Renessans dövründə maşınqayırma
160
bilərəm və çoxlu sayda körpülər, hücum nərdivanları və başqa
belə qurğular düzəldə bilərəm.
3.
...qayalar üzərində tikilməyən qalaları və başqa tikliləri
dağıtmaq üçün üsula malikəm.
4.
Bundan əlavə asan daşınabilən və kiçik daşları atmaq üçün
bombardların (toplar) düzəldilməsi üçün planlarım var.
5.
Sonra gizli yollar üçün planlarım var...
6.
Bundan əlavə mən etibarlı və alınmaz, örtülü araba
düzəldəcəyəm, hansı ki, Sizin toplarla düşmənin içərisinə
keçməyə imkan verəcək....
7.
Bundan başqa, əgər lazım gələrsə yeni bombardları və morzeləri
gözəl və məqsədəuyğun formada düzəldəcəyəm.
8.
Harada bombardların tətbiqi mümkün deyil, orada katapult və
atıcı maşınlar düzəldəcəyəm. Mən vəziyyətdən asılı olaraq
müxtəlif hücum və müdafiə maşınları düzəldəcəyəm.
9.
Əgər döyüş dənizdə baş verərsə, onda mənim çoxlu hücum və
müdafiə qurğuları üçün planlarım var.
10.
Sülh vaxtı mən tikinti sənətində çalışaraq istər şəxsi tikililərlə,
istərsə də hər hansı bir yerə suyun çəkilməsi ilə məşğul ola
bilərəm”.
Leonardonun yaradıcılığı ilə yaxından tanış olduqda, onun sonralar
bu ərizədə təsvir olunmuş maşınları layihələndirdiyi məlum olur. Onun
texniki fantaziyası bir çox sahələri əhatə etmişdir. Buraya su
nasoslarından tutmuş, dəzgahlar, xüsusi güzgülər, kranlar, tekstil
maşınları və uçan maşınlar aiddirlər. Leonardonun bütün işlərini kiçik
bir
bölmədə
cəmləşdirmək
çətin
olduğundan,
onun
yalnız
maşinqayırmanın inkişafı üçün maraqlı olan bir neçə mütərəqqi ixtirası
aşağıda ətraflı təsvir olunur.
Maşınlar və mexaniki tərtibatlar
Leonardo dişli çarxlarda ötürmənin gələcək maşınqayırmanın inkişa-
Renessans dövründə maşınqayırma
161
fında rolunu dərk edərək, bu sahədə bir çox yeni konstruksiyalar
işləmişdir. Bu konstruksiyaların bir qismi müasir maşınqayırmada,
olduğu kimi tətbiq olunur. Tarixdən, Leonardonun düşli çarx ötürməsinə
xüsusi marağı olduğu məlumdur. Bunu, onun layihələndirdiyi mürəkkəb
ilişmələrə
malik
olan
mexanizmlərdə
görmək
olur.
Aşağıda
Leonardonun bu sahədə etdiyi ixtiralardan bir neçəsi təsvir olunmuşdur
[1.45, 1.82]:
Trapesiya formalı yivə malik ötürmə (şəkil 1.101, a) böyük təzyiq
altında işləyən külək dəyirmanları üçün nəzərdə tutulmuşdur.
Yarısı dişlə örtülmüş çarx ilə, başqa ox ətrafında fırlanan iki dişli
çarxın ilişməsi fasiləsiz fırlanan hərəkəti irəli-geri hərəkətə çevirməyə
imkan verir (şəkil 1.101, b).
Yarısı dişlə örtülmüş iki çarx və onların ilişdiyi bir dişli çarxdan
ibarət ötürmə, tam dönməsi mümkün olmayan oxun köməyi ilə irəli-geri
hərəkəti fasiləsiz fırlanma hərəkətinə çevirmək üçündür (şəkil 1.101, c).
Bir ox ətrafında bərkidilmiş yumrucuqlu çarxlar (şəkil 1.101, d)
fasiləsiz fırlanan zaman başqa ox ətrafında fırlanan, üzərində qol olan
oxu gah bir tərəfə, gah da o digər tərəfə döndərir. Bu zaman oxa
bərkidilmiş dişli çarx fırlanaraq onunla hər iki tərəfdən kontaktda olan
qaykaları döndərir. Qaykalar dönən zaman onlara keçirilmiş vintli oxla-
a)
b)
c)
d)
Şəkil 1.201. Leonardonun layihələndirdiyi dişli çarx ötürmələri.
Renessans dövründə maşınqayırma
162
ra bərkidilmiş lövhəni gah yuxarı, gah da aşağıya hərəkət etdirir.
Fırlanma hərəkətini irəli-geri
hərəkətə
çevirən
başqa
bir
mexanizm
şəkil
1.102,a-da
mişarlama dəzgahının misalında
göstərilmişdir.
Çarxqolu
ilə
əlaqədə olan çarx dirsəkli valın
üzərində oturdulur. Çarxqolundan
gələn fırlanma hərəkəti dirsəkli
vala ötürülür. Dirsəkli val isə öz
növbəsində mişara sürgü qolu
vasitəsilə birləşdirilir. Beləliklə,
fırlanma hərəkəti mişarın irəli-
geri hərəkətinə çevrilir. Şəkil
1.102, b-də bir-birindən 180°
dönmüş, dirsəkli valın köməyi ilə
iki mişarı ardıcıl hərəkət etdirən
mexanizm təsvir olunmuşduir.
Metal çubuqları əymək üçün
tərtibat
şəkil
1.103-də
göstərilmişdir.
Əyiləcək
çubuqlar, şəkildə verildiyi kimi,
tutqaclarda
nəzərdə
tutulmuş
deşiklərə keçirilir. Tərtibatdakı
dəstək (AB) döndükdə, o, sonsuz
vint ilişməsi vasitəsilə orta oxda
vint (F) ilə bərkidilmiş U formalı tutqacları döndərir. Müxtəlif
istiqamətlərdə burulan çubuqlar əyilərək lazım olan formaya salınır.
Dəstəyi döndərən zaman vintli valda yaranan gərilmə nəticəsində
dəstəyin geri dönməsinin qarşısını almaq üçün Leonardo xüsusi dişli
çarx birləşməsi layihələndirir.
Dəstəklə val arasında əlaqə, ox ətrafında dönə bilən, qapayıcı tilləri
a)
b)
Şəkil 1.302. Mişarlama qurğusu.