neçə maraqlı qurğunun işləmə prinsipi izah edilir. 



 Şəkil  1.79-da  sorucu  su  nasosu  təsvir  olunmuşdur.  Buradan 

göründüyü  kimi  nasos  sinxron  işləyən    iki  silindrdən  ibarətdir.  Sağ  və 

sol  tərəfdə  təsvir  olunmuş  silindrlərin  kolbaları  bir-biri  ilə  üzərində 

dişlər  olan    oxla  sərt  bərkidilir,  belə  ki,  bu  ox  sola  hərəkət  etdikdə 

sağdakı 

silindrdə 

sorma, 

soldakında 



isə  sıxma  baş  verir. 

Əksinə 


hərəkət 

etdikdə  silindrlərdə 

əks  proses  baş  verir.  

Bu 


oxu 

hərəkət 


etdirmək  üçün  ona, 

ortasında  deşik  olan 

yastı 

lövhə 


elə  

bağlanır  ki,  o  dönə 

bilsin.  Bu  lovhənun 

altında, 

uzərində 

silindirik  çıxıntı  olan  

dişli 

çarx 


yer- 

ləşdirilir. Dişli çarxın 

ustündəki  bu  çıxıntı 

kolbaların 

oxuna 

bərkidilmiş  lövhənin 



ortasındakı  deşiyə  keçirilir.  Lövhə  ilə  dişli  çarx  birlikdə  çarxqolu-

sürgüqolu  mexanizmini  yaradırlar  (şəkil  1.80).  Belə  ki,  dişli  çarx 

fırlandıqda  o  lövhəni  sağa  və  sola  itələyir  və  uyğun  olaraq  kolbalar 

hərəkət  edirlər.  Dişli  çarxı  hərəkət  etdirmək  üçün  Əl-Cəzari  axar 

sulardan  istifadə  etmişdir.  Ucuna  pərlər  bərkidilmiş  valın  digər  ucuna 

başqa bir çarx bərkidilir. Bu dişli çarx nasosun kolbaları ilə dolayı yolla 

təmasda olan çarxa ilişdirilir. Su pərləri fırlandıqda dişli çarxlar hərəkətə 

gələrək kolbaları gah sağa, gah da sola itələyir.  

 

     Şəkil 1.79. Sürgüqolu ilə işləyən su nasosu. 



 


Müsəlman  elmi 

127 

 

Suyun  axmasını  tənzim  etmək  üçün  kolbalar  yerləşdirilmiş 



silindrlərin dibindəki deşiyin ağzına xüsusi ventillər qoyurlar.  

Bu  ventillər  suyun  yalnız  bir  tərəfə,  yəni  nasosun  içərisinə 

sorulmasına imkan  verir. Kolbalar dartıldıqda silindrdə vakuum  yaranır 

və  su  sorulur.  Kolba  sıxıldıqda  isə  ventil  su  gələn  yolu  bağlayar,  onu 

başqa  yolla  hərəkət  etməyə  məcbur  edir.  Beləliklə,  su  şəkil  1.80-da 

göstərildiyi kimi, sağ və sol tərəflərdəki borularla aşağıya yox, yuxarıya 

itələnir.  Hər  iki  tərəfdən  ardıcıl  vurulan  su,  yuxarıya  qalxan  suyun 

aramsız axmasını  təmin edir.   

Əl Cəzarinin daha bir su nasosu şəkil 1.81-də verilmişdir. Bu nasos 

da  axar  suyun  enerjisindən  istifadə  edərək  suyun  yuxarıya  qaldırılması 

üçün  istifadə  edilir.  Şəkildən  göründüyü  kimi  nasos  iki  hissədən 

ibarətdir:  aşağı  və  yuxarı  hissələr.  Aşağı  hissədə  (otaqda)    üzərində 

pərlər  bərkidilmiş  val  yerləşdirilir.  Pərlərin  üzərində,  iki  mərtəbəni  bir-

birindən ayıran tavanda deşik nəzərdə tutulur. Yuxarı mərtəbəyə axan su 

bu  deşikdən  axaraq  pərlərin  üzərinə  tökülür  və  onları  fırladır.  Fırlanma 

hərəkəti bu pərlər bərkidilmiş  valdan  düz bucaq  altında  dişli  çarxlarla  

 

                                Şəkil 1.80.  Su nasosunun  modeli.  

 



Müsəlman  elmi 

128 

 

birləşdirilmiş  şaquli  vala  verilir.  Beləliklə,  hərəkət  aşağı  mərtəbədən 



yuxarı  mərtəbəyə  ötürülür.  Şaquli  valın  yuxarı  mərtəbədə  yerləşən 

hissəsində  bir  dişli  çarx  bərkidilir.  Yuxarı  mərtəbədə  bundan  əlavə, 

suyun  qaldırılacaq  hündürlüyündən  asılı  olaraq  bir  üfiqi  val  da 

yerləşdirilir.  Bu  üfiqi  val  dişli  çarxın  köməyi  il  şaquli  valla 

əlaqələndirilir.  Sonra  üfiqi  valdan  suyu  qaldırmaq  üçün  üzərində  mis 

qablar bərkidilmiş bir zəncir asılır. Val fırlandıqda bu zəncirin üzərində 

olan  qablar  ardıcıl  olaraq  suya  bataraq  dolur  və  suyu  yuxarıya 

götürürlər. 

    

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

Şəkil 1.81.  Su qaldıran nasos. 




Müsəlman  elmi 

129 

 

Qablar  yuxarı  nöqtəyə  çatdıqda  dönərək  suyu  oradakı  su  kanalına 



tökürlər və su lazım olan yerə ötürülür. Onu da qeyd etmək lazımdır ki, 

Əl Cəzari  nasosda istifadə olunan valları misdən hazırlamışdır.      

Əl-Cəzarinin  düzəltdiyi  konstruksiyalardan  biri  də  “Fil  saatı” 

adlanan saat konstruksiyası idi.   

 

Şəkil 1.82. Fil saatının sxematik təsviri. 




Müsəlman  elmi 

130 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1.83. Əl-Cəzarinin kitabından fraqment: „Fil saatı“. 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə