Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə50/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   46   47   48   49   50   51   52   53   ...   159

Renessans dövründə maşınqayırma 

154 

 

1.7. Renessans dövründə maşınqayırmanın inkişafı 

(XV



XVII əsrlər) 



  

O

rta  əsrlərdə  mövcud  olan  roma-german  hökmranlığı  XIII  əsrdən 

başlayaraq  tədricən  tənəzzülə  uğramağa  başlayır.  Italiya  ərazisində 

getdikcə  daha  çox  hakimiyyət  əldə  edən  Papanın  təsiri  altında  bu 

ərazilərdə  kiçik  dövlətlər  yaranırlar.  Yeni  yaradılan  mühitdə  sənətçilik, 

peşəkarlıq  sürətlə  inkişaf  edir.  Sənətçilik  getdikcə  sərbəst  fəaliyyət 

göstərərək,  peşəkarlıq  üsulları  və  texnikanın  tədricən  ixtisaslaşmış  və 

elmi əsaslar üzərində inkişaf etdirilməsinə səbəb olurdu. Bu yeni inkişaf 

ərəfəsində orta əsrlərdən fərqli  olaraq ayrıca şəxslərin – mühəndislərin, 

ixtiraçıların  yeri  və  rolu  getdikcə  daha  aydın  görünməyə  başlayır.  Orta 

əsrlərdə  görülən  işlərin  bütöv  bir  işçi  kollektivinə  bağlı  olduğu  halda, 

yeni  dövrdə  ayrı-ayrı  insanların  əqli  əməyi  öndə  dururdu.  Onu  da  qeyd 

etmək lazımdır ki, sənətlə məşğul olan şəxs özünü individumdan yüksək 

hiss  edirdi.  Bu  ənənə  texnikanın  yeni  dövrdə 

  renessansda  inkişafını 



müəyyənləşdirmişdir.   

Yeni  dövrdə  texniki  sənətçiliyi  və  incəsənəti  demək  olar  ki,  bir-

birindən  ayırmaq  mümkün  deyildi.  Bu  onunla  bağlı  idi  ki,  işlər 

transsendent    ideyaya  xidmət  edirdi  və  sənətçilər  bu  ideya  arxasında 

tanınmaz  qalmaq  istəyirdilər.  Renessans  dövrünün  başlanması  ilə 

texniki  ixtiraçılıq  həvəsi  və  incəsənətçilik  istedadı  birlikdə  təmsil 

olunurdu.  “İncəsənət  mühəndisi”  renessans  üçün  xarakterik  olaraq,  o 

dövrün bir çox məşhur adamlarının birləşdiyi qrup üçün səciyyəvi idi.   

Orta əsrdən renessans dövrünə tarixi keçid uzun çəkən və  mürəkkəb 

bir  proses  olmuşdur.  Bu  keçid  XIV  əsrdən  başlayaraq  şəhərlərdə 

mövcud olan  iqtisadi-texniki və mədəni inkişaf əsasında baş vermişdir. 

Odlu  silahların  ixtirası  və  döyüş  texnikasının  inkişafı  nəticəsində  orta 

əsr  feodal  cəmiyyətinin  quruluşu  zəifləməyə  başlamışdır.  Yeni 

cəmiyyətin 

yaranmasında 

əsas 


impuls 

keçmiş 


yunan-roma 

mədəniyyətinə  olan    mənəvi  ehtiyacdan  irəli  gəlirdi.  Yeni  dövrə  keçid 

prosesi Avropada edilən ixtiraların nəticəsində güclənən  ticarət  tərəfin- 



Renessans  dövründə maşınqayırma 

155 

 

dən də təsirə məruz qalmışdır.  

Renessans  dövrü  tarixçilər  tərəfindən  zaman  və  məkandan  asılı 

olaraq müxtəlif formada qiymətləndirilir. Burada fərq baxımından vahid 

epoxadan  danışmaq  çətindir.  Məsələn,  renessans  İtaliyada  XIV  əsrdə 

başladığı  halda,  Orta  və  Şərqi  Avropada  onun  başlanğıcı  XVI  əsrə 

təsadüf  edir  [1.19,  1.79

181].  Renessans  öz  mənasına  görə  antik 



incəsənət  və  ədəbiyyatın  yenidən  doğulması  deməkdir.  Bu  yeniləşmə 

incəsənətlə  bərabər  arxitektura,  dövlətçilik  nəzəriyyəsi,  elm  və  o 

cümlədən,  insanlarla  təbiət  arasında  baş  verən  qarşılıqlı  münasibətə  də 

aid idi.  

Renessans  dövründə  İtaliyadan  öz  mənbəyini  götürən  və  Fransaya 

yayılan  humanistlərin  ədəbiyyat  hərəkatı    incəsənət  ilə  sıx  bağlı  idi. 

Mənəvi  yeniləşmənin  üçüncü  istiqaməti  dində  Martin  Lüterin  və  başqa 

reformatorların  işləri  ilə  müəyyən  olunurdu.  Bu  dövrdə  insanların 

həyatının  yeni  formada  qiymətləndirilməsi  ilə  müşaiyət  olunan  yeni 

düşüncə  tərzi  formalaşmağa  başlayır.  Yeniləşmənin  əsasında  yunan-

roma antik mədəniyyəti və xristian dininin dəyərləri dururdu. Renessans 

dövrünün  Avropada  mövcud  olduğu  vaxt  əsasən  XV-XVI  əsrlərə  aid 

edilir [1.79].  

İnsan  əməyinə  olan  maraq  əmək  vasitələri  və  üsulları,  həmçinin 

onların  daha  da  inkişaf  etdirilməsi  imkanlarını  əhatə  edirdi.  Burada 

Heron, Filon və Vitruvi kimi antik dövr mühəndislərinin işlərinə istinad 

edilirdi.  Qütenberqin  (alm.  Gütenberg)  1450-ci  ildə  ixtira  etdiyi  kitab 

çapetmə  üsulu  texnika  elminin  yayılmasında  əvəzsiz  rol  oynamışdır. 

Əqli  əməklə  məşğuliyyət  renessans    dövründə  fərdi  işlərin 

universallaşdırılması  ideyası  ilə  bağlı  idi.  Bu  dövr  üçün  məşhur 

şəxsiyyətlər  incəsənət  və  elmi-texniki  yaradıcılığı  birləşdirmək 

qabiliyyətinə  malik  idilər.  Bu  xüsusiyyət  empiriya,  nəzəriyyə  və 

praktikanı  bir  yerdə  cəmləşdirirdi.  Renessans  dövrünün  bir  çox 

ixtiraları, 

təcrübələrin 

nəticələrinin 

sistemləşdirilmiş 

analizinə 

əsaslanan, 

ümumi 


nəzəriyyələr 

bazasında 

layihələndirilən 

konstruksiyalardan  ibarət  idi. O da məlumdur ki,  bu dövrdə  mühəndis 




Renessans dövründə maşınqayırma 

156 

 

ixtiralarının  bir  çoxu  praktikada  öz  tətbiqini  tapmamışdır.  Bu  texniki 



yeniliklərin,  renessans  dövründə  tətbiq  olunmaması  səbəblərindən  biri 

emalatxana ustaları tərəfindən göstərilən müqavimət idi. Digər tərəfdən, 

yeniliklərin  bir  çoxu  zəmanəni  qabaqlamış  idilər.  Bu  maşınların  o 

dövrdə yaradılması yeni material və emal üsülları ilə bərabər yeni enerji 

mənbəyi  də  tələb  edirdilər,    məsələn:  Leonardo  da  Vinçinin  vertolyot 

modeli.  

Ümumiyyətlə,  renessans  dövrünün  başlanması  ilə  maşınqayırmanın 

və  eləcə  də  texnikanın  inkişafına  təkan  verən  incəsənət  mühəndisləri 

demək  olar  ki,  İtaliyada  yaşamışlar.  1453-cü  ildə  Konstantinopolun 

türklər  tərəfindən  işğalı  orada  yaşayan  peşəkarların  kütləvi  şəkildə 

İtaliyaya  üz  tutmasına  gətirib  çıxarmışdır.  İtaliyanın  müxtəlif 

şəhərlərində  cəmləşən  bu  mütəxəssislər  yeniləşmə  dövründə  inkişaf 

mühitinə  böyük  təsir  göstərmişlər.  Florensiya  və  Sienna  şəhərləri  öz 

inkişaf sürəti ilə başqalarından fərqlənirdilər. Bu inkişafın təsiri sonralar 

Avropanın başqa ərazilərinə də yayılır. Əsasən İngiltərə və Almaniyada 

müasir  maşınqayırmanın  əsası  sayıla  biləcək  texniki  elementlərin 

ixtirası və yayılmasına rast gəlinir.      

Renessans  dövründə  Avropada  çoxlu  mühəndislər  maşınqayırmanın 

inkişaf  etdirilməsi  istiqamətində  fəaliyyət  göstərmişlər.  Növbəti 

bölmələrdə  bu  mühəndislərin  cəmiyyətdə  tutduğu  mövqelər  tədqiq 

edilərək,  onların  araşdırdıqları  bu  və  ya  digər  texniki  məsələnin  həlli 

yollarının  maşınqayırmanın  inkişafındakı  rolu  ayrı-ayrılıqda  təhlil 

olunmuşdur.  

 

   



 

 

 

 

 

 


Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə